Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1448/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 02 fevral 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş X13 idarəsinin ** YP *** nömrəli avtomobilində xidmət aparan (özlərini təqdim etməmişlər) əməkdaşları tərəfindən qəbul edilmiş TP7809592 saylı, xx.xx.2026-cı il tarixli qərara əsasən, AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, o xx.xx.2026-cı il tarixdə saat 23:20 radələrində idarə etdiyi “Ravon” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabunçu rayonu Ə.Məmmədəliyev küçəsində hərəkətdə olarkən yol polisi əməkdaşlarının iştirakı ilə qurulmuş postda sürücülərin alkotestdən yoxlanışı zamanı sərxoşluq şübhəsi ilə saxlanılmışdır. Ona qarşı irəli sürülən iddia ilə razılaşmadıqda protokol tərtib olunmadan həkim müayinəsinə aparılmışdır. Müayinənin rəyi, saxlanma ilə bağlı protokol və avtomobilinin cərimə meydançasına qoyulması barədə akt ona təqdim olunmamışdır. Yol polisi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. O bu barədə Daxili İşlər Nazirliyinə elektron qaydada və 102 xidmətinə zəng edərək şikayət etmişdir. Yol polis əməkdaşları ona qarşı aşağıda qeyd olunan qanun pozuntularına yol vermişdirlər: Polis əməkdaşlarının özünü təqdim etməməsi “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, polis əməkdaşı xidməti vəzifəni icra edərkən özünü təqdim etməli və xidməti vəsiqəsini göstərməlidir. Lakin məni saxlayan iki polis əməkdaşından heç biri özünü təqdim etməmiş və xidməti vəsiqəsini göstərməmişdir; İXM-nin 97-ci maddəsinə əsasən, inzibati xəta ilə bağlı protokol dərhal tərtib olunmalı, şəxsə oxudulmalı və surəti verilməlidir. İnzibati icraat hüquqlarımın pozulması İnzibati Xətalar Məcəlləsinin 391 və 399-cu maddələrinə əsasən şəxs barəsində tərtib edilən inzibati sənədlərlə tanış edilməli, izahat vermək və imza atmaq hüququ təmin olunmalıdır. Lakin mənə heç bir inzibati protokol təqdim edilməmiş, izahatım alınmamış və sənəd imzalatdırılmamışdır. Bununlada İXM-nin 90-cı yəni “İnzibati icraat aparılan şəxsin hüquqları” maddəsi kobud şəkildə pozulmuşdur; Sərxoşluğun tibbi müayinəsinin qanunsuz aparılması Nazirlər Kabinetinin “Sərxoşluğun tibbi müayinəsinin aparılması Qaydaları”na əsasən: sərxoşluq yalnız alkotestlə deyil, klinik müayinə ilə birlikdə müəyyən edilməlidir; nəticə rəsmi tibbi müayinə aktı ilə rəsmiləşdirilməli, akt qeydiyyat kitabına salınmalı və müayinə olunan şəxsə təqdim edilməlidir. Lakin ona yalnız alkotest tətbiq edilmiş, klinik müayinə aparılmamış, qan analizi tələb etsədə götürülməmiş, tibbi müayinə aktı rəsmi qeydiyyata alınmamış (həkim “kitaba adını salmıram, polislə məsələni həll edərsən" ifadəsini söyləmişdir), bu aktla tanış edilməmiş və ona aktın nüsxəsi təqdim edilməmişdir. Heç bir akt imzalamamışdır. Həkim aktı doldurarkən polis əməkdaşı ondan otağı tərk etməsini tələb etmiş, polis əməkdaşının iştirakı ilə müayinə otağında akt tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 26 və 399-cu maddələrinə əsasən sübutlar şəffaf şəkildə və şəxsin iştirakı ilə toplanmalıdır. Əgər hər hansı tibbi akt sonradan tərtib edilibsə, bu, mənim iştirakım olmadan, imzasız və müdafiə hüququm pozularaq aparılmışdır ki, belə sübutlar hüquqi qüvvəyə malik deyil. Avtomobilin qanunsuz saxlanılması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85ci maddəsinə əsasən nəqliyyat vasitəsi yalnız qanuni əsas olduqda və rəsmi sənədləşmə aparılmaqla saxlanıla bilər. Lakin rəsmi tibbi rəy, protokol və avtomobilin vəziyyətinin sənədləşdirilməsi barədə akt (İXM-nin 96.4 bəndinə əsasən avtomobil cərimə meydançasına aparılırsa, cavabdeh orqan onu müvəqqəti əmanət kimi götürür və buna görə tam məsuliyyət daşıyır) tərtib edilmədən avtomobilim cərimə meydançasına yerləşdirilmiş və mülkiyyət hüququm pozularaq meydançada saxlanılması barədə heç bir sənəd ona təqdim edilməmişdir. Cərimə meydançasına avtomobilini evakuator vasitəsilə deyil, iradəsi əleyhinə olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən yol polisi əməkdaşı idarə edərək aparmışdır. Qeyd edir ki, cərimə meydançasından avtomobilini götürərkən üzərində cızıqlar, arxa şüşəsinin hərəkət sisteminin işləməməsi və idarəetmədə nasazlıq hallan aşkarlanmışdır. Bundan başqa, barəsində qəbul edilmiş qərar müddətində ona təqdim edilməmiş, tərəfindən əldə edilməsi mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 117.2-ci maddəsinə əsasən, qərarın sürəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 129.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda göstərilən prosedur qaydalarının kobud şəkildə pozulmasına və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq məhkəmədən barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli TP7809592 saylı qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək 02 fevral 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən tərtib edilmiş 02 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 01 fevral 2026-cı il tarixdə saat 23:37-də “RAVON NEXİA R3 CDX MİNİK” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən tərtib edilmiş 01 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 01 fevral 2026-cı il tarixdə saat 23:37-də “RAVON NEXİA R3 CDX MİNİK” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 01 fevral 2026-cı il tarixli 2/309 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X3 23:35-də 0,305 promil alkoqol müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X12 tərəfindən təqdim edilmiş 1 fevral 2026-cı il tarixli 2/309 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əlavənin surətindən görünür ki, X5 0,305 promil alkoqol müəyyən edilmiş, X6 həmin aktla tanış edildi qeyd yazılaraq imza edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X12 tərəfindən tərtib edilmiş aktın qeydiyyat kitabının surətindən görünür ki, saat 23:35-də X6 barəsində 2/309 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib edilməsi qeydiyyat kitabına qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən tərtib edilmiş 02 fevral 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək 02 fevral 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. 01 fevral 2026-cı il tarixli 2/309 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X3 23:35-də 0,305 promil alkoqol müəyyən edilmişdir. Göründüyü kimi X5 müəyyən edilmiş sərxoşluq dərəcəsinin 0,3 promildən yuxarı olması halı öz təsdiqini tapmış, bu da öz növbəsində şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. X2 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tərtib edilmiş tibbi müayinə aktının rəsmi qeydiyyata alınmamasını və bu aktla tanış edilmədiyini bildirmişdir. Məhkəmə bu xüsusatın araşdırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X10 sorğu ünvanlamış, sorğuya cavab olaraq təqdim edilmiş 1 fevral 2026-cı il tarixli 2/309 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əlavənin surətindən görünür ki, X5 0,305 promil alkoqol müəyyən edilmiş, X6 həmin aktla tanış edildi qeydi yazılaraq imza edilmişdir; Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X12 tərəfindən tərtib edilmiş aktın qeydiyyat kitabının surətindən görünür ki, xx.xx.2026-cı il tarixdə saat 23:35-də X6 barəsində 2/309 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib edilməsi qeydiyyat kitabına qeyd edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2026cı il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1448/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1448/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver