Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1450/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Yanğın təhlükəsizliyinin normativ əsasları şöbəsinin Tikinti obyektlərinin yanğın təhlükəsizliyinin nəzarət sektorunun mühəndis-inspektoru X1, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Yanğın təhlükəsizliyinin normativ əsasları şöbəsinin Tikinti obyektlərinin yanğın təhlükəsizliyinin nəzarət sektoru tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2026-cı il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov 5 A ünvanında yerləşən yaşayış binasında keçirilən planlı yanğın-texniki müayinə zaman YTQ №01-2001 B-1.9.4, B-10.4, B-4.2-ci tələbləri pozulmuşdur. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Yanğın təhlükəsizliyinin normativ əsasları şöbəsinin Tikinti obyektlərinin yanğın təhlükəsizliyinin nəzarət sektorunun mühəndis-inspektoru X2 izahatında göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov 5 A ünvanında yerləşən yaşayış binasında planlı yanğın texniki müayinə aparılmışdır. Həmin müayinə üçün onlara qısa müddət verilmişdir. Bununla bağlı şirkətin əməkdaşını məlumatlandırmış, həmin qərarı da onlara göndərmişdir. Bundan sonra yuxarıda qeyd edilən yaşayış binasına yaxınlaşaraq oranın komendatının iştirakı ilə yaşayış binasında yanğın təhlükəsizliyi qaydalarına əməl olunubolunmaması yoxlanılmışdır. Nəticədə bir sıra pozuntular aşkar edərək bununla bağlı akt tərtib etmişlər. Həmin pozuntular ondan ibarət olmuşdur ki, yaşayış binası ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmiş, mövcud olan yanğınsöndürmə vasitələrinin istismar müddəti bitmiş, lakin yeniləri ilə əvəz edilməmiş, yaşayış binasında mövcud olan yanğın xəbərverici siqnalizasiya qurğusu işlək vəziyyətdə olmamışdır. Daha sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim etmişlər. İnzibati xəta haqqında protokolu müdafiə edərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışlar. Şəxs nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, şirkətin həmin yoxlamanın keçirilməsindən heç bir məlumatı olmamışdır. Ona görə konkret olaraq hansı nöqsanların aşkar olunmasını da bilmirlər. Bu cür vəziyyətdə aparılan yoxlama şəraitində həmin nöqsanların aradan qaldırılması da mümkün olmayacaqdır. Çünki bu nöqsanlar aşkar edilən zaman səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmişdir. Binanın yanğın təhlükəsizliyinə nəzarət edən əməkdaşı vardır, lakin bu günə kimi hər hansı nöqsanın olmasını bildirməmişdir. Binanın komendatı şirkətə heç bir məlumat verməmişdir. Protokol tərtib edən orqanın nümayəndəsinin yoxlama qərarını göndərməsini qeyd etdiyi əməkdaş şirkətə yoxlamanın aparılması ilə bağlı heç bir məlumat verməmişdir. Protokol tərtib edən orqan inzibati xəta haqqında protokl tərtib edən zaman onlara heç bir məlumat verməmiş, iştiraklarını təmin etməmişdir. Nəticədə onların həmin protokoldan müdafiə hüququ pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, FHN X3 Xidməti tərəfindən xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddət ərzində Şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov 5 A ünvanında “Yanğın təhlükəsizliyi haqqında” qanunun tələblərinə əməl olunması üzrə plan üzrə növbəti müayinə aparılması qərara alınmışdır. xx.xx.2026-cı il tarixli, 008 saylı yanğın texniki müayinə aktından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov 5 A ünvanında müayinə zamanı aşağıdakı qanun pozuntularının aşkar olunması qeyd edilmişdir: yaşayış binası ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməmişdir və mövcud olan yanğınsöndürmə vasitələrinin istismar müddəti bitmiş, lakin yeniləri ilə əvəz edilməmişdir. YTQ 01-2001 bənd-10.4 yaşayış binasında mövcud olan yanğın xəbərverici siqnalizasiya qurğusu işlək vəziyyətdə deyil, daima hazır və saz vəziyyətdə saxlanılmır: YTQ 01-2001 Bənd-4.2 Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs nümayəndəsinin binanın yanğın təhlükəsizliyi məsələsinə nəzarət edən şəxsin onlara hər hansı nöqsanın olması barədə məlumat verməməsi ilə bağlı mövqeyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, tərtib edilmiş müayinə aktından görünür ki, müayinənin nəticəsində bir sıra qanun pozuntuları aşkar olunmuşdur, həmçinin binanın yanğın təhlükəsizliyi məsələsinə nəzarət edən şəxsin nöqsanın olması barədə məlumat verməməsi nöqsanın olmaması nəticəsinə gəlməməklə şirkətin rəhbərini onun fəaliyyətinə nəzarət etmək vəzifəsindən onu azad etmir və məsuliyyətdən azad olunmaq üçün əsas ola bilməz. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X3nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikasının İnzibati Xətаlаr Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-1450/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1450/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver