Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-15/2026 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayon X11 Şöbəsinin 26 dekabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 08:30 radələrində ünvan 1 ünvanında Ayşən LTPMM şirkətinə mənsub **-TG-*** dövlət nömrə nişanlı “DAEWOO” markalı avtobusla orta zolaqla hərəkətdə olarkən **-LF-*** dövlət nömrə nişanlı “DAEWOO” markalı avtobus, onun qarşısına minik avtomobili çıxdığı üçün onu vurmamaq məqsədilə ani şəkildə qarşısına çıxmışdır. Səhər vaxtının pik vaxtını nəzərə aldıqla avtobusda sərnişin sıxlığı səbəbilə və onlara zərər dəyməmmək məqsədilə ani tormozlama etmədən, yüngül tormozlamaqla qəza şiddətinin mümkün qədər azaldaraq, həmin avtobusun arxa sol küncünə toxunmuşdur. Minik avtomobili hadisə yerindən uzaqlaşmışdır. Sərnişinlər arasında heç bir xəsarət alan olmamışdır. Hadisə yerinə polis əməkdaşları yaxınlaşdı. Sənədlər təqdim edildi. Alkotestdən keçərək sənədi təqdim edildi. Hadisəni olduğu kimi izahatda qeyd etmişdir. Ona video görüntü göstərilmədən digər tərəflərin iştirakı ilə qərar qəbul edilərək təqsirləndirilmişdir və onun barəsində protokol tərtib edilmişdir. Protokol ünvana göndərilmədiyi üçün gec xəbərdar olmuşdur. TP seriyalı ******* nömrəli qərar tərtib edilmişdir. Hadisə araşdırılmadan xx.xx.2025-ci il tarixində protokol qərarlaşdırılıb, lakin iştirakı olmadan xx.xx.2025-ci il tarixində protokol yazılıbmış. Qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən iş üzrə təqdim edilmiş video görüntü ona məxsus deyildir. Təqdim edilmiş video görüntünün Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş qərarla heç bir əlaqəsi yoxdur. Video görüntüdəki avtobus onun tərəfindən idarə edilmiş avtobus deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 dekabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 08:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Babək küçəsi 533 ünvanında “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 08:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Babək küçəsi 533 ünvanında “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; X5 iş materiallarında olan izahatında göstərmişdir ki, idarə etdiyi Ayşən MMC şirkətinə aid **-TG-*** dövlət nömrə nişanlı “DAEWOO BS090 AVTOBUS” minik markalı avtobus ani olaraq onun qarşısına istiqamət alıb dayandı. Onun idarə etdiyi avtobusdakı insanların xəsarət almamsı üçün ani tormozlama edə bilməzdi, mümkün qədər qəzanın şiddətini azaltmaq üçün yüngül tormozlama edərək həmin qarşısına çıxan avtobusa toxunmuşdur. Həmin **-LF-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü özü etiraz etmişdir ki, onun qarşısına **-EX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi çıxdığı üçün onun qarşısına çıxmışdır, onu vurmamaq üçün onun qarşısına çıxmışdır; X6 iş materiallarında olan izahatında göstərmişdir ki, idarə etdiyi sərnişin avtobusu Babək küçəsilə şəhər istiqamətinə hərəkət edərkən qarşısına maneə yarandığı üçün manevr etmiş və arxadan gələn avtobus arxadan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.5-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X5 xx.xx.2025-ci il tarixində saat 08:30-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Babək küçəsi 533 ünvanında “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda və Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən iş üzrə təqdim edilmiş sənədlər və video görüntüdə inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da görünür ki, yol hərəkəti qaydası əleyhinə olan İXM-nin 327.1-ci maddəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilə bilər. İkinci halda əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Hazırki işin hallarından belə aydın olur ki, sözügedən inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mövqeyi öyrənilmədən, onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən iş üzrə təqdim edilmiş video görüntüyə baxış keçirildikdə aydın olmuşdur ki, video görüntüdəki avtobus markalı nəqliyyat vasitəsi X5 tərəfindən idarə edilmiş “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi deyildir. Təqdim edilmiş video görüntü Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda və 26 dekabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xəta hadisəsini əks etdirmir. Həmçinin Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən iş üzrə təqdim edilmiş sənədlərdə 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi üçün hər hansı əsas müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, X5 barəsində Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon X11 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Sabunçu rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-15/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-15/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver