Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1517/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Tamerlan Baxşəliyevin, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Çayrud ərazi dairəsi, Çayrud kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvansız fərdi evünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş 10 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs həyat yoldaşı X5 xəsarətlər yetirmiş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı Tamerlan Baxşəliyev inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X7 xx.xx.2025-ci il tariixdə 42 Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Şəxs onu döymüşdür. X7 müainədən keçirilmiş xəsarətləri ilə bağlı ekspert rəyi alınmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, X7 ilə 14 ilə yaxındır ki, rəsmi ailə həyatı qurub, onunla birlikdə yaşayır. Onların birgə nikahlarından 11 yaşlı qız övladları var. Tünzalənin Neftçala rayonunda yaşadıqları zaman keçirdiyi xəstəlikdən sonra psixoloji problemləri yaranmışdır. Həmin vaxtdan boş söhbətlərə görə, səbəbsiz yerə onunla mübahisə yaradır, olmayan şeylərə görə onu ittiham edir. Tünzalə ilə hərəkətlərinə və ona yanaşmalarına görə mütəmadi olaraq mübahisə olur. Bir neçə dəfə bu səbəbdən polis bölməsində olmuşlar. Onlar artıq 2025-ci il ilin noyabr ayında rəsmi olaraq boşanmaq üçün məhkəməyə müraciət etmişdirlər. Yaşadıqları ünvan 2 ünvansız fərdi ev bir mərtəbəli və 3 otaqdan ibarətdir. Evin otaqlarından biri təmirlidir və ailə olaraq o otaqda yatırlar. Araları soyuq olduğundan Tünzalə ilə bir yataqda yatmır, yerdə yatır, yataqda Tünzalə ilə qız övladları yatır. O yerdə yatdığından və soyuq olduğundan özü üçün bir nəfərlik yataq almış və həmin otaqda yerləşdirmişdir. Tünzalə ona otağın balaca olduğunu deyib, yatağı o biri otağa keçirməsini istəmişdir. O da digər otaqların təmirsiz və soyuq olduğunu bildirərək yatağı həmin otaqda saxlamışdır. Evdə qonaqları olmuş, qonaqlar gedərkən qonaqları yola salmağa çıxmış, həmin vaxt Tünzalə yatağı digər otağa keçirmişdir. Bunun üstündə mübasiləri başlamışdır. Yatağı təkrar otağa qaytarmaq istəmişdir və buna görə onlar həmin yataq parçaları ilə dartışmışlar. Bu zaman yatağın taxta parçası Tünzalənin ayağına dəymiş və yüngül cızıq yaranmışdır. Daha sonra onların aralarında sözlü mübahisə davam etmişdir. Bu zaman Tünzalə DİN-nin 102 xidmətinə döyülməsi ilə bağlı məlumat vermişdir. Polislər ünvana gələrək onları polis şöbəsinə dəvət etmişdirlər. O Tünzaləni döyməmiş, xəsarət yetirməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, birinci dəfə deyil belə hadisələr baş vermişdir. Dəfələrlə Şəxs tərəfindən döyülmüşdür. 2016-cı ildə daşla vurduğundan Salyan rayonunda komaya düşmüşdür. Mütəmadi olaraq uşağın gözü qarşısında təhqir etmiş və döymüşdür. Hətta bıçaqla da hədələmişdir. Qızının gözü qarşısında təhqir edib döymüşdür. Sonuncu dəfə onu kravatın dəmiri ilə vurmuş və o yayınmağa çalışarkən qapıya çırpılmışdır. Hadisə zamanı evdə qızı da olmuşdur. Onu təhqir etdikdə cavab qaytardığı üçün dəmiri başına atmış çəkildiyindən qapıya dəyərək zədə almışdır. Övladları bu hadisələrdən travma alır və bununla bağlı onu psixoloji müalicə etdirir. Hal-hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 dekabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxsin ekspertizasının 08 dekabr 2025-ci il tarixli, 2659 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs X1 bud nahiyəsinin qançırları müəyyən edilmişdir. Hadisə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. İnzibati xəta haqqında 10 fevral 2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, vətəndaş vətəndaş X7 xx.xx.2025-ci il tariixdə 42 Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Şəxs tərəfindən döyülmüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs izahatından görünür ki, o, özünü təqsirli bilməmiş və X7 ilə aralarında yalnız söz mübahisəsinin olduğunu və bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, lakin X6 vurmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X6 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin həm iş materiallarında olan, həm də məhkəmə iclasında verdiyi izahatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxsin 11 dekabr 2025-ci il tarixli, 2659 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Hüseynov X2 Tünzalə Elton qızını vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında azad edilməlidir. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-1517/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1517/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver