Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1518/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Şirinova Nuray ilqar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gürcüstanın Qardabani rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 10 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6050/24 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə yaranmış 1855 manat məbləğində aliment borcunu ödəməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu, icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6050/24 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokolda qeyd edilən 1855 manat aliment borcu ilə razı deyildir. Hesablamalarına əsasən 855 manat aliment borcu vardır. Bu günədək təkcə o yox eyni zamanda atası və anası da nəvəsi üçün X2 bank kartına ödənişlər etmişdirlər. Bunu təsdiq edən qəbzlər də mövcuddur. İşləmədiyindən ödənişlər edə bilməmişdir. Hazırda bugün X2 hesabına 500 manat məbləğində ödəniş etmişdir. Qalan 355 manat aliment borcunu da yaxın bir müddətdə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdirlər. İcra sənədinin icrasından yayınmır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6050/24 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Aylıq müəyyən məbləğlərdə bank kartına ödənişlər etmişdir. Lakin qayınata və qayınanası tərəfindən nəvəsi üçün ödənilmiş ödənişləri aliment üçün müəyyən edilmiş məbləğə daxil etmir. Hazırda onun hesabına 500 manat məbləğində ödəniş etmişdir. Qalan aliment borcunun da yaxın bir müddətdə ödənilməsi ilə bağlı onunla razılığa gəlmişdir. Odur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6050/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Sofiyev islam Valeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1386/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Şəxs hər ay qazancının ¼ hissəsi və hər ay 68 manat sabit pul məbləğində alimentin forması və miqdarı dəyişdirilərək hər ay 235 manat olmaqla sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməsi qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(011)-6050/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, həmin bildiriş Şəxs tərəfindən qəbul edilmişdir; “Birbank” ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindənxx.xx.2026-cı il tarixdə 500 manat X2 hesabına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6050/24 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokolda qeyd edilən 1855 manat aliment borcu ilə razı deyildir. Hesablamalarına əsasən 855 manat aliment borcu vardır. Bu günədək təkcə o yox eyni zamanda atası və anası da nəvəsi üçün X2 bank kartına ödənişlər etmişdirlər. Bunu təsiq edən qəbzlər də mövcuddur. İşləmədiyindən ödənişlər edə bilməmişdir. Hazırda X2 hesabına 500 manat məbləğində ödəniş etmişdir. Qalan 355 manat aliment borcunu da yaxın bir müddətdə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdirlər. İcra sənədinin icrasından yayınmır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən hər ay müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Son bir neçə aydır ki, işləmədiyindən ödənişlər etmək imkanı olmamışdır. Hazırda da 500 manat məbləğində X2 bank kartına ödəniş etmişdir. Həmçinin qalan aliment borcunun ödənilməsi ilə bağlıda zərərçəkmiş şəxslə razılığa gəlmişdirlər. Qeyd edilən hallar zərərçəkmiş şəxs X2 izahatında da öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən hallardan aydın olur ki, Şəxs qərəzli olaraq aliment borcundan yayınmamışdır. Məhkəmə qeyd edir ki, aliment məbləği uşaqların saxlanması üçün nəzərdə tutulduğundan, həmin vəzifə Şəxs tərəfindən yerinə yetirildiyindən, eyni zamanda o, aliment borcunu ödəməkdən yayınmadığını, hazırda 500 manat məbləğində ödəniş etdiyini, hər ay aliment borcunu ödəyəcəyini bildirdiyindən üzrsüz səbəbdən icra vərəqəsinin icra edilməməsi halı müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1518/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1518/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver