Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-1524/2026 10.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin qanuni təmsilçisi Ugur Mehmetin iştirakı ilə, Hüquqi şəxs “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti(VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34 000 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə ## ###### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 34 000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış və 2 il müddət keçsə də, həmin məbləğin qalığı 21 700(iyirmi bir min yeddi yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## ###### 2026cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair *(*-***)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən dolayı iştirak edə bilməyəcəyini qeyd etmişdir. İş üzrə tərtib edilmiş protokolda MMC-nin müvafiq avans köçürməsi üzrə 21700.00 ABŞ dolları vəsaitin açıq qaldığı qeyd edilsə də, müxbir bank tərəfindən MB-a təqdim edilmiş məlumata əsasən MMCnin avans köçürməsinin açıq qalan hissəsinin 21 687 ABŞ dolları olduğu müəyyən edilmişdir. İnzibati protokol və ona əlavə edilmiş sənədləri sübut qismində qəbul edərək iştirakları olmadan inzibati işə baxıb “ER İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin xaricə avans köçürməsinin 21 687 ABŞ dolları olmasını nəzərə alınmasını və MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin nümayəndəsi Ugur Mehmet izahatında göstərmişdir ki, MMC şüşə silən, şüşə kəsən avadanlıqlar gətirir. Onların hər çıxarılan pul üzrə malı ölkə ərazisinə daxil olmuşdur. Sadəcə məsələ bundan ibarət olmuşdur ki, ona məxsus olan iki şirkət olmuşdur. “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC ilə bərabər “xxxx” MMC-də ona məxsus şirkətdir. Müqavilə bağladığı xarici şirkət “X1 CO” şirkəti çıxarılmış 21 687 ABŞ dolları məbləğində vəsatin malını ona məxsus olan digər şirkət “xxxx” MMC-nə göndərmişdir. Bununla bağlı ##.##.2023-cü il tarixli ************** saylı, ##.##.2023-cü il tarixli ************** saylı və ##.##.2023-cü il tarixli ************** saylı Gömrük bəyannamələrini təqdim edərək yoxlanılmasını xahiş edir. Hər iki şirkətin təsisçisi olduğundan Gömrük Bəyannamələrinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, başa düşə bilmir ki, hansı səbəbdən onun təqdim etdiyi Gömrük Bəyannamələrin müqavilənin fərqli olmasını bilmir. Mal aldığı şirkət fərqinə varmadan “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nə göndərilməli olan malı, “xxxx” MMC-nə göndərmişdir. “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC tərəfindən artıq ödəniş digər firma “xxxx” MMC-yə idxal olunan avadanlıqlarla əvəz edilmişdir. İclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; ## ###### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34 000 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə ## ###### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 34 000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış və 2 il müddət keçsə də, 21 700(iyirmi bir min yeddi yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “xxxx” ASC tərəfindən AR Mərkəzi Banka ünvanlanmış ## ###### 2025-ci il tarixli KB-***/*-**/**** saylı məktubundan görünür ki, “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-in “xxxx” ASC-də olan hesabından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 34 000 ABŞ dollarının 21 700(iyirmi bir min yeddi yüz) ABŞ dolları məbləğində qalığı xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin xaricə avans köçürməsinin 21 687 ABŞ dolları olmasını nəzərə alınmasını və MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “xxxx” və Mərkəzi Bank arasında aparılmış e-mail yazışmasından görünür ki, ##.##.2024-cü il tarixdə “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin xaricə avans olaraq 34000 ABŞ dolları köçürmə aparılmış, həmin məbləğin 12 313 ABŞ dolları ************** saylı gömrük bəyannaməsi üzrə bağlanmış, köçürmənin 21 687 ABŞ dolları hissəsi bağlanmamış qalmış, avans ödənişin qalığı ilə bağlı müştəri filiala heç bir əlavə sənəd təqdim etməmişdir. “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin nümayəndəsi tərəfindən ##.##.2023-cü il tarixli ************** saylı, ##.##.2023-cü il tarixli ************** saylı və ##.##.2023-cü il tarixli ************** saylı Gömrük Bəyannamələri təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. ## ###### 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2021-ci il tarixli, **/* nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000(on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında ##.##.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin ***/*** saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasında Gömrük bəyannamələrinin doldurulması qaydası nəzərdə tutulmuşdur. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin mövqeyinə görə ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ###### 2023-cü il tarixdə 34000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 21687 ABŞ dolları pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Belə ki, məhkəmə iclası “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin nümayəndəsinin xahişi ilə dəfələrlə(dörd dəfə) təxirə salınmış və onlara Gümrük Bəyannamələrini təqdim etmək üçün şərait yaradılmışdır. “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin nümayəndəsinin nümayəndəsi tərəfindən müxtəlif tarixli Gömrük Bəyannamələri məhkəməyə təqdim edilmişdir. Məhkəmə “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin nümayəndəsinin məhkəmə iclasına təqdim etiyi ##.##.2023-cü il tarixli ************** saylı, ##.##.2023-cü il tarixli ************** saylı və ##.##.2023-cü il tarixli ************** saylı Gömrük bəyannamələrinə münasibətdə qeyd edir ki, həmin Gömrük bəyannamələri yoxlanılmış və müəyyən edilmişdir ki, onlarda invoys üzrə uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, həmin gömrük bəyannamələri ilə müəyyən edilmiş malların eyniləşdirilməsi aparıla bilməmişdir. GB üzrə invoys fərqli olduğundan və müqavilə nömrəsi və tarixi fərqli olduğundan malların eyniləşdirilməsi aparıla bilməmişdir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında ##.##.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin ***/*** saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasına uyğun olaraq 44 qrafada 4011(İnvoys (hesab-faktura), proforma-invoys (hesab-proforma)) hissədə olan məlumatların göndərilən invoysun tarixi, müqavilənin tarixi və nömrəsi qeyd edilir. Belə ki, ##.##.2024-cü il tarixli invosydan görünür ki, ödənişin təyinatında müqavilənin nömrəsi 5/2023, tarixi isə ##.##.2023-cü il qeyd edilmişdir. Lakin təqdim edilmiş ##.##.2023-cü il tarixli ************** saylı, ##.##.2023-cü il tarixli ************** saylı və ##.##.2023-cü il tarixli 01231000133478 “xxxx” MMC-nə məxsus olan Gömrük bəyannamələrinin 44-cü qrafasının 4011-ci bəndində müqavilənin **/**** saylı və ##.##.2022-ci il tarixli olması müəyyən edilmişdir. Bundan əlavə həmin Gömrük bəyannamələrində “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nə istinad edilməmiş, çünki ödənişi edən “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC olmuş, Gömrük bəyannamələri üzrə mallar isə “xxxx” MMC-nə idxal edilmişdir. Məhkəmə hesab edir ki, “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş Gömrük Bəyannamələrinin “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nə aidiyyatı təsdiq edilmədiyindən, “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin göndərmiş olduğu pulun qarşılığında malların idxal edilməsini təsdiq edən sənədlər kimi nəzərə alına bilmədiyindən sübut növü kimi qəbul edilə bilməz. “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli aparılmış əməliyyat üzrə malları(xidməti) ölkə ərazisinə iki il ərzində idxal etməsi barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək “ER-İNŞAAT SANAYİ TİCARƏT” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair protokolda MMC-nin müvafiq avans köçürməsi üzrə 21700 ABŞ dolları vəsaitin açıq qaldığı qeyd edilsə də, müxbir bank tərəfindən Mərkəzi Banka təqdim edilmiş məlumata əsasən MMC-nin avans köçürməsinin açıq qalan hissəsinin 21 687 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən də hesab edir ki, “ER İNŞAAT SANAYİ TİCARƏT” MMC-nin xaricə avans köçürməsinin 21 687 ABŞ dolları olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti(VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (21 687 ABŞ dolları) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 126-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: “ER-İNŞAAT SANAYİ TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti(VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 21 687 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 4 337.40 (dörd min üç yüz otuz yeddi dollar 40 sent) ABŞ dolları(dolların ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1524/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1524/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver