Məhkəmə qərarları › İş №3(5-101)-1601/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1601/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1601/2026 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 11 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Məhkəmə qərarlarına əsasən Şəxs oğlndan 6000 min manat tutularaq tələbkar X4 ödəməlidir. 4531.82 manat "xxxx" ASC-yə və 500 manat dvlət büdcəsinə ödəməlidir. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5623/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6000 min manat məbləğində pul və 95 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2024 nömrəli, xx.xx.2024-cü il nömrəli tarixli icra sənədinə əsasən Şəxs 3961.4 manat əsas, 547.65 manat faiz, 22.77 manat cərimə, cəmi 4531.82 manat borc və dövlət rüsumu olaraq ödənilmiş, 65.32 manat məbləğində vəsait "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 7172/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) mant cərimə edilmişdir. 2000 min manat ödəmişdir, 4000 min manat borcu qalmışdır. Son dəfə keçən ay 100 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Ondan 6000 min manat məbləğində pul və 95 manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməlidir. Qeyd olunan icra sənədlərindən xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi işsiz olmasıdır. İcra sənədi üzrə bu günədək ödəniş etmişdir. 2000 manat ödəniş etmiş, 4000 manat borcu qalmışdır. Montində evi vardır, sökülmüşdür ordan alacağı pulla borcunu tamam bağlayacaqdır. Sonuncu dəfə keçən ay 100 manat ödəmişdir, bundan sonra da hər ay 150 manat borcu bağlanana kimi ödəməyə hazırdır. Əgər evindən pul alsa borcunu tamam bağlayacaqdır. Yalnız bir icra vərəqəsi ilə bağlı ödəniş həyata keçirmişdir.. Barəsində həbs qətimkan tədbiri ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsi onun sosial vəziyyətini daha da ağırlaşdıracaq və icra sənədi üzrə öhdəliklərini yerinə yetirmə imkanlarının tamamilə məhdudlaşmasına səbəb olacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Məhkəmə qərarlarına əsasən Şəxs 6000 (altı min) manat tutularaq X2ma ödənilməlidir. 4531.82 manat "xxxx" ASC-yə və 500 manat dvlət büdcəsinə ödəməlidir. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinn 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5623/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 6000 (altı min) manat məbləğində pul və 95 (doxsan beş) manat dövlət rüsumu tutularaq iddiaçı X1 ödənilməsi nəzərdə tutulmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5623/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə borclu xx.xx.1965-ci il təvəllüdlü, ünvan 1 üvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 (008)-3422/2024 nömrəli, 17 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3961.4 manat əsas, 547.65 manat faiz, 22.77 manat cərimə, cəmi 4531.82 manat borc və dövlət rüsumu olaraq ödənilmiş, 65.32 manat məbləğində vəsait "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 (008)-3422/2024 nömrəli, 17 may 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 29 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7172/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) mant cərimə edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7172/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 11 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra işlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-5623/2023 saylı xx.xx.2023-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2024-006 saylı, xx.xx.2024-cü il tarixli və Sabunçu Rayon Məhkəməsinin 3(008)7172/2024-001 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünr ki, Şəxs tələbkar Şaiq Babaxanova 100 manat pul ödəniş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7172/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə tərərfindən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliklərin mövcudluğunu, habelə bu öhdəliklərin icra edilməməsinin hüquqi nəticələrini tam şəkildə dərk etmişdir. Belə ki, o, icra məmuru tərəfindən dəfələrlə icra sənədinin tələbləri, ödənişlərin həyata keçirilməməsinin inzibati məsuliyyət yaratması və bu barədə xəbərdarlıq edilməsi barədə məlumatlandırılmışdır. Buna baxmayaraq, Şəxs icra sənədi üzrə öhdəliklərini müəyyən dövrdən etibarən icra etməmiş, ödənişləri sistemli və davamlı şəkildə yerinə yetirməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, Şəxs ödənişləri dayandırması obyektiv maneələrlə deyil, onun öz iradəsindən asılı olan səbəblərlə bağlı olmuşdur. Belə ki, o, maddi imkanlarının məhdudluğunu əsas gətirsə də, icra sənədi üzrə borcun qismən ödənilməsi üçün real imkanlar mövcud olduğu halda, ödənişləri davam etdirməmiş və alternativ icra mexanizmlərindən istifadə etməmişdir. Bu hal onun icra sənədinin icrasına münasibətdə laqeyd və məsuliyyətsiz davranışını göstərir. Bundan əlavə, Şəxs izahatından da görünür ki, tələbkarın tələbi icra sənədinin icrasını dayandıran hüquqi əsas hesab edilmir və borclu şəxs icra sənədinin tələblərini yerinə yetirməkdən özbaşına imtina etmək hüququna malik deyil. Bu isə onun icra sənədinin icrasından bilə-bilə yayınmasını, yəni qəsdini təsdiq edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar