Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1605/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Dövlət X4 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X4 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X4 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 10 fevral 2026cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 21 yanvar 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qeyri-yaşayış obyekti Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulma həyata keçirilmiş, nəticədə suyun talanması yolu ilə az miqdarda maddi ziyan vurulmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət X4 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə bildirdi ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı 21 yanvar 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qeyri-yaşayış obyekti Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulma həyata keçirilmiş, nəticədə suyun talanması yolu ilə az miqdarda maddi ziyan vurulduğu müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Ərazidən foto çəkilmiş və şəxsin izahatı alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qeyri-yaşayış obyekti Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs izahatında bildirmişdir ki, o, 25 sentyabr 2023-cü il tarixdə müvafiq texniki şərt almış, su xətti aidiyyəti qurumun əməkdaşları tərəfindən çəkilmiş, lakin sayğac quraşdırılmamışdır. Onun sözlərinə görə, sayğacın quraşdırılması üçün dəfələrlə müraciət etsə də, bu istiqamətdə hər hansı nəticə əldə olunmamış və hazırkı vaxta qədər sayğac quraşdırılmamışdır. Məhkəmə iclasında iştirak etmiş X1 bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə texniki şərt almışdır. Su idarəsinin işçiləri tərəfindən su xətti çəkilmişdir, lakin sayğac qoyulmamışdır. Sayğac qoyulması üçün dəfələrlə müraciət etsə də heç bir nəticə verməmişdir. Hal-hazırda da sayğac qoyulmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X4 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 10 fevral 2026cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 10 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 21 yanvar 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən qeyri-yaşayış obyekti Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulma həyata keçirilmiş, nəticədə suyun talanması yolu ilə az miqdarda maddi ziyan vurulmuşdur. Nəticədə fiziki şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 10 fevral 2026-cı il tarixli, 000399 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə bvə onların mühafizəsi qaydalarının, həmçinin Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinin yoxlanması məqsədilə Bölmənin 19 yanvar 2026-cı il tarixliu 008 nömrəli sərəncamına əsasən Sabunçu rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirildi. Monitorinq zamanı Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Şəxs məxsus qeyri-yaşayış obyekti (avto-təmir, ehtiyyat hissə) su təhcizatı şəbəkəsinə müqavilə bağlamadan və sayğac quraşdırmadan qoşularaq sudan qeyr-qanunni istifadə faktı aşkar olundu. Aşkarlanan hal vətəndaşa izah olundu. İnzibati ixəta haqqında iş üzrə icraata başlanılması və inzibati araşdırılma aparılması haqqında xx.xx.2026-cı il tarixində qrardad qəbul olunmuşdur. İnzibati araşdırma ilə əlaqədar Şəxs ilə təkrar ünvanda görüş keçirilmiş, izah olunmasına baxmayaraq vətəndaş izahat verməkədən və araşdırmada iştirakdan imtina etnişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası Su Məcəlləsinin 40, 45, 103-cü maddəsilərini, Azərbaycan Respublikası Su Təhcizatı və X5 Qanununun 24, 58, 67, 72-ci maddələrinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalar”nın müvafiq maddələrini pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, video görüntülər akta əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə Şəxs izahatını iş materialları ilə birlikdə qiymətləndirərək qeyd edir ki, istinad edilən texniki şərtin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək olmuşdur və həmin müddət bitdikdən sonra su təchizatı şəbəkəsindən istifadə üçün hüquqi əsas mövcud olmamışdır. Bundan əlavə, iş materiallarında olan sənədlərdən, o cümlədən inzibati xəta haqqında protokol və aktdan müəyyən olunur ki, obyekt su təchizatı şəbəkəsinə müvafiq müqavilə bağlanmadan və sayğac quraşdırılmadan qoşulmuşdur ki, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Eyni zamanda, Şəxs tərəfindən sübut kimi təqdim edilmiş ödəniş qəbzlərinin adından da (“Qanunsuz istifadə fakturası”) açıq-aşkar görünür ki, həmin ödənişlər qanunsuz istifadə faktına görə hesablanmışdır və bu hal onun sudan qanunsuz istifadə etməsini dolayısı ilə təsdiq edir. Belə olan halda, Şəxs təqdim etdiyi dəlillər onun məsuliyyətini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz və məhkəmə onun izahatını əsaslı hesab etmir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati materialda olan sənədlər və videodiskdə olan görüntülərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-1605/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1605/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver