Məhkəmə qərarları › İş №3(5-101)-1609/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-1609/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-1609/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/26404202 saylı, xx.xx.2025-ci il tarixli EQ/27048304 saylı və xx.xx.2025-ci il tarixli EQ/26377976 saylı qərarların ləğv edilməsinə dair X3 şikayət ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/26404202 saylı, xx.xx.2025-ci il tarixli EQ/27048304 saylı və xx.xx.2025-ci il tarixli EQ/26377976 saylı qərarların ləğv edilməsinə dair X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X6 ərizə ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində “Mercedes Benz 190 minik” markalı **-CK-*** saylı avtomobilin onun mülkiyyətində olmasını bildirsə də, şikayət ərizəsinə əlavə edilmiş qərlardan görünür ki, ləğv edilməsi xahiş edilən xx.xx.2025ci il tarixli EQ/26404202 saylı, xx.xx.2025-ci il tarixli EQ/27048304 saylı və xx.xx.2025-ci il tarixli EQ/26377976 saylı qərarlar(hər üçü də) X2 barələrində tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 109.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Ərizəyə təqdim edilmiş sənədlərdən də göründüyü ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ/26404202 saylı, xx.xx.2025-ci il tarixli EQ/27048304 saylı və xx.xx.2025-ci il tarixli EQ/26377976 saylı qərarlar(hər üçü də) X2 barəsində tərtib edilmiş və həmin qərarlardan ayrı-ayrılıqda X2 şikayət vermək hüququna malikdir. X1 həmin qərarlardan şikayət vermək hüququ yoxdur. Məhkəmə qeyd olunanlara əsasən, hesab edir ki, hazırki vəziyyətdə X3 qərarlardan şikayət vermək hüququ olmadığından, verilmiş şikayət X4 geri qaytarılmalı, ona inzibati xətanı törətmiş şəxslər tərəfindən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə eyni zamanda izah edir ki, gələcəkdə hüququ olan şəxs tərəfindən hər qərar üzrə ayrı-ayrılıqda müraciət etmək hüququna malik olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X6 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli şikayət ərizəsi baxılmadan X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar