Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1651/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclasının katibi Rəcəbova Natavan Elnur qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəmsinə göndərilmişdir. 12 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə “instagram” sosial şəbəkəsində “ramil.rovsan” adlı profilin sahibi vətəndaş Şəxs polisin ünvanına nalayiq ifadələr işlətməsi və xidməti fəaliyyətinə kölgə salması faktı aşkar edilmişdir. Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək, bildirmişdir ki, təxmini olaraq 1 həftə öncə “instagram” sosial şəbəkəsində “Sancaq.Production” profilində polis əməkdaşları ilə bağlı video paylaşımı görmüşdür. Şərh hissəsində öz fikrini bildirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək xidməti fəaliyyətlərinə kölgə salmışdır. Əməlindən peşman olduğunu və bir də bu kimi hallara yol verməyəcəyini qeyd edərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə “instagram” sosial şəbəkəsində “ramil.rovsan” adlı profilin sahibi vətəndaş Şəxs polisin ünvanına nalayiq ifadələr işlətməsi və xidməti fəaliyyətinəkölgə salması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir; İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs “İnstagram” sosial şəbəsində “sancaq.produckt” profili tərəfindən polis əməkdaşları ilə bağlı paylaşılmış videonun şərh bölməsində “ramil_rovsen” profili ilə “Polislərə verilən volyanı kimə versələr qorxmazlar.Ona görə dünyada tək ölkə Azərbaycandır ki, polislərə nifrətlə baxılır. polis işləmək utanc kimi görünür və polisə “İT” deyilir. Çox təəsüflər olsun. Bundan betərlərini mən görmüşəm. Yəni polis xalqı sadəcə bir sürü qoyun sayır. Bunuda dillərindən eşitmişəm” şərhini paylaşaraq Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyaları paylaşmış və Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər sənədlərlə sübuta yetirilmişdir ki, vətəndaş Şəxs “İnstagram” sosial şəbəsində “ramil_rovsen” adı ilə qeydiyyatdan keçib Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən şərh paylaşmış və Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, həbsetmənin əvvəli 12 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 fevral 2026-cı il tarixdən, saat 14:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-1651/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1651/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver