Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1671/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızı, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 24.11. 2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir, ondan ötəri ki, o, əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə EQ27723751 nömrəli protokol üzrə xx.xx.2025-cİ il tarixli cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinə əsas olan “Zil” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zibil maşınıdır. Onu Nərimanov Rayon MKTB-nin rəhbərinin göstərişi əsasında idarə edərək yol kənarında yığılmış zibillərin yığılması üçün idarə etmişdir.Ona görə də həmin nəqliyyat vasitəsini idarə edən zaman məcburən avtobus zolağına daxil olmuşdur. Bununla bağlı Nərimanov Rayon MKTB-nin rəhbəri Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş və həmin nəqliyyat vasitəsilə bağlı qəbul edilmiş cərimə qərarları silinmişdir. Ona görə də məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib edən orqana məlumat verilməsinə baxmayaraq, protokol tərtib edən orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Zil” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsinə görə xüsusi texniki vasitələrin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında çıxarılmış elektron qərarlarla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, qanunvericliyin tələbinə əsasən qeyd olunan nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilmiş xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv olunaraq işlər üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan EQ27723751 saylı protokol üzrə xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuşdur. Həmin qərarın ləğv olunması ilə şəxsin İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasına əsas olan hal, yəni inzibati cərimənin 3 ay ərzində ödənilməməsi aradan qalxmışdır. Bu isə İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətin yaranmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-1671/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1671/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver