Məhkəmə qərarları › İş №3(5-101)-1683/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1683/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1683/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri X9 Polis Şöbəsinin inspektoru, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 04 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 04 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmiş, xəta nəticəsində Zərərçəkmiş şəxs1 qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 sağlamlıqlarına yüngül bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, “Baku Bus" MMC-yə məxsus 217 saylı xətt avtobusunda sürücü işləyir. Marşrut xətti Məhəmmədi qəsəbəsi ərazisindən X6 aralığında olan ərazini əhatə edir. 15 yanvar 2026-cı il tarixdə saat təqribən 09:10 radələrində idarə etdiyim “BMC” markalı 99- JC- 952 dövlət qeydiyyat nişanlı avtobusla təqribən 35 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Məhəmmədi dairəsi istiqamətində iki hərəkətli yolda hərəkətdə olduğum zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin qarşısını almağa çalışsa da bu tam mümkün olmamışdır. Səmimi peşmandır, zərərçəkən şəxslərə dəymiş ziyan tam şəkildə ödənilmiş və barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış 15 yanvar 2026-cı il tarixli, **********362 saylı notarial təsdiqli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış 15 yanvar 2026-cı il tarixli, **********363 saylı notarial təsdiqli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış 17 fevral 2026-cı il tarixli, **********830 saylı notarial təsdiqli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. 16 fevral 2026-cı il tarixdə keçirilmiş iclasda iştirak etmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasına təqdim etdiyi ərizəsində bildirmişdir ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X9 Polis Şöbəsi tərəfindən tərtib olunmuş 04 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixində, saat 09:10-da Sabunçu rayonu, Məhəmmədi dairəsi istiqamətində “BCM PROCİTY 12 M CNG Avtobus” markalı, 99-JC- 952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1965-ci ildə Naxçıvan MR-da doğulmuş, hazırda ünvan 1i ünvanında yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. Xəta nəticəsində X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 sağlamlıqlarına yüngül bədən xəsarəti yetirilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2026-cı il tarixli 103 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının hemotoması müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2026-cı il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2026-cı il tarixli 93 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 ağrı və hərəkət məhdudiyyəti ilə müşaiyət olunan sol-mil bilək oynağının yumşaq toxumalarının əziyi və sol bel nahiyəsinin hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2026-cı il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2026-cı il tarixli 92 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 təpə nahiyəsinin dərialtı hemotoması müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2026-cı il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2026-cı il tarixli, 1/596 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi protokolundan görünür ki, Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar