Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1684/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Alışovnanın iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 74, mənzil 150 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2026cı il tarixində saat 15:15 radələrində idarə etdiyi “LEXUS LX570” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsində hərəkətdə olarkən xx.xx.1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Alışovnanın sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 15:15 radələrində o etibarnamə əsasında idarə etdiyi Lexus markalı 570 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi ilə üzü Bakıxanov qəsəbəsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olarkən inşaatçılar küçəsinin kəsişəmsində yolun sağ hissəsinə dönüş üçün baş yol olduğu halda o baş yolu gözləmədən düzünə hərəkətinə davam etmişdir. Həmin vaxtı anidən qarşı əks yolda yəni inşaatçılar küçəsi ilə hərəkətdə olan Nissan markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili görmədən idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə Nissan markalı avtomobilin ön hissəsindən vuraraq YNH-i baş vermişdir. Hadisə zamanı avtomobildən düşdükdən sonra məlum olmuşdur ki, Nissan markalı avtomobildə olan adını sonradan bildiyi sərnişin Səmayə Musurzayeva xəsarət almışdır. O ona yaxınlaşaraq köməklik edib ilkin tibbi yardım göstərmişdir.Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacinski küçəsi ilə inşaatçılar küçəsinin kəsişməsində yol 1 gediş və 1 gəliş olmaqla, iki istiqamətli, düz hamar və maksimum 50 km saat sürətlə tənzimlənən yoldur. Həmin yol inşaatçılar küçəsinə doğru dönüş baş yol kimi tənzimlənir. İdarə etdiyi Lexus 570 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobildə hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə arxa oturacaqda X1 olmuşdur. İdarə etdiyi Lexus 570 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan hadisədən qabaq heç bir spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs Alışovnaya yaxınlaşaraq ona tibbi yardım göstərmişdir. Hadisədən sonra onun vəziyyəti barədə onunla dayısı əlaqə saxlamışdır. Hazırda yaranmış bütün xərcləri qarşılmağa hazırdır. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq yoxdur. Əməlindən peşman olduğunu barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Alışovna izahatında göstərdi ki, xx.xx.2026-ci il tarixdə saat 15:15 radələrində həyat yoldaşı Zəlimxan Musurzayev idarə etdiyi Nissan markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, inşaatçılar küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində baş yolda 30-40 km/saat sürətlə hərəkətdə olarkən Məmmədhəsən Hacınski küçəsinin kəsişməsində hərəkətinə davam etmişdir. Həmin vaxtı yol kəsişməsində Lexus markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil «Yol verin» nişanın tələbini pozaraq hərəkətinə davam etmiş və Lexus markalı avtomobil sağ ön hissəsi ilə yoldaşının idarə etdiyi Nissan markalı avtomobilin ön hissəsindən vuraraq YNH-i baş vermişdir. Hadisə zamanı baş nahiyyəsi avtomobilin alın şüşəsinə dəyərək xəsarət almışdır. Aldığı xəsarətlə bağlı X5 və Nevro cərrahiyə xəstəxansına müraciət etmişdir. Hadisə zamanı Lexus markalı avtomobili idarə edən adını sonradan bildiyi Şəxs yaxınlaşsada ilkin tibbi yardım göstərməmişdir.X4 idarə etdiyi Nissan markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobildə hec bir çəkidə yük olmamışdır. Hadisə zamanı Zəlimxan Musurzayevin idarə etdiyi avtomobildə o və arxa oturacaqda nəvələri olmuşdur. Hadisədən sonra sağlamlığı ilə bağlı problemlər yaşayır, lakin Şəxs onunla bir dəfə belə olsun maraqlanmamışdır. Hətta yoldaşı onlarla əlaqə saxlamağa çalışsa belə onlar telefona cavab verməmişdirlər. Həmçinin hadisə nəticəsində avtomobillərinə on min manatdan çox ziyan dəymişdir, sığorta həmin məbləğin sadəcə beş min manatını qarşılamışdır. Odur ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun özü ilə bərabər 2 nəvəsidə maşında olmuşdur, çox pis vəziyyətdə olmuşdur, bunu təsdiq edən şəkilləri təqdim edir, bir dəfə olsun gəlib onunla maraqlanmamışlar, onu vuran şəxs baş yol nədir bilmir, təzə avtomobil idarə edir, xahiş edir ki, barəsində protokol tərtib edən şəxsin sürücülük hüququ məhdudlaşdırılsın ki, digər şəxslər də zərərçəkməsinlər. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 06 yanvar 2026-cı il tarixli 34 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Alışovnada alın-sifət nahiyəsinin geniş ölçüdə dərialtı hematoması və hər iki diz oynağı nahiyəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2026-cı il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozuımasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən tərtib edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 yanvar 2026-cı il tarixli qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər aldıqlarından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı ilə əlaqədar şikayətlərinin olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 29 yanvar 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Şəxs məxsus BA 137536 nömrəli sürücülük vəsiqəsindən görünür ki, BA 137536 nömrəli sürücülük vəsiqəsi Şəxs 26 avqust 2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır; Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən tərtib edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 yanvar 2026-cı il tarixli qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1684/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1684/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver