Məhkəmə qərarları › İş №3(5-101)-1825/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-1825/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-1825/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının, Məhkəmə iclas katibi Cəfərova Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 avqust 1973-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, cavabdeh Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 616 manat 91 qəpik, “Unibank”-a, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6245/2025 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 843 manat və 30 manat "xxxx" MMC-yə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3619/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 3314.62 manat tələbkar X8, X3 Agentliyinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 100 manat Energetika Nazirliyinə qərəzli olaraq ödəməmiş, borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 bildirdi ki, İcra sənədlərindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 486.36 (dörd yüz səksən altı manat otuz altı qəpik) manat əsas borc, 82.55 (səksən iki manat əlli beş qəpik) manat faiz borcu, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, cəmi 586.91 (beş yüz səksən altı manat doxsan bir qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X7” ASC-yə ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 766 (yeddi yüz altmış altı) manat, 12 (on ik) qəpik ödənilməmiş hissə, 76 (yetmiş altı) manat, 88 (səksən səkkiz) qəpik cərimə olunmaqla, cəmi 843 mant (səkkiz yüz qırx üç) mant məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3619/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2.762 (iki min yeddi yüz altmış iki) manat məbləğində əsas, 100 (bir yüz) manat məbləğində əldən çıxmış fayda, 50 (əlliə0 manat mənəvi ziyan, hüquqi xidmətlərə görə 350 (üç yüz əlli) manat haqq, cəmi 3262 ( üç min iki yüz altmış iki) manat pul və 52.62 (əlli iki manat altmış iki qəpik manat dövlət rüsumu tutularaq iddiaçı X6 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, X9 ilə bağlı olan icra sənədi üzrə isə məlumatı olmamışdır. Belə ki, X9 uzqdan qohumudur. Xəstəliyi ilə bağlı Dubaya müalicəyə getmişdir. X9 avtomobil ehtiyyat hissəsi gətirməsini xahiş etmişdir. O da ehtiyyat hissəsini sifariş etmiş, lakin müalicəsi bitdiyi üçün geri qayıtmalı olmuş və bu barədə X8 məlumat vermişdir. Ehtiyyat hissələri üçün ümumi olaraq X5 1630 ABŞ dolları pul almışdır. Daha sonra bu məslə ilə bağlı problem çıxdığından X9 tərəfindən məhkəməyə verilmiş, lakin məhkəmə prosesinin yekun nəticəsindən məlumatı olmamışdır. İzahatı indi yazmışdır. Borcundan indi xəbəri olmuşdur. Qeyd edilən icra prosesi zamanı icra vərəqəsinin icrasından imtina etməmişdir. Bu məqsədlə cavabdeh icra məmurundan icra tədbirlərinin müvafiq məhkəmə qərarı verilənədək təxirə salınmasını rəsmi qaydada xahiş etmişdir. Şəxs digər üç icra sənədi üzrə ödənişləri tam həyata keçirdiyini və heç bir borcu olmadığını bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, məhkəməyə gəlməsi ani olduğundan hazırlıqsız olmuş və icra sənədləri üzrə ödənişləri tam etməsini təsdiq edən sənədləri gətirmək imkanı olmamışdır. Amma tələbkarlarla əlaqə yaradılacağı təqdirdə onlar ödənişin tam edildiyini təsdiq edə bilərdilər. Məhkəmə iclasında verilən suallara cavab olaraq icra məmuru bildirmişdir ki, Şəxs digər üç icra sənədi üzrə tam ödəniş etməsi ilə bağlı dediklərinin doğru və ya yanlış olduğunu bilmir. Tələbkarlardan yalnız "xxxx" MMC ilə əlaqə saxlamış, lakin ona ödəniş edilmədiyi bildirilmişdir. Digər iki icra sənədi üzrə tələbkarlarla əlaqə yaradaraq onlara ödəniş edilib-edilmədiyini öyrənmədən inzibati xəta haqqında protokolu tərtib etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 616 manat 91 qəpik, “Unibank”-a, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6245/2025 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 843 manat və 30 manat "xxxx" MMC-yə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3619/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 3314.62 manat tələbkar X8, X3 Agentliyinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 100 manat Energetika Nazirliyinə qərəzli olaraq ödəməmiş, borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(2(008)-1486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 486.36 (dörd yüz səksən altı manat otuz altı qəpik) manat əsas borc, 82.55 (səksən iki manat əlli beş qəpik) manat faiz borcu, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, cəmi 586.91 (beş yüz səksən altı manat doxsan bir qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X7” ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(2(008)-1486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6245/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 766 (yeddi yüz altmış altı) manat, 12 (on ik) qəpik ödənilməmiş hissə, 76 (yetmiş altı) manat, 88 (səksən səkkiz) qəpik cərimə olunmaqla, cəmi 843 mant (səkkiz yüz qırx üç) mant məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulması nəzərdə tutulmuşdur. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 13 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3619/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2.762 (iki min yeddi yüz altmış iki) manat məbləğində əsas, 100 (bir yüz) manat məbləğində əldən çıxmış fayda, 50 (əlliə0 manat mənəvi ziyan, hüquqi xidmətlərə görə 350 (üç yüz əlli) manat haqq, cəmi 3262 ( üç min iki yüz altmış iki) manat pul və 52.62 (əlli iki manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaaq iddiaçı X6 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3619/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 09 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bir neçə icra sənədinin ümumi icraatada birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qarardan görünür ki, xx.xx.2024-cu il tarixdə icraata daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1486/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cu il tarixdə icraata daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6245/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3619/2025-027 nömrəli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş X1 Agentliyinin MN1277142 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, protokol və ona əlavə edilmiş sənədlər natamamdır və buna görə də müvafiq qaydada Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılması məqsədəuyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edir ki, icra sənədləri üzrə ödənişlə\r etmiş, ödəniş etmədiyi icra sənədindən də məlumatı olmamışdır. İcra məmuru tələbkar tərəflərdən icra sənədinin icrası ilə bağlı sənəd almamış və iş materiallarına əlavə etməmişdir. Bu səbəbdən, protokol və ona əlavə edilmiş sənədlər icra sənədinin tam və qanunvericiliyə uyğun icrasını təmin etmək üçün zəruri olan hüquqi aktlar olmadan, natamam sənədlər kimi qiymətləndirilir. Azərbaycan Respublikası İcra Məcəlləsinin 11-ci maddəsinə uyğun olaraq, icra prosedurlarının aparılması üçün tələb olunan sənədlərin tam və qanunvericiliyə uyğun olması zəruridir. Natamam sənədlər əsasında icra tədbirlərinin həyata keçirilməsi hüquqi əsaslardan məhrumdur və belə hallarda sənədlərin geri qaytarılması, natamamlığın aradan qaldırılması təmin olunmalıdır. İcra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar – xüsusilə borclunun icra sənədləri üzrə ödəniş edib-etməməsi məsələsi hərtərəfli araşdırılmamışdır. Şəxsin ödənişləri tam həyata keçirdiyi barədə izahat verməsinə baxmayaraq, icra məmuru bu halın həqiqiliyini tələbkarlarla dəqiqləşdirməmiş, müvafiq təsdiqedici sənədləri toplamamış və iş materiallarına əlavə etməmişdir. Halbuki, inzibati məsuliyyət məsələsi yalnız kifayət qədər, mötəbər və yoxlanılmış sübutlar əsasında həll edilə bilər. Araşdırmanın aparılmaması və faktiki halların tam dəqiqləşdirilməməsi protokolun natamam və əsaslandırılmamış şəkildə tərtib edilməsinə səbəb olmuşdur. Bu baxımdan, iş üzrə həqiqətin müəyyən edilməsi və bütün sübutların toplanaraq qiymətləndirilməsi məqsədilə inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana geri qaytarılması zəruridir. Beləliklə, MN seriyalı ******* nömrəli, 16 fevral 2026-cı il tarixli protokol və ona əlavə edilmiş sənədlər, icra sənədinin icrasının qanunauyğun aparılması və hüquqi prosedurların tam yerinə yetirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar