Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1826/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyət saxlaması üçün görüş günü təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyət saxlaması üçün görüş günü təyin edilmişdir. Əvvəllər bir neçə dəfə tələbkarın uşaqla ünsiyyət olması üçün şərait yardılıb, lakin uşaq atası ilə görüşdən imtina etmişdir. Sonuncu dəfə Şəxs icra şöbəsinə çağrılmış, lakin o gəlməkdən imtina etmişdir. Bu səbəbdən də borclu barəsində axtarış elan edilmişdir. Borclu gəldiyindən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona verilən suallara cavabında qeyd etmişdir ki, uşaqla ünsiyyət zamanı bir neçə dəfə uşaq imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir. Tələbkar deyir ki, uşaqla ünsiyyətinə anası yəni borclu maneə olur. MTT olmasına baxmyaraq hazırda barələrində iş məhkəmənin icraatdındadır. Tələbkar onu şərləyə biləcəklərindən qorxaraq evə gedib görüşmək istəmir. Bu səbəbdən də tələbkar X4 ondan uşağın icra şöbəsinə gətirilməsini və görüşün icra şöbəsində baş tutmasını tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, icra sənədindən məlumatı vardır. Əvvəllər bir neçə dəfə uşağı görüş üçün gətirmiş, lakin qız atası ilə görüşməkdən imtina etmişdir. İcra məmuruna da bir neçə dəfə bildirmişdir ki, atası uşaqla görüşmək istəyirsə gəlib görə bilər. O, hazırda işlədiyindən hər dəfə icra şöbəsinə gələ bilmir. Məhkəmə qərarı ilə də görüş onun iştirakı olmadan təyin edilmişdir. Tələbkar istənilən zaman gəlib uşaqla ünsiyyətdə ola bilər. Lakin o məcbur deyil ki, uşağı götürüb icra şöbəsinə gəlsin. Çünki belə bir tələb icra sənədində nəzərdə tutulmamışdır. Ona verilən suallara cavabında göstərmişdir ki, tələbkar istənilən zaman gəlib uşaqla ünsiyyət saxlaya bilər. O buna dair hər hansı etiraz etmir. Əgər istəyirsə gəlib icra məmurununda da iştirakı ilə görüşə bilər. Uşağın artıq 16 yaşı tamam olacaqdır. Uşaq özü artıq görüş barədə qərar verir. Uşağın imtina etməsi ilə bağlı aktlar tərtib edilmişdir. Bunun əksinə olaraq o bir neçəd dəfə də atası ilə telefonla danışmasını uşağa bildirmiş və uşaq atası ilə telefonla da danışmaqdan imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyət saxlaması üçün görüş günü təyin edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” borcluya bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, borclu uşaq Nəbili Səma ilə birlikdə icra şöbəsinə gəlmişdir. Uşaq atası-tələbkar X4 ilə görüşməkdən imtina etmişdir. Həmin günü icra baş tutmamışdır. Mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardadn görünür ki, X7 ilə tərbiyəvi söhbətlərin aparılması üçün Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti QHKnın psixoloqu dəvət edilmişdir. xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, uşaq həm psixoloji dəstək görməlidir. Uşaqla olan seans fərdi travmatik rus dilində aparılmalıdır. xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, borclu uşaq Nəbili Səma ilə birlikdə icra şöbəsinə gəlmişdir. Uşaq atası-tələbkar X4 ilə görüşməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli Aktın surətindən görünür ki, borclu uşaq Nəbili Səma ilə birlikdə icra şöbəsinə gəlmişdir. Uşaq atası-tələbkar X4 ilə görüşməkdən imtina etmişdir. xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardadn görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, əlavə edilmiş materiallardan görünür ki, bir neçə dəfə borclu Şəxs uşağı ilə birlikdə icra şöbəsinə gəlmiş və uşaq atası ilə görüşməkdən imtina etmişdir. Məhkəmə iclası zamanı Şəxs izahatı və ona verilmiş suallara cavabında bildirmişdir ki, məhkəmə qərarı ilə də görüş onun iştirakı olmadan təyin edilmişdir. Tələbkar istənilən zaman gəlib uşaqla ünsiyyətdə ola bilər. Lakin o məcbur deyil ki, uşağı götürüb icra şöbəsinə gəlsin. Çünki belə bir tələb nə icra sənədində nəzərdə tutulmamışdır. Tələbkar istənilən zaman gəlib uşaqla ünsiyyət saxlaya bilər. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-274/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyət saxlaması üçün görüş günü təyin edilmişdir. İcra məmuru ona verilmiş suallara cavabında göstərmişdir ki, tələbkar X4 ondan uşağın icra şöbəsinə gətirilməsini və görüşün icra şöbəsində baş tutmasını xahiş edir. Göründüyü kimi icra sənədində borclu Şəxs uşağı icra şöbəsinə gətirməsinə dair tələb mövcud deyildir. İcra sənədində X3 xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyət saxlaması üçün görüş günü təyin edilmiş, borclu da məhkəmə iclası zamanı O buna dair hər hansı etiraz etmir. Əgər istəyirsə gəlib icra məmurununda da iştirakı ilə görüşə bilər. Uşağın artıq 16 yaşı tamam olacaqdır. Uşaq özü artıq görüş barədə qərar verir. Uşağın imtina etməsi ilə bağlı aktlar tərtib edilmişdir. Bunun əksinə olaraq o bir neçəd dəfə də atası ilə telefonla danışmasını uşağa bildirmiş və uşaq atası ilə telefonla da danışmaqdan imtina etdiyini bildirmişdir. Əksinə protokola əlavə edilmiş ayrı-ayrı tarixli Aktların da surətindən görünür ki, borclu Şəxs bir neçə dəfə uşağı X5 icra şöbəsinə gətirmiş, lakin uşaq X7 atası ilə görüşməkdən imtina etmişdir. Beləliklə də, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi öz təsdiqini tapmamışdır. Yuxanda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1826/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1826/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver