Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1827/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Şirinova Nuray ilqar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 fevral 2026-cı il tarixli, MN ******* saylı və MN ******* inzibati xəta haqqında protokola əsasən Şəxs 14 fevral 2026-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində polisin qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşdirilmişdir. Şəxs barəsində Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı narkotik maddə istifadə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə dostu Elmanla birlikdə tanışları Əlixanı gözləyən zaman, polis əməkdaşları onlara yaxınlaşmışlar. Bundan sonra aralarında mübahisə yaşandığına görə onlar 13-cü Polis Şöbəsinə gətirilmişdirlər. Lakin polisin qanuni tələblərini yerinə yetirdiyini, polis əməkdaşların qarşı heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Keçirilən müayinə zamanı narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Himayəsində iki azyaşlı uşağı vardır, əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X5 16 fevral 2026-cı il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis nəfəri polis serjantı X6 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 20:10 radələrində 13-cü PŞ-nin inzibati ərazisi olan Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmətdə olan zaman 2 nəfər şəxsi qaranlıq küçədə avtomobilin içində əyləşdikləri və avtopatrulu görən zaman dərhal avtomobili tərk edərək əks istiqamətə getdiklərini görüb saxlamışlar və onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Şübhəli şəxs qismində saxlanıldıqlarını izah etdikdən sonra şəxslərə sual verdikdə eyni suala fərqli cavablar verdikləri üçün yalan danışdıqları qənaətinə gəlmişdirlər və həmin şəxsləri 13-cü PŞ-yə dəvət etmişdirlər. Bu zaman şəxslər onlara qarşı fiziki güc tətbiq etməyə və həmin ünvandan yayınmağa cəhd göstərdilər. Digər bir vətəndaş onlara yaxınlaşaraq saxlanılmış 2 nəfər şəxsin tanışı olduğunu iddia etmiş və onların qanuni tələblərinə tabe olmayaraq onların həmin ünvandan yayınmasına şərait yaratmağa çalışmış və mübahisəni daha da hiddətləndirmişdir. Onlar ərazidə xidmət aparan PPXB-nin köməkliyi ilə hər 3 vətəndaşı 13-cü PŞ-nə təmin etmişdirlər. PŞ-də məlum olmuşdur ki, vətəndaşlar xx.xx.1994-cü il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü Şəxs və xx.xx.2000-ci il təvəllüdlü X4r. PŞ-də olan müddətdə vətəndaşlar münaqişəni davam etdirərək Növbətçi Hissənin iş fəaliyyətini pozmuş və xidmətlərini 20 dəqiqə ləngitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında X3 izahatına oxşar məzmunlu izahat verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 fevral 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 20:10 radələrində 13-cü PŞ-nin inzibati ərazisi olan Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmətdə olan zaman 2 nəfər şəxsi qaranlıq küçədə avtomobilin içində əyləşdikləri və avtopatrulu görən zaman dərhal avtomobili tərk edərək əks istiqamətə getdiklərini görüb saxladıq və onlara yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Şübhəli şəxs qismində saxlanıldıqlarını izah etdikdən sonra şəxslərə sual verdikdə eyni suala fərqli cavablar verdikləri üçün yalan danışdıqları qənaətinə gəlmişdirlər və həmin şəxsləri 13-cü PŞ-yə dəvət etmişdirlər. Bu zaman şəxslər onlara qarşı fiziki güc tətbiq etməyə və həmin ünvandan yayınmağa cəht göstərdilər. Digər bir vətəndaş onlara yaxınlaşaraq saxlanılmış 2 nəfər şəxsin tanışı olduğunu iddia etdi və onların qanuni tələblərinə tabe olmayaraq onların həmin ünvandan yayınmasına şərait yaratmağa çalışdı və mübahisəni daha da hiddətləndirdi. Onlar ərazidə xidmət aparan PPXB-nin köməkliyi ilə hər 3 vətəndaşı 13-cü PŞ-nə təmin etmişdirlər. PŞ-də məlum oldu ki, vətəndaşlar xx.xx.1994-cü il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü Şəxs və xx.xx.2000-ci il təvəllüdlü X4r. PŞ-də olan müddətdə vətəndaşlar münaqişəni davam etdirərək Növbətçi Hissənin iş fəaliyyətini pozmuş və xidmətlərini 20 dəqiqə ləngitmişdir; İnzibati qaydada tutma haqqında 14 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 14 fevral 2026-cı il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 16 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, 14 fevral 2026-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində polisin qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşdirilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 16 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı n/m hesab edilən istifadəçisi olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 16 fevral 2026-cı il tarixli, 1244 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+), PGB (+), MET (+) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; Təqdim edilmiş videogörüntüyə məhkəmə iclası zamanı baxış keçirilmiş, həmin görüntüdə Şəxs polis əməkdaşlarından etdiyi hərəkətlərə görə üzr istəməsi, əməlindən peşman olduğunu bildirməsini deməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə “marixuana (kannabis)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, İ siyahısının 27-ci bəndinə görə “metamfetamin” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Məhkəmə iclasında Şəxs polisin qanuni tələblərinə tabe olmamasını göstərsə də, məhkəmə iclasında dindirilmiş şahidlər Mirəli Qasımovun və Hüseynqulu Allahverdiyevin izahatları ilə həmin xüsusat təkzib edilmişdir. Bundan başqa, məhkəmə iclasına təqdim edilmiş videodan da Şəxs həmin hissədə öz təqsirini etiraf edərək əməlindən peşman olduğunu bildirməsi müəyyən edilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə Şəxs izahatında göstərdiyi polisin qanuni tələbinə tabe olmaması kimi xüsusatları özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin özünün qismən etirafedici izahatı, şahid ifadələri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 14 fevral 2026-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində polisin qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşdirilmişdir. Şəxs barəsində Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı narkotik vasitə və psixotrop maddə hesab edilən maddələrdən istifadə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi İXM-nin 206-cı maddəsinə münasibətdə əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əlizadə X1 Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1827/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1827/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver