Məhkəmə qərarları › İş №3(5-101)-1828/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1828/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1828/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1, mənzil 60-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 16 fevral 2026-cı il tarixli, MN ******* saylı və 16 fevral 2026-cı il tarixli, MN ******* saylı protokollara əsasən 14 fevral 2026-cı il tarixdə Əliyev X4 rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən PŞ-nə gətirilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X5 bildirmişdir ki, Əliyev X4 rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşməkdən imtina etmişdir. Əlixan və yanında əlavə iki nəfər olmuş və onlar mübahisə etmişlər. Şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən PŞ-nə gətirilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, polisin qanuni tələblərinə tabe olmama polisin maşınına əyləşməmə ilə bağlı olmuşdur. Əsas tabesizlik göstərən digər şəxslər Elbəy Əlizadə və Elman Əhmədov olmuşdur. Xeyr orda olan polis əməkdaşları şahid qismində iştirak etmirlər. Tabesizlik yalnız maşına minməməsi olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, yaşadığı ünvanın yaxınlığında dostları ilə söhbət edirdi. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları dostları ilə danışan zaman onları demişlər ki, maşına əyləşin, PŞ-nə gedirik, o da heç bir etiraz etmədən maşına əyləşmişdir. O marixuanadan istifadə etmişdir. Bunu dostları ilə birlikdə qəbul etmişdir. Məhkəmədən ilk dəfə inzibati xəta pozuntusu törətməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, həmin ünvan onun yaşayış sahəsi olmuşdur. Heç bir tabesizlik göstərməmişdir. Polis əməkdaşı da bu halı təsdiq edə bilər. Dedilər şübhəli şəxs qismində gedirsiz PŞ-nə, o da getmişdir. Özünü narkotik vasitə qəbul etdiyinə görə təqsirli bilir, lakin polisə qarşı hər hansı tabesizlik etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 16 fevral 2026-cı il tarixli, MN ******* saylı və 16 fevral 2026-cı il tarixli, MN ******* saylı protokollara əsasən 14 fevral 2026-cı il tarixdə Əliyev X4 rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən PŞ-nə gətirilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 haqqında 16 fevral 2026-cı il tarixli, 1245 saylı rəyindən görünür ki, Şəxs PGB(+) aşkar olunmuşdur. Onda KANNABİNOİDLƏRİN və narkotik vasitə, psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. AZA 017061 saylı, 14 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 fevral 2026-cı il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunun 1.0.14-cü bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 haqqında 16 fevral 2026-cı il tarixli, 1245 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı Şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini etiraf edərək, həmin əməlindən peşman olduğunu bildirmişdir. Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 haqqında 16 fevral 2026-cı il tarixli, 1245 saylı rəyi ilə də Şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təşkil edir. Göründüyü İXM-nin 206-cı maddəsi alternativ əlamətli obyektiv tərkibə aid inzibati xəta növlərindən biridir. Maddənin dispozisiyasında qeyd edilmiş obyektiv cəhətlərdən biri də qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə məsuliyyət yaradır. Hazırki materiallar üzrə Şəxs inzibati xəta haqqında protokol qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında inzibati tənbeh tədbiri tətbiq edilərkən bu hal nəzərə alınmalıdır. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamış, əksinə onun təqsirli olması məhkəmə araşdırması nəticəsində təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və protokolda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən video görüntü, səs yazılarının qeydə alınması barədə məlumat və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmiş, məhkəmə iclasında Şəxs polisə tabesizlik göstərmədiyini bildirmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs İXM-in 206-cı maddəsi ilə törətdiyi xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmadığından və bununla da onun təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300(üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar