Məhkəmə qərarları › İş №3(5-101)-1838/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1838/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1838/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, maşın ustası işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, nömrəsiz evdə yaşayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bununla bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən MN seriyalı, № ******* saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş MN seriyalı, № ******* saylı, xx.xx.2026-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:30 radələrində Maştağa qəsəbəsi, Savalan y/m-də X2 ünvanında xırda xuliqanlıq hərəkətləri etmiş və polisə tabe olmamamışdır. Bununla da, AR İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs İXM-nin 510.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə arvadı X2 yaşadığı ünvana atasıyla birlikdə getdiyini, sonuncuya telefonla zəng edərək, uşaqlarını görmək istədiyini bildirmiş, bu mümkün olmadığı üçün 102-yə zəng etmişdir. Ola bilsin yüksək səslə uşaqlarını görmək istədiyini bildirsin çünki həmin vaxt içkili vəziyyətdə olmuşdur. Amam heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Daha sonra məlum olmuşdur ki, X4 özü də polis əməkdaşlarına zəng etmişdir. Daha sonra poliş əməkdaşı gəlmiş, ona yaxınlaşıb oradan uzaqlaşmasını daha sonra ayıq vəziyyətdə uşaqlarını görməyə gələ biləcəyini qeyd etmişdir. O, bir qədər mübahisə etsə də, sonra razılaşmış, polis əməkdaşları ilə birlikdə 14-cü polis şöbəsinə getmişdir. Onun nə qədər problemi olsa da uşaqları ilə görüşmək onlarla ünsiyyətdə olmaq, onlara sarılmaq onu sakitləşdirir, problemlərdən uzaqlaşdırır, özünü yaxşı hiss elətdirir. Əsəb problemlərinə görə arada narkotik vasitələrdən istifadə edir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. X1 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il taixdə Şəxs gec saatlarda qapıya dayanaraq çox nalayiq ifadələrlə onu, ailə üzvlərini təhqir etmişdir. Bunu ətrafda olan qonşular da eşitmişdir. Hətta onlar narazılıq edib, niyə bu sözləri eşitməli olduqlarını, polis çağırılmasını tələb etmişlər. O, da 102 xidmətinə zəng etmişdir. Şəxs uşaqları görmək istədiyini bildirmiş, o, isə çıxıb getməsini, uşaqları başqa vaxt gəlib görməsini demişdir. Əvvəllər bu kimi hal olmamışdır, Elnur 13-cü PB tutmuşdur, oradan çıxdıqdan sonra ünvanına gəlib ona və ailə üzvlərinə təhqiramiz ifadələr işlətmişdir. Ona qədər evə normal şəkildə gəlib- getmiş, uşaqları və onunla münasibəti normal olmuşdur. Hazırda da tutulmasını istəmir, uşaqlarının atasıdır. Sadəcə bir daha bu kimi hallara yol verməməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2026-ci il tarixdə saat 23:30 radələrində X4 yaşadığı Savalan y/m nömrəsiz ünvanda keçmiş həyat yoldaşının onu narahat etməsi ilə bağlı 102-yə müraciəti əsasında polis əməkdaşları həmin ünvana yollanmışlar, daha sonra ünvanda 1 nəfər şəxsin içkili halda qeyri-adekvat hərəkətləri ilə söyüşlər söyərək hədə-qorxu gəldiyini aşkar etmiş, dərhal həmin şəxsi Polis Şöbəsinə dəvət etsə də, o, etiraz etmiş, gələcəkdə baş verə biləcək cinayət və digər hüquq pozmalarının qarşısını almaq məqsədilə həmin şəxs Polis Şöbəsinə məcburi gətirilmişdir. PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1998-ci il təvəllüdlü Şəxsdur. Həmin şəxs barəsində qanuna müvafiq tədbir görülməsi xahiş olunmuşdur. xx.xx.2026-ci il tarixli, 1230 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunur, narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2026-cı il tarixdən Bakı şəhər NM-də (F12x2) kannabinoidlərin qəbulu nəticəsində asılılıq diaqnzou ilə dispanser qeydiyyatdadır. İnzibati qaydada tutma haqqında xx.xx.2026-ci il tarixli, AZA 018087 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510.1-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, şahid ifadəsi, iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 206-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində həmin İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 206-cı maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar