Məhkəmə qərarları › İş №3(5-101)-1846/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-1846/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-1846/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1, X2 barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi haqqında şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X4, məhkəməyə ərizə müraciət edərək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, “İnzibati tənbeh vermə haqqında” elektron qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, EQ 33823021 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, inzibati xəta xx.xx.2026-cı il tarixdə, saat 15:43-də “8 km bazar qarşısı” ünvanında baş vermişdir. Həmin ərazi isə Bakı şəhəri Nizami rayonunun ərazi yurisdiksiyasına aiddir. Bundan başqa iş materiallarından görünür ki, X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Lakin şikayətdə X2 hansı ünvanda qeydiyyatda olması və ya yaşaması qeyd olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə törətdiyi inzibati xəta bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara daxil edilsə də, onun yaşayış yerinin Bakı şəhəri Sabunçu rayonunda olması barədə məlumat olmadığından, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33823021 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayətə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq X2 barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar