Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-189/2026 08.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 42ci PŞ-nin sahə rəisi Ülfət İsgəndərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, P.Həşimov küçəsi, ev 121-də yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, 08 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PŞ-nin sahə inspektoru Ülfət İsgəndərov tərəfindən MN ******* nömrəli, 08 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ülfət İsgəndərov izahatında göstərmişdir ki, 07 yanvar 2026-cı il tarixdə saat 21:00 radələrində şöbənin əməkdaşları Nardaran qəsəbəsi ərazisində xidmətdə olan zaman Şəxs özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. O, narkotik vasitədən istifadə etdiyini özü etiraf etmişdir. Daha sonra Məmmədov X3 Tibbi Mərkəzə müayinəyə aparılmış, götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 1 ildir ki, narkotik vasitə istifadə etdiyini etiraf edir. Narkotik vasitədən istifadə etdiyi üçün reabiltasiya mrkəzində müalicə almışdır. Himayəsində iki azyaşlı övladı var. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş: 08 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokola əsasən müayinə zamanı Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 haqqında 08 yanvar 2026-cı il tarixli, 95 saylı rəyindən görünür ki, Şəxs OPİ (+) MET (+) aşkar olunmuşdur. Onda opidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 08 yanvar 2026-cı il tarixli, MN ******* saylı qərardaddan görünür ki, materiallar baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” 07 yanvar 2026-cı il tarixli, AZA 017324 nömrəli protokoldan görünür ki, Şəxs 07 yanvar 2026-cı tarixdə, saat 23:58-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təşkil edir. Göründüyü İXM-nin 206-cı maddəsi alternativ əlamətli obyektiv cəhətə aid inzibati xəta növlərindən biridir. Maddənin dispozisiyasında qeyd edilmiş obyektiv cəhətlərdən biri də qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə məsuliyyət yaradır. Hazırki materiallar üzrə Şəxs inzibati xəta haqqında protokol qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında inzibati tənbeh tədbiri tətbiq edilərkən bu hal nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-189/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-189/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver