Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-19/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs “ST GROUP 2024» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 18 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati işə tərəflərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X1nın şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-nə 3-17-5/2-99545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilib, poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, vəkili Vəkil izahatında bildirdi ki, təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib edilmiş protokolla razı deyil. Təmsil etdiyi hüquqi şəxsin ünvanına sənədlərin təqdim edilməsi üçün heç bir bildiriş daxil olmamışdır. Rəsmi qaydada sənədlər MMC-nin ünvanına daxil olmamışdır. Hesab edir ki, qəbul etmədikləri sorğu ilə bağlı sənədlərin təqdim edilməməsinə görə məsuliyyət daşıya bilməzlər. Bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə, izahatla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən X1nın şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2- 99545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilib, poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edərək “ST GROUP 2024» MMC-dən şikayətçi olduğunu, xx.xx.2025-ci il tarixdən Şəxs MMC-də “Reklam agenti” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb edildiyini, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün işdən çıxma ərizəsi yazmağa məcbur edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi 3-17-5/2-99545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla “ST GROUP 2024» MMC-nə müraciət edərək X1nın şikayəti əsasında müvafiq sənədlərin təqdim olunması xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli reyestrdən görünür ki, xx.xx.2025-ci il tarixdə sorğu hüquqi şəxs Şəxs MMC-nə göndərilmiş, bu ********* saylı SS kodla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsi vəkilinin məhkəmə iclasında gətirdiyi xx.xx.2025-ci il tarixdə sorğu hüquqi şəxs Şəxs MMC-nə rəsmi qaydada təqdim edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təqdim edilmiş xx.xx.2025-ci il tarixli reyestrdən görünür ki, xx.xx.2025-ci il tarixdə sorğu hüquqi şəxs “ST GROUP 2024» MMC-nə göndərilmiş, bu ********* saylı SS kodla təsdiq olunur. Qeyd edilən SS929816850AZ göndərişin "xxxx" MMC-nə məxsus sayt üzərindən yoxlanılarkən bağlamanın xx.xx.2025-ci il tarixdə alıcıya çatdırılması müəyyən edilmişdir. Göründüyü kimi dövlət orqana məxsus göndərişin izlənməsi üzərindən sorğunun “ST GROUP 2024» MMC-nə çatdırılması müəyyən olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət orqanın göndərişləri(xidmətləri) qanuni prezumsiyaya malikdir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Prezumpsiyanın təməli sübuta yetirilməsi həmin sənədin göndərilməsi kimi qəbul olunması prezumpsiyanın nəticəsi üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək dövlət orqanın göndərişi(çatdırılması) əsaslı sayılır. Məhkəmə tərəfindən “ST GROUP 2024» MMC-nin nümayəndəsinə göndərişin onlara çatdırılmaması, poçt orqanı ilə əlaqə saxlanılması üçün vaxt verilməsinə baxmayaraq, bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında araşdırılmış inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin xx.xx.2025-ci il tarixinədək təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17-5/2- 99545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim edilməsi tələb edilib, poçtun izlənməsinə baxış zamanı məktubun çatdırıldığı və tələb olunan sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə tərəfindən eyni inzibati xətanın Şəxs MMC tərəfindən təkrar törədilməsi müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib, şərti olaraq 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-nə həmin Məcəllənin 539.3-cü maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə və səlahiyyətli orqana (X4) məlumat verilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-19/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-19/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver