Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1913/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, müdafiəçi 7 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1987-ci tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin e-2(075)-2190/2023 saylı, 23 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 24 aprel 2018-ci il təvəllüdlü X9 və 22 iyun 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, həmçinin 22 iyun 2021-ci il təvəllüdlü X5 3 yaşınadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment tutularaq X6 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bundan əlavə Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-16(007)-250/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqinə əsasən məhkəmənin icraatında olan 2(007)-887/25 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək adları qeyd edilmiş əmlakların siyahıya alınması və saxlanması üçün cavabdehə verilməsi qərara alınmışdır. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən MN № ******* saylı, 17 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X10 izahatında göstərmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borcluya məlumat verilmiş, lakin borclu heç bir üzürlü səbəb olmadan üzərinə düşən öhdəliyi icra etməmişdir. İcra sənədi onun icraatına aidiyyatı üzrə Nizami rayon icra şöbəsindən daxil olmuşdur. Bir icra sənədinə görə aliment borcu 1550 manat təşkil edir. Digər icra sənədinə görə isə evə gedib əmlaklar siyahıya alınıb təhvil verilmək istənilsə də borclunu evdə tapmamışlar. Bu səbəbdən də Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Bu günə qədər heç bir ödəniş edilməmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, aliment üzrə borc 1550 manat təşkil edir. Yaşadığı ünvana gedilmiş, lakin qapını açan olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun işinə düzgün baxılmır. Onunla uşaqla görüşü olduğu halda ona görüş hüququ verilməmişdir. İcra sənədlərindən məlumatlıdır. Son üç ayı ödəməmişdir, buna səbəb uşaqları ilə görüşünə qoyulan məhdudiyyət olmuşdur. Qanunlar düzgün tətbiq edilmir, o niyə uşaqları ilə görüşə bilmir. İndi alimenti uşaqlarını göstərmədiyi üçün ödəmir. İstəyir ki, ədalət olsun, işinə düzgün baxılsın, məsələ ciddi araşdırılsın. Tələbkar onu şərləyərək tutdurmaq istəyir. Ona verilmiş sullara cavabında göstərmişdir ki, barəsində olan icra sənədlərindən xəbərdardır, əvvəllər aliment borcunu ödəmiş, lakin son üç aydır ki, ödənişləri etmək istəmir. Buna səbəb uşaqları ilə ünsiyyətinə qoyulan qadağadır. X1 şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, aliment borclunun məbləğinin çox olmamasını qeyd edərək Şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan: Şəki Rayon Məhkəməsinin e-2(075)-2190/2023 saylı, 23 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 24 aprel 2018-ci il təvəllüdlü X9 və 22 iyun 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment, həmçinin 22 iyun 2021-ci il təvəllüdlü X5 3 yaşınadək saxlanılması üçün hər ay 30 manat məbləğində aliment tutularaq X6 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-16(007)-250/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqinə əsasən məhkəməninicraatında olan 2(007)-887/25 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək adları qeyd edilmiş əmlakların siyahıya alınması və saxlanması üçün cavabdehə verilməsi qərara alınmışdır. MN № ******* saylı, 17 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs qeyd edilən icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-2190/2023 saylı, 23 noyabr 2023-cü il tarixli icra vərəqəsi aidiyyatı üzrə Nizami Rayon İcra Şöbəsindən Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə bildiriş borclu tərəfindən imzalanaraq qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, borclu Şəxs yaşadığı ünvan 3 ünvanına icra məmuru tərəfindən gedilmiş, lakin ünvanda qapını açan olmamışdır. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, borclu Şəxs yaşadığı ünvan 3 ünvanına icra məmuru tərəfindən gedilmiş, lakin ünvanda qapını açan olmamışdır. Aktın surətindən görünür ki, borclu Şəxs istifadəsində olan 070 *** ** ** saylı nömrə ilə əlaqə saxlanılmış, lakin o çağırışa gəlməkdən imtina etmişdir. xx.xx.2026-cı il tarixli icraatın birləşdirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs barəsində olan Şəki Rayon Məhkəməsinin e-2(075)-2190/2023 saylı, 23 noyabr 2023-cü il tarixli icra vərəqi və Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-16(007)- 250/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.https://e-qanun.az/framework/52863 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şəxs törətdiyi əməli etiraf etməsini İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan İcra sənədindən xəbərdardır və borcu olduğunu qəbul edir. Məhkəmənin suallarına cavabında bu vaxtadək yaranmış borcun üzürlü səbəbdən icra vərəqəsindən gec məlumatı olduğunu göstərmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən yalnız məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar deyil, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətidə birlikdə məcmu halda nəzərə alınmalıdır. “Aze Mıs” elektron məhkəmə sistemi üzərindən görünür ki, Şəxs əvvələr inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə Şəxs barəsində əvvəllər inzibati tənbeh tədbiri tətbiq edilməməsini şəxsiyyətini müsbət səciyyələndirilən hallar kimi nəzərə alır. Qeyd edilənlərə əsasən işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin(inzibati həbs) tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsini, yaranmış borcun məbləğini(1550 manat), bunun isə tələbkarın manefiyinə toxunmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500(beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10(on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1913/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1913/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver