Məhkəmə qərarları › İş №3(5-101)-196/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-196/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-196/2026 08.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan MR, Babək rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Naxçıvan MR, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin, Ə.Əliyev 210 ünvanında yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 02 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan vətəndaş X2 evinin qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı **-ND-*** d.q.n avtomobil qızının keçmiş əri Şəxs tərəfindən müxtəlif yerləri sındırılaraq ziyan vurulmuş, həmin saatlarda Şəxs ictimai qaydanı pozmaqla ona qarşı nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərar qəbul edilməklə, inzibati protokol tərtib edilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən MN № ******* saylı, 08 yanvar 2026-cı il tarixli və MN № ******* saylı, 08 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərar qəbul edilməklə, barəsində inzibati tənbeh verilməsi üçün 12-ci PŞ-nə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 02 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan vətəndaş X2 evinin qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı **-ND-*** d.q.n avtomobil qızının keçmiş əri Şəxs tərəfindən müxtəlif yerləri sındırılaraq ziyan vurulmuş, həmin saatlarda Şəxs ictimai qaydanı pozmaqla ona qarşı nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 510-cu və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, zərərçəkmiş şəxslə Şəxs arasında barışıq yoxdur, zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, hadisə baş verən günü biraz spirtli içki qəbul etmiş, gecə saat təxminən 02:00 radələrində keçmiş həyat yoldaşının yaşadığı ünvana getmiş, keçmiş qaynatası Əlimərdan Zeynalov ilə aralarında ona uşaqları göstərmədikləri üçün mübahisə baş vermiş, hirslənərək yerdən götürdüyü daş ilə Əlimərdan Zeynalova məxsus olan maşının pəncərə şüşələrini sındırmışdır. Bundan əlavə Əlimərdan Zeynalova qarşı nalayiq ifadələr işlətmişdir. Baş verənlərə görə peşmandır, onun bağışlanmasını xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, ona qarşı qaldırılmış 600 manat ziyanı qəbul edir, ən yaxın vaxtda həmin ziyanı aradan qaldıracaqdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərar ilə razıdır. Hazırda vurmuş olduğu 600 manatı ödəyə bilmir, zərərçəkmiş şəxslə arasında barışıq yoxdur. Ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 02 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan vətəndaş X2 evinin qarşısında saxladığı etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı **-ND-*** d.q.n avtomobil qızının keçmiş əri Şəxs tərəfindən müxtəlif yerləri sındırılaraq ziyan vurulmuş, həmin saatlarda Şəxs ictimai qaydanı pozmaqla ona qarşı nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərar qəbul edilməklə, inzibati protokol tərtib edilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X1 dəymiş 600 manat maddi ziyan vurmuş Şəxs barəsində İXM-nin 232-1 və 510-cu maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Sabunçu Rpi-nin 12-ci PŞ-nin aidiyyatı əməkdaşına həvalə edilmişdir. Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, törətmiş olduğu əməlləri etiraf edərək avtomabilə zərər vurmasını və Əlimərdan Zeynalovu çölə çıxaraq onunla söhbət etmədiyindən və övladını ona göstərmədiyindən əsəbləşərək söyüşlər söymüşdür. AZA 014819 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 04:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsidir. Həmin maddənin sanksiyasında inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 232-1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, şəxsin narkomaniya xəstəliyindən əzab çəkməməsini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 510-cu maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar