Məhkəmə qərarları › İş №3(5-101)-197/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-197/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-197/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X9 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X1, Hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X2 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 25 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin əsasən Cəmiyyətə 3-17- 5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb olunmuşdur. Məktub Cəmiyyətə 29 noyabr 2025-ci il tarixdə çatsa da, 25 dekabr 2025-ci il tarixədək sənədlər Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfinən tərtib edilmiş 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktub onlara çatmamışdır. Çatmış olsaydı, tərəflərindən məktuba əsasən tələb edilmiş sənədlər X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilərdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barələrində tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun əsassız olduğunu, bu səbədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X3 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin əsasən Cəmiyyətə 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb olunmuşdur. Məktub Cəmiyyətə 29 noyabr 2025-ci il tarixdə çatsa da, 25 dekabr 2025-ci il tarixədək sənədlər Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. 3-17-5/2- 104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubun çatmasını təsdiq edən sənədlər iş materiallarında mövcuddur. Belə ki, həmin sənədlər həm sifarişli poçt vasitəsilə, həmçinin EMS sistemi vasitəsilə hüquqi şəxsə çatdırılmışdır.Odur ki, 8№-Lİ XÜSUSİ TƏYİNATLİ YOL İSTİSMARİ» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Eyni zamanda, 1 il ərzində “8№-Lİ XÜSUSİ TƏYİNATLİ YOL İSTİSMARİ» MMC tərəfində İXM-nin 539.3-cü maddəsi ilə təyin edilmiş cərimə tənbeh tədbirinin şərti tətbiq edilməsinin nəzərə alınmasını,barəsində tətbiq ediləcək cərimənin şərti olmadan tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş 25 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin əsasən Cəmiyyətə 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb olunmuşdur. Məktub Cəmiyyətə 29 noyabr 2025-ci il tarixdə çatsa da, 25 dekabr 2025-ci il tarixədək sənədlər Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X3 Şəxs MMC-də Nazirliyi yanında X5 Xidmətinə ünvanladığı müraciətinə X5 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Əks halda tərəflərindən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) DƏMX-nə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən tərəflərindən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş 12 noyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, müraciətlə bağlı tələb olunan müvafiq sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu 12 noyabr 2025ci il tarixdə Şəxs MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 24 noyabr 2025-ci il tarixli reyestrdən görünür ki, 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktub Şəxsnə 24 noyabr 2025-ci il tarixdə göndərilmişdir; Poçt göndərişlərinin izlənilməsi ilə bağlı SS929849739AZ üçün axtarış nəticələrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktub 29 noyabr 2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 3-17-5/2-110813/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X4 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X7 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsilə əlaqədar 3-17-5/2-104138/2025 nömrəli 12.11,2025-ci il tarixli sorğu məktubları Sizə göndərilmiş, lakin tərəfinizdən bu günə kimi tələb olunan sənədlər təqdim edilməmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 11:00-da X7 Xidmətinin Bakı şəhər İdarəsinə (AZ1113, Bakı şəhəri, Svetlana Məmmədova küçəsi, 107) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edilmişdirlər; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 03 dekabr 2025-ci il tarixli reyestrdən görünür ki, 3-17-5/2-110813/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli məktub Şəxsnə 03 dekabr 2025-ci il tarixdə göndərilmişdir; Poçt göndərişlərinin izlənilməsi ilə bağlı SS97927460AZ üçün axtarış nəticələrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-110813/2025 nömrəli, 01 dekabr 2025-ci il tarixli məktub 09 dekabr 2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfinən tərtib edilmiş 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktub onlara çatmamışdır. Çatmış olsaydı, tərəflərindən məktuba əsasən tələb edilmiş sənədlər X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilərdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barələrində tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun əsassız olduğunu, bu səbədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş 12 noyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, müraciətlə bağlı tələb olunan müvafiq sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu 12 noyabr 2025-ci il tarixdə Şəxs MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Həmçinin poçt göndərişlərinin izlənilməsi ilə bağlı SS929849739AZ üçün axtarış nəticələrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktub 29 noyabr 2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə 12 noyabr 2025-ci il tarixdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin 24 noyabr 2025-ci il tarixli reyestrı vasitəsilə isə 29 noyabr 2025-ci il tarixdə Şəxsnə çatdırılmışdır. Şəxs nümayəndəsi Nümayəndə 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubun onlara çatdırılmadığını əsas gətirsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə həmin məktubun Şəxsnə çatdırılması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, vətəndaş X3 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin əsasən Cəmiyyətə 3-17-5/2-104138/2025 nömrəli, 12 noyabr 2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb olunmuşdur. Məktub Cəmiyyətə 29 noyabr 2025-ci il tarixdə çatsa da, 25 dekabr 2025-ci il tarixədək sənədlər Bakı şəhər İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli 3(008)-6315/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxsnə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə şərti tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 - 540.5, 541 - 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli 3(008)-6315/2025 saylı qərarına əsasən inzibati cərimə şərti olaraq tətbiq edildiyindən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisnalıq təşkil etdiyindən Şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi mümkün deyildir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar