Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1976/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X20 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 18 fevral 2026-cı il tarixli MN seriyalı 2310131, MN seriyalı 2310140, MN seriyalı 2310130, MN seriyalı 2310139, MN seriyalı 1887738, MN seriyalı 1887739, MN seriyalı ******* nömrəli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokollardan görünür ki, Şəxs 31 dekabr 2025-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Unibankın qarşısında yerləşən bankomatın üzərindən bank kartını götürərək marketdən 64 manat 60 qəpik məbləğində alış-veriş etmiş, 12 dekabr 2025-ci il tarixdə X5 mobil telefonunu qeydiyyata saldıracağı adı ilə aldadaraq 87 manat 20 qəpik pulunu ələ keçirərək vədinə əməl etməmiş, 08 yanvar 2026-cı il tarixdə “whatsapp” tətbiqi vasitəsilə aqro biznes kredit şirkətinə işə düzəltmək adı ilə tanımadığı şəxsdən karta 70 manat vəsait göndərilmiş, 15 yanvar 2026-cı il tarixdə uşaq arabası almaq adı ilə X6 100 manat alaraq vədinə əməl etməmiş, 14 yanvar 2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən Araz marketdən şokolad və qida məhsulları oğurlamış, 05 fevral 2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, Park küçəsində saxlanc yerinin qapısı açıq olduğu vaxt bir ədəd köhnə kondisoner və tozsoran oğurlamış, 07 fevral 2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən dərzi yerində şalvarını kəsdirib 50 manat saxta pul verib, 10 manat çıxmaqla 40 manat alıb həmin yeri tərk etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 31 dekabr 2025-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Unibankın qarşısında yerləşən bankomatın üzərindən bank kartını götürərək marketdən 64 manat 60 qəpik məbləğində alış-veriş etmiş, 12 dekabr 2025-ci il tarixdə X5 mobil telefonunu qeydiyyata saldıracağı adı ilə aldadaraq 87 manat 20 qəpik pulunu ələ keçirərək vədinə əməl etməmiş, 08 yanvar 2026-cı il tarixdə “whatsapp” tətbiqi vasitəsilə aqro biznes kredit şirkətinə işə düzəltmək adı ilə tanımadığı şəxsdən karta 70 manat vəsait göndərilmiş, 15 yanvar 2026-cı il tarixdə uşaq arabası almaq adı ilə X6 100 manat alaraq vədinə əməl etməmiş, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən Araz marketdən şokolad və qida məhsulları oğurlamış, Bakıxanov qəsəbəsi, Park küçəsində saxlanc yerinin qapısı açıq olduğu vaxt bir ədəd köhnə kondisoner və tozsoran oğurlamış, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən dərzi yerində şalvarını kəsdirib 50 manat saxta pul verib, 10 manat çıxmaqla 40 manat alıb həmin yeri tərk etmişdir. Əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən tərtib edilmiş 10 yanvar 2026-cı il tarixli raportdan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 15/74 bina 38 mənzil 2-də yaşayan X16 xx.xx.2025-ci il tarixdə 13-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:39-da Bakıxanov qəsəbəsində fəaliyyət göstərən UNİ bankın qarşısında quraşdırılmış bankomatdan pul çıxardıqdan sonra istifadəsində olan plastik kartı unudaraq aparatın üzərində qoymuş, bir qədər sonra kart hesabından Bakıxanov qəsəbəsində fəaliyyət göstərən obyektlərdə, naməlum şəxs tərəfindən müxtəlif məbləğlərdə pul xərclənərək ümumilikdə 64 manat 60 qəpik maddi ziyan vurulduğunu aşkar etmişdir. Kart hesabından pulu çıxaran şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş ərizə Sabunçu RPİ-nin 13-cü PŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında HK1- 2735 sayı ilə qeydə alınaraq xx.xx.2025-ci il tarixdə icraatına qəbul olunmuşdur. Əməli törətmiş şəxs(lər)in müəyyən olunması barədə 13-cü PŞ-nin aidiyyəti əməkdaşlarına tapşırıq verilsə də, təhqiqat müddətində müsbət nəticə əldə edilməmişdir. Lakin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, hadisəni törədən şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yaranmışdır; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 27 yanvar 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 31 dekabr 2025-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Unibankın qarşısında yerləşən bankomatın üzərindən bank kartını götürərək marketdən 64 manat 60 qəpik məbləğində alış-veriş etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı Dəyanət İbrahimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı Dəyanət İbrahimov tərəfindən tərtib edilmiş 11 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yaşayan vətəndaş X19 ***-***-**-** nömrədən DİN-nin 102 xidmətinə zəng edərək və ərizə ilə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə sosial şəbəkə “insteqram” saytında tanış olduğu Sərdar adlı şəxs etibardan sui-istifadə edərək ona mobil telefonunu qeydiyyata saldıracağı adı ilə yalan vəd verib adadaraq həmin şəxsin dediyi “Azərbaycan Beynəlxalq Bank” tərəfindən verilmiş 5522 0993 6636 1178 nömrəli bank kartına göndərdiyi 87 manat 20 qəpik pulu ələ keçirərək verdiyi vədə əməl etməmişdir. Həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini və dəymiş ziyanın ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfimdən qərar qəbul edilmişdir. Hadisəni törədən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 27 yanvar 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 12 dekabr 2025-ci il tarixdə X5 mobil telefonunu qeydiyyata saldıracağı adı ilə aldadaraq 87 manat 20 qəpik pulunu ələ keçirərək vədinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı X7 tərəfindən tərtib edilmiş 18 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4 ünvanda yaşayan yaşayan X2 ***-***- **-** nömrədən DİN-in 102 xidmətinə zəng edərək və ərizə ilə Sabunçu RPİ-nin 13-cü PŞnə müraciət edərək bildirmişdir ki, təxminən 6 ay öncə whatsapp proqramında “İnkişaf Məqsədimizdir” adlı qrupa daxil olmuşdur. Orada müəyyən iş elanları paylaşıldığı üçün o, həmin elanlardan birinə müraciət edib, Aqro Biznes kredit şirkətinə işə düzəlmək istədiyini bildirmişdir. Özünü həmin kredit şirkətinin rəhbəri kimi təqdim edən Ozan Məmmədov adlı (***-***-**-**, ***-***-**-**)şəxs ondan işə düzəlmək üçün 70 manat pul istəmişdir. O, həmin şəxsin Kapital Bank tərəfindən verilmiş 4169-7388-5398-7653 nömrəli bank kartına 70 manat pul göndərdikdən, sonra sonuncu vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfimdən qərar qəbul edilmişdir. Hadisəni törədən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 27 yanvar 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 08 yanvar 2026-cı il tarixdə “whatsapp” tətbiqi vasitəsilə aqro biznes kredit şirkətinə işə düzəltmək adı ilə tanımadığı şəxsdən karta 70 manat vəsait göndərilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən tərtib edilmiş 22 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 18.21-də Sabunçu rayonu, ünvan 5 ünvanında yaşayan X12 DİN-in 102 Xidməti-Zəng mərkəzinə zəng edərək İnstagram saytında olan “bebe brend” səhifəsindən uşaq arabası sifariş verməsi üçün əlaqə saxladığı (***-***-**-**) şəxsin kart hesabına (5261 6333 3612 8658) öz kartından (5243 7544 1019 1728) 100 manat pul göndərməsi, lakin aldadılması barədə məlumat vermişdir. Daxil olmuş məlumat Sabunçu RPİ-nin 13-cü PŞ-nin «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında HK1-103 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2026-cı il tarixdən icraatıma qəbul edilmişdir. Araşdırma zamanı X12 13-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15.01,2026-cı il tarixdə İnstagram sosial şəbəkəsində “bebe brend-1” adı ilə qeydiyyatdan keçmiş səhifəyə daxil olmuş, orada satışda olan uşaq beşiyi görmüşdür. Həmin beşiyi almaq məqsədilə orada yerləşdirilmiş ***-***-**-** nömrəli vhotsap vasitəsilə əlaqə saxlamış, cavab verən qadın cinsli şəxs satışın yalnız onlane şəkildə olmasını bildirərək məbləğin öncədən təqdim etdiyi Rabitə banka məxsus 5261 6333 3612 8658 karta ödnişi tam olaraq istəmişdir. Təqdim olunmuş bank hesabına 100 AZN ödəniş etdikdən sonra zənglərinə cavab verməyərək onu aldatmışdır. Həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əməli törətmiş şəxs(lər)in müəyyən olunması barədə 13-cü PŞ-nin aidiyyəti əməkdaşlarına tapşırıq verilsə də, təhqiqat müddətində müsbət nəticə əldə edilməmişdir. Lakin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, hadisəni törədən şəxsin əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkib hissəsi yaranmışdır; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 27 yanvar 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 15 yanvar 2026-cı il tarixdə uşaq arabası almaq adı ilə X6 100 manat alaraq vədinə əməl etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X15 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 yanvar 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün sahə inspektoruna həvalə edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X15 tərəfindən tərtib edilmiş 22 yanvar 2026-cı il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.rüstəmov küçəsi ev 60/26-da yaşayan vətəndaş X17 xx.xx.2026-cı il tarixdə DİN-nin 102 xidmətinə və Sabunçu RPİ-nin 13-cü PŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə müdir işlədiyi Bakıxanov qəsəbəsi, N.İsmayılov pr-ti 216 ünvanında yerləşən 24 saat fəaləyyət göstərən “Araz” marketdə piştaxtadan müxtəlif növdə şokalad və qida məhsulları naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. A.Əliyev bu barədə tədbir görülməsini xahiş etmişdir. A.Əliyevin müraciəti 13-cü PŞ-nin HK-1 94 sayda qeydə alınaraq icraatıma daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş X17 işlədiyi mağazadan iş vaxtı 150 manat dəyərində qida məhsulları oğurlayan naməlum şəxs əməli ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilən hadisəni törətdiyi üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilməlidir; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 27 yanvar 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 14 yanvar 2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən Araz marketdən şokolad və qida məhsulları oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı Tərlan Mayılov tərəfindən tərtib edilmiş 13 fevral 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 13.42-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küçəsi ev 1, mənzil 3 ünvanında yaşayan X1 DİN-in 102 Xidməti-Zəng mərkəzinə zəng edərək 2 gün əvvəl binanın blokundan məişət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Daxil olmuş məlumat Sabunçu RPİ-nin 13-cü PŞ-nin «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı»nda HK1-259 sayı ilə qeydə alınaraq xx.xx.2026-cı il tarixdə icraatıma daxil olmuşdur. Araşdırma zamanı Sabunçu rayonu, ünvan 7 ünvanında yaşayan X1 13-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə yaşadığı fərdi yaşayış evinin yan tərəfində olan ona məxsus saxlanc yerinin qapısının açıq olduğunu və oradan 1 ədəd köhnə rus istehsalı kondisoner və 1 ədəd tozsoranın oğurlandığını aşkar etmişdir. Hadisəni törədən şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Əməli törətmiş şəxsin müəyyən olunması barədə 13-cü PŞ-nin aidiyyəti əməkdaşlarına tapşırıq verilsə də, təhqiqat müddətində müsbət nəticə əldə edilməmişdir. Lakin təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, hadisəni törədən şəxsin əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkib hissəsi yaranmışdır; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 13 fevral 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 05 fevral 2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, Park küçəsində saxlanc yerinin qapısı açıq olduğu vaxt bir ədəd köhnə kondisoner və tozsoran oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X14 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 fevral 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X14 tərəfindən tərtib edilmiş 16 fevral 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə xx.xx.1959-cu ildə ermənistan, Ararat rayonunda anadan olmuş, ünvan 8 ünvanda qeydiyyatda olmaqla ünvan 9 ünvanda yaşayan X3 ***-***-**-** nömrədən DİN-in 102 xidmətinə zəng edərək və ərizə ilə Sabunçu RPİ-nin 13-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsindəki dərzi yerində olan zaman təxminən 40 yaşlarında olan kişi şalvarının və ətəyini düzəltmək üçün 10 manat çıxmaq məqsədilə bir ədəd üzərində “ETİBARSİZDİR” söz yazılmış 50 manatlıq əskinas vermiş, əvəzində isə 40 manat qalıq pulu götürmüşdür. Həmin şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfimdən qərar qəbul edilmişdir. Hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir; İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında 16 fevral 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 fevral 2026-cı il tarixdə Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən dərzi yerində şalvarını kəsdirib 50 manat saxta pul verib, 10 manat çıxmaqla 40 manat alıb həmin yeri tərk etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İnzibati qaydada tutma haqqında 17 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 17 fevral 2026-cı il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 17 fevral 2026-cı il tarixdən saat 12:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-1976/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1976/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver