Məhkəmə qərarları › İş №3(5-101)-1998/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-1998/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-1998/2026 24.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X3 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayətlə müraciət edərək xx.xx.2025-ci il tarixli İXM-nin 339.1-1-ci maddəsi ilə barəsində qəbul edilmiş inzibati qərarın ləğv edilməsini, həmin qərar əsasında hesablanmış cərimə və dəbbə pulunun tamamilə ləğv edilməsini, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana(vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon(şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; İş materiallarından müəyyən edilir ki, X3 ərizəsində barəsində şikayət verməli olduğu inzibati orqanın qərarını, həmin qərarın hansı tarixli olması, nömrəsi barədə hər hansı məlumat verməmiş və barəsində şikayət vermiş olduğu qərar şikayət ərizəsinə əlavə edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən qərardan şikayət vermiş şəxs həmin qərar barədə konkret olaraq məlumat vermək hüququna malikdir ki, məhkəmə hansı orqanın, hansı qərarından baxmasını müəyyən etməli və həmin qərardan verilən şikayət əsasında qərar qəbul etmiş orqandan buna dair sübut və etirazları təqdim etmək üçün müraciət etsin. Belə olduğu halda şikayətçi X1 hansı qərardan narazı olduğu, həmin qərarın tarixi, nömrəsi müəyyən edilmədiyindən onun şikayət ərizəsinə baxılması mümkün deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 barəsində şikayət verdiyi qərarı müəyyən edib, həmin qərar barədə dəqiqləşmə aparmaqla, mübahisə etdiyi qərarı şikayət ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 xx.xx.2025-ci il tarixli İXM-nin 339.1-1-ci maddəsi ilə barəsində qəbul edilmiş inzibati qərarın ləğv edilməsini, həmin qərar əsasında hesablanmış cərimə və dəbbə pulunun tamamilə ləğv edilməsini, inzibati xəta üzrə icraata xitam verilməsi barədə şikayəti X2 baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar