Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2011/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 12 fevral 2026-cı il tarixli, EQ 33870834 nömrəli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 12 fevral 2026-cı il tarixli, EQ 33870834 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, “X6 LC150” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2026-cı il tarixində mobil telefon nömrəsinə SMS bildiriş daxil olmuş və həmin bildirişə əsasən İXM-nin 346.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol hərəkəti qaydalarına əsasən səki-yolun hərəkət hissinə bitişik və ya qazon vasitəsi ilə ondan ayrılmış piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yol hissəsidir. Qərara əlavə olunmuş fotoşəkildən görünür ki, nəqliyyat vasitələrinin giriş-çıxışı üçün yer ayrılmış və həmin ərazidə dayanma və ya durmanı qadağan edən 3.27 və ya 3.28 yol nişanları mövcud deyildir. Bu səbəbdən qeyd edilən hal inzibati xətanın tərkibini yaratmır. Ehtimal olunan qayda pozuntusunun xx.xx.2026-cı il tarixdə baş verdiyi göstərilsə də, elektron qərar yalnız xx.xx.2026-cı il tarixdə DİN BDYP-nin Mərkəzi informasiya sisteminə elektron kabinetə yerləşdirilmişdir. İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar 24 saat müddətində şəxsin elektron kabinetində yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu halda qərar təxminən bir ay sonra elektron kabinetə yerləşdirilmişdir ki, bu da qanunun imperativ tələbinin pozulması deməkdir. İXM-nin 124.5-ci maddəsinə əsasən 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda foto və ya video çəkiliş aparılmalı, qərar bortkompüter vasitəsi ilə tərtib edilməli, dərhal müvafiq informasiya sistemində yerləşdirilməli, nəqliyyat vasitəsi ən yaxın mühafizə olunan duracağa aparılmalı və qərarda həmin duracağın ünvanı göstərilməlidir. Qeyd olunan tələblərin heç biri yerinə yetirilməmişdir. Nəqliyyat vasitəsi duracağa aparılmamış, qərarda belə məlumat göstərilməmişdir. Eyni zamanda yol hərəkətinə və piyadaların hərəkətinə maneə yaratma dedikdə nəqliyyat vasitəsinin duracağa aparılmaması nəticəsində tıxacın yaranması və hərəkətin mühüm dərəcədə məhdudlaşdırılması mövcud olmamışdır. X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədən qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 fevral 2026-cı il tarixli, EQ 33870834 nömrəli qərardan görünür ki, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 97.1. Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, həmçinin bu Məcəllənin 96.1-ci və 346-1.5-ci maddələrində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. 124.6. Bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6– 346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 327-ci maddəsinin Qeydinə əsasən 1. Bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 327-1.1, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görəaltmış manat məbləğində cərimə edilir. Şikayətçi ərizəsində qeyd etmişdir ki, nəqliyyat vasitələrinin giriş-çıxışı üçün yer ayrılmış və həmin ərazidə dayanma və ya durmanı qadağan edən 3.27 və ya 3.28 yol nişanları mövcud deyildir. Bu səbəbdən qeyd edilən hal inzibati xətanın tərkibini yaratmır. Ehtimal olunan qayda pozuntusunun xx.xx.2026-cı il tarixdə baş verdiyi göstərilsə də, elektron qərar yalnız xx.xx.2026-cı il tarixdə DİN BDYP-nin Mərkəzi informasiya sisteminə elektron kabinetə yerləşdirilmişdir. İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar 24 saat müddətində şəxsin elektron kabinetində yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu halda qərar təxminən bir ay sonra elektron kabinetə yerləşdirilmişdir ki, bu da qanunun imperativ tələbinin pozulması deməkdir. İXM-nin 124.5-ci maddəsinə əsasən 346.1, 346.2 və ya 346.4– 346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda foto və ya video çəkiliş aparılmalı, qərar bort-kompüter vasitəsi ilə tərtib edilməli, dərhal müvafiq informasiya sistemində yerləşdirilməli, nəqliyyat vasitəsi ən yaxın mühafizə olunan duracağa aparılmalı və qərarda həmin duracağın ünvanı göstərilməlidir. Qeyd olunan tələblərin heç biri yerinə yetirilməmişdir. Nəqliyyat vasitəsi duracağa aparılmamış, qərarda belə məlumat göstərilməmişdir. Eyni zamanda yol hərəkətinə və piyadaların hərəkətinə maneə yaratma dedikdə nəqliyyat vasitəsinin duracağa aparılmaması nəticəsində tıxacın yaranması və hərəkətin mühüm dərəcədə məhdudlaşdırılması mövcud olmamışdır. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 12 fevral 2026-cı il tarixli, EQ 33870834 saylı qərarın ləğv edilməli, yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin inzibati tənbeh vermə haqqında 12 fevral 2026-cı il tarixli, EQ 33870834 saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-2011/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2011/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver