Məhkəmə qərarları › İş №3(5-101)-2053/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2053/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2053/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1279 saylı bağ sahəsində qeydiyyatda olmaqla yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 20 fevral 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2026cı il tarixdə saat 23:15 radələrində 13-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarının xidmət aparmaları zamanı ünvanına nalayiq ifadələr işlədərək kobudluq etməsi aşkar edilmişdir. 20 fevral 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:15 radələrində 13-cü PŞ-də saxlanılan zaman kobu şəkildə PŞ-nin iş rejimi qaydalarını pozaraq MSY-nin qapısını təpikləyərək polisin qanuni tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X3 bildirmişdir ki, Bəsti Əsədova polis şöbəsinə zəng vuraraq şikayət etmişdir ki, evinə tanımadığı şəxs daxil olaraq evin ona məxsus olmasını, nəriltili səslər çıxardaraq səs küy salmasını bildirmişdir. Bundan sonra şəxs PŞ-nə təmin edilmiş, PŞ-nə gələndən özünü qeyri-adekvat aparmışdır. xx.xx.2026-cı il tarixdə saat 23:15 radələrində 13-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarının xidmət aparmaları zamanı ünvanına nalayiq ifadələr işlədərək kobudluq etməsi aşkar edilmişdir. Bundan əlavə xx.xx.2026-cı il tarixdə saat 23:15 radələrində 13-cü PŞ-də saxlanılan zaman kobu şəkildə PŞ-nin iş rejimi qaydalarını pozaraq MSY-nin qapısını təpikləyərək polisin qanuni tələblərini pozmuşdur. Təqdim edilmiş video görüntülərdən də göründüyü kimi şəxs səs küy salmaqla müxtəlif məzmunlu söyüşlər söyür, MSY-nin qapısını dayanmadan təpikləyir, rəhbər haqqında təhqiramiz sözlər işlətmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü normal aparmayaraq çölə çıxmış, özünü belə tanımadığını, onun barəsində hansı qərar çıxarılmasını bildirərək izahat verməkdən imtina etmişdir. Ona verilmiş suallara cavab verməkdən də imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xx.xx.2026cı il tarixdə evdə olarkən oğlu evdən çıxmış, həmin vaxt qapını açaraq tanımadığı şəxsin evin həyətinə daxil olmasını görmüşdür. Həmin şəxsi görüb qorxmuş, əvvəlcə oğlunun onunla zarafat etməsini fikirləşmiş, lakin daha sonra görmüşdür ki, evə daxil olan şəxs çöl qapını bağlamış, nərildəyərək səslər çıxarmağa başlamış, evin ona məxsus olmasını qeyd etmişdir. Bu səbəbdən də dərhal polisə müraciə etmiş, polis əməkdaşları gəlib həmin şəxsi PŞ-nə aparmışlar. Həmin şəxs dayanmadan nərildəyək qəribə səslər çıxarmış, qışqıraraq onu qorxutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı X8 izahatında göstərmişdir ki, ona X4 müraciəti əsasında Şəxs PŞ-nə gətirmişlər. O PŞ-nə gətirildikdən sonra qışqırmağa, polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Ondan hər hansı izahat almaq mümkün olmamışdır. PŞ-də dayanmadan nalayiq ifadələr işlətməklə, özünü ora-bura çırpmaqla şöbənin iş rejimini pozmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 20 fevral 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:15 radələrində 13-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarının xidmət aparmaları zamanı ünvanına nalayiq ifadələr işlədərək kobudluq etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında 20 fevral 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:15 radələrində 13-cü PŞ-də saxlanılan zaman kobu şəkildə PŞ-nin iş rejimi qaydalarını pozaraq MSY-nin qapısını təpikləyərək polisin qanuni tələblərini pozmuşdur. AZA 016999 saylı, 19 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 fevral 2026-cı il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli Aktdan görünür ki, xx.xx.2026-cı il tarixində Əbilov X5 RPİ-nin 13cü PŞ-də saxlanılarkən özünü divarlara vuraraq müxtəlif xəsarətlər almışdır. Əlavə edilmiş DVD-R verbatim diskdə hadisənin görüntüləri öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur(84.2). 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs əməlləri iş üzrə dindirilmiş şahidlərin izahatı, hadisələrin görüntüsünü özündə əks etdirən DVD-R disklə öz təsdiqini tapmışdır. Belə ki, “DVD-R” verbatim diskdə olan görüntülərdən müəyyən olunur ki, Şəxs dayanmadan MSY-nin qapısını təpikləməklə qapını yerindən oynadır, başqa bir video görüntü ilə nalayiq ifadələr işlətməklə rəhbər şəxslərin ünvanına nalayiq ifadələr işlədir. X2 izahatından da görünür ki, xx.xx.2026-cı il tarixdə evdə olarkən oğlu evdən çıxmış, həmin vaxt qapını açaraq tanımadığı şəxsin evin həyətinə daxil olmuş, evə daxil olan şəxs çöl qapını bağlamış, nərildəyərək səslər çıxarmağa başlamış, evin ona məxsus olmasını qeyd etmişdir. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri(hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilməmişdir. İş üzrə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Lakin məhkəmə törədilən inzibati xətaların növ müxtəlifliyini, barəsində inzibati xəta törətmiş şəxsin hərəkətlərinin davam etdirilməsini inzibati tənbeh növünün seçilməsində nəzərə almağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tətnbeh tədbirinin tətbiqi kifayət hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 535.1-ci maddəsinə əsasən 15(on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar