Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2054/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X5 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi faktı aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən MN ******* nömrəli, 20 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, 20 fevral 2026-cı il tarixdə Nardaran qəsəbəsi, Abşeron küçəsində polis əməkdaşları xidmətdə olarkən iki nəfər şəxsi görüb özlərini təqdim etmişlər, hər ikisi üzərilərində sənədləri olmadığından və özlərini şübhəli apardığından, əllərinin əsməsi, gözlərinin qızarmış vəziyyətdə olması müəyyən edildiyindənPŞ-nə dəvət olunmuşlar. Daha sonra Mansurov X3 Tibbi Mərkəzə müayinəyə aparılmış, götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Şəxs əvvəllərdə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məhkum olunmuşdur. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolun təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq ediraf edir. Narkotik vasitə olan heroin və metamfetamin istifadə etmişdir. Anası xəstədir ona qulluq edir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Əlilliyi yoxdur, himayəsində on dörd yaşına çatmamış uşağının təkbaşına böyüdməsi halı yoxdur. Əvvələr oğurluq üstündədə məhkum edilmiş, barəsində bir neçə dəfə inzibati tənbeh tədbiri görülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* nömrəli, 20 fevral 2026-cı il tarixli protokoldan görünür ki, 20 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X5 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədə və psixotrop maddə(MOP+, MET+) istifadə etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X7 X12 X1 haqqında 20 fevral 2026-cı il tarixli, 1428 saylı rəyindən görünür ki, Şəxs MOP(+) MET(+) aşkar olunmuşdur. Onda opidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də(F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Narkotik vasitələri və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 553 saylı Aktdan görünür ki, Şəxs MOP(+) MET(+) aşkar olunmuşdur. 20 fevral 2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 fevral 2026-cı il tarixdə, saat 13:30-da tutulmuşdur. “Aze Mıs” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-495/2023 saylı hökmü ilə CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 234.1-ci maddələri ilə barəsində ittihamedici hökm çıxarılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ayrı-ayrı tarixli qərarları ilə 3(üç) dəfə İXMnin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunun 1.0.14-cü bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X7 X12 X1 haqqında 20 fevral 2026-cı il tarixli, 1428 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuşdur ki, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin növünə münasibətdə hesab edir ki, “Aze Mıs” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-495/2023 saylı hökmü ilə CM-nin 177.2.1; 177.2.2; 177.2.3; 234.1-ci maddələri ilə barəsində ittihamedici hökm çıxarılmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ayrı-ayrı tarixli qərarları ilə 3(üç) dəfə İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X7 X12 X1 haqqında 20 fevral 2026-cı il tarixli, 1428 saylı rəyindən görünür ki, VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də(F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə qeyd edir ki, göstərilən hallar Şəxs şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və ona maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tədbirinin tətbiqi kifayət sayılmamalı, ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 20 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15(on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 fevral 2026-cı il tarixdən hesablansın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-2054/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2054/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver