Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2061/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X8 iclas katibliyi, X2 və onun nümayəndəsi vəkil X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 06:07-də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində mülkiyyətində olan və həmin vaxt ön sərnişin oturacağında əyləşdiyi **-CN-*** dövlət qeydiyyat nişanlı, “BMW X5" markalı avtomobilin 50 km/saat sürət həddi icazə verilən küçədə 73 km/saat sürətlə hərəkət etməsi səbəbindən xüsusi texniki vasitə ilə inzibati-xəta qeydə qeydə alınmış və o, avtomobili idarə etmədiyi halda barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati tənbeh növündə cərimə və 02 cərimə balı tətbiq edilmişdir. Qeyd olunan inzibati xəta ilə əlaqədar qeyd etmək istəyir ki, həmin tarixdə gecə saatlarından etibarən mülkiyyətində olan **-CN-*** dövlət qeydiyyat nişanlı, “BMW X5” markalı avtomobilimi dostu X4 (FİN: 2N4MJHD) (sür. vəs. nöm.: AF 005391) onun iştirakı ila idarə etmiş və qeyd olunan inzibati xəta sonuncu tərəfindən törədilmişdir. EQ32018686 nömrəli protokol ilə əsassız olaraq tətbiq olunmuş 02 cərimə balı illik cərimə ballarının 21 bala çatmasına və sürücülük hüququnun məhrumiyyətinə səbəb olmuşdur. Yuxarıda göstərilən pozuntu ilə bağlı ilk öncə xx.xx.2025-ci il tarixdə həm o, həm də dostu Anar Allahverdiyev Azərbaycan Respublikası DİN-yə “E-polis" mobil tətbiqi vasitəsilə elektron qaydada müraciət etmişlər. Həmin müraciətə Azərbaycan Respublikası DİN-nin Baş X17 İdarəsində (bundan sonra BDYPİ) baxılaraq “inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair" xx.xx.2026-cı il tarixdə qərar qəbul edilmiş və həmin qərar xx.xx.2026-cı il tarixdə onun elektron-poçt ünvanına göndərilmiş, hazırki tarixədək müraciətinə cavab və qoşmada əlavə edilən qərar İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun formada rəsmi yolla ona təqdim edilməmişdir. Qeyd olunan qərar ilə barəsində çıxarılmış EQ32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarın məzmunundan görünür ki, araşdırma zamanı onun şikayətində göstərdiyi əsaslar öz təsdiqini tapmamış, xətanın törədilməsini sübut edən müvafiq foto və ya video görüntülər əsasında, habelə mənim sürücülük vəsiqəmdə olan foto şəkli ilə aparılan eyniləşdirmə zamanı müəyyən olunmuşdur ki, xəta törədilən vaxt qeyd olunan avtomobil digər şəxs tərəfindən deyil, guya onun tərəfindən idarə olunmuşdur. Xüsusilə vurğulanmalıdır ki, BDYPİ tərəfindən aparılan araşdırma zamanı nə o, nə Anar Allahverdiyev dəvət olunaraq izahatları alınmamış, qeyd olunan guya inzibati xətanın törədilməsini sübut edən müvafiq foto və ya video görüntülərə onun iştirakı ilə baxış keçirilməmiş, tam, hərtərəfli və obyektiv araşdırılmaqla hadisənin şahidi olan digər şəxslər, məsələn, arxa sərnişin oturacağında əyləşən X7 (FİN: 35ANKG7) dəvət olunaraq izahatı alınmamış, əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmış və nəticədə yığılan cərimə ballarına görə onun sürücülük hüququ 03 aydan artıq müddətdir ki məhdudlaşdırılmışdır. Qeyd olunan hallara görə artıq 03 aydır ki, avtomobilim sürücü tərəfindən idarə olunur və mülkiyyətində olan **-CN-*** dövlət qeydiyyat nişanlı, “BMW X5” markalı avtomobilin üzərinə inzibati qaydada axtarış və ya həbs qoyulmaması üçün qanunsuz və barəmdə əsassız formada tərtib olunmuş EQ32018686 nömrəli protokol üzrə cəriməni dostu Anar Allahverdiyev ödəmək məcburiyyətində qalmışdır, lakin bu o demək deyildir ki, qərarın və protokolun qanuniliyi və əsaslılığı ilə razılaşırıq. “SMSRadar.az” mobil tətbiqi ilə ona göndərilən elektron protokol və ona əlavə edilmiş görüntülərdə görünür ki, avtomobilin ön sağ oturacağında sərnişin əyləşib və bu şəxs odur. Qeyd olunan halı ondan başqa avtomobili həmin vaxt idarə edən dostu X4, arxa oturacaqda sərnişin qismində əyləşən digər dostu X7, həmçinin, avtomobilə əyləşərkən tərk etdiyi restoranın mühafizəçiləri təsdiq edə bilərlər. Həmçinin, Bakı şəhəri ərazisində quraşdırılmış və BDYPİ-nin öz qərarında bəhs etdiyi onun üzərində 2021-ci ildə çəkilmiş fotoşəkli olan sürücülük vəsiqəsilə "eyniləşdirdiyi” digər müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər ilə xx.xx.2025-ci il tarixdə onun gecə 01 radələrindən etibarən avtomobili idarə etmədiyi müəyyən oluna bilər. Həmin kameraların arxivləşmə müddətlərinin 03 aydan çox olmaması ilə bağlı qeyd etmək istərdi ki, Azərbaycan Respublikası DİN-ə mürəciəti və onun əsasında BDYPİ-də aparılan araşdırma zamanı qeyd olunan görüntülər həqiqətən çıxarılıb eyniləşdirilibdirsə, deməli arxivləşdirilmişdir. Hesab edir ki, yuxarıda göstərdiyi əsaslara görə barəsində qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə EQ32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və barəsində əsassız tətbiq olunmuş 02 cərimə balının silinməsi ilə bağlı BDYPİ-yə məlumat verilməli, qeyd olunan inzibati xətanı törətmiş X3 (FİN: 2N4MJHD) (sür. vəs. nöm.: AF 005391) inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 57.1-ci maddəsində təsbit edilmişdir ki, İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İXM-in 100.3-cü maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası İXM-in 76.1 -ci maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqamn (vəzifəli şəxsin) qüvvəyə minmiş qəran ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə, əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə, əsasən, barəsində İXM-nin 122.1-ci, 124.5- ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən yuxarıda göstərilənlərə əsasən barəsində qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə EQ32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi, barəsində əsassız olaraq tətbiq olunmuş 02 cərimə balının silinməsi ilə bağlı BDYPİ-yə məlumat verilməsi, qeyd olunan inzibati xətanı törətmiş X3 (FİN: 2N4MJHD) (sür. vəs. nöm.: AF 005391) inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 vəkili X10 eyni məzmunda izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 nümayəndəsi vəkil X10 məhkəməyə ərizə təqdim edərək eyni zamanda xx.xx.2026-cı il tarixli 16/1-H-67560 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, 15 noyabr 2025-ci ildə onlar ortaq dostlarının ad günündən çıxmışlar, həmin vaxt Tural Yaqubov özünü narahat hiss etdiyindən avtomobili o idarə etmişdir. İnzibati xətanıda o törətmişdir, Tural Yaqubov avtomobildə qabaqda, digər dostu isə arxada əyləşmişdir. Onun barəsində inzibati xəta haqqında qərar qəbul edilməsini istəyir. Cərimənidə o ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli elektron qərardan görünür ki, X9 16 noyabr 2025-ci il tarixdə saat 06:07-də Nərimanov rayonu, Təbriz küçəsi konqres mərkəzinin yaxınlığı Nərimanov metro stansiyası ərazisində “BMW X5 XDRİVE45E PLUG-İN HİBRİD MİNİK” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması nəticəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx.xx.2026-cı il tarixli 16/1-H-67560 nömrəli qərarından görünür ki, vətəndaş X9 barəsində çıxarılmış EQ32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 328.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X6 nəqliyyat vasitəsini idarə edərən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması göstərilmiş və o, Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli elektron qərara əsasən X9 16 noyabr 2025-ci il tarixdə saat 06:07-də Nərimanov rayonu, Təbriz küçəsi konqres mərkəzinin yaxınlığı Nərimanov metro stansiyası ərazisində “BMW X5 XDRİVE45E PLUG- İN HİBRİD MİNİK” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması nəticəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X9 16 noyabr 2025-ci il tarixdə saat 06:07-də inzibati xətanın törədilməsi zamanı avtomobilin onun tərəfindən idarə edilmədiyini, dostu Anar Allahverdiyev tərəfindən ona məxsus avtomobilin idarə edildiyini göstərmişdir. Məhkəmə iclasında şahid X4 izahatında həmin xüsusatları təsdiq edərək bildirmişdir ki, 15 noyabr 2025-ci ildə onlar ortaq dostlarının ad günündən çıxmışlar, həmin vaxt Tural Yaqubov özünü narahat hiss etdiyindən avtomobili o idarə etmişdir. İnzibati xətanıda o törətmişdir, Tural Yaqubov avtomobildə qabaqda, digər dostu isə arxada əyləşmişdir. Onun barəsində inzibati xəta haqqında qərar qəbul edilməsini istəyir. Cərimənidə o ödəmişdir. Məhkəmə X6 və şahid X3 izahatında göstərdiyi xüsusatların yoxlanması məqsədilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqandan, qərar qəbul edərkən istinad etdiyi sübutları istəmiş, təqdim edilmiş fotoşəkillərə baxış zamanı avtomobili idarə edən şəxsin üzünün həmin fotolarda düşməməsi müəyyən edilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair xx.xx.2026-cı il tarixli 16/1-H-67560 nömrəli qərarda inzibati tənbeh tətbiq edən orqan qərarını onunla əsaslandırmışdır ki, xətanın törədilməsini sübut edən müvafiq foto və ya video görüntülər əsasında, habelə vət. T.Yaqubovun sürücülük vəsiqəsinin foto şəkli ilə aparılan eyniləşdirmzamanı müəyyən olunmuşdur ki, xəta törədilən vaxt qeyd edilən avtomobil digər şəxs tərəfindən deyil onun özü tərəfindən idarə edilmişdir. Halbuki, məhkəmə iclasında təqdim edilmiş fotolara baxış keçirilərkən həmin fotolarda avtomobili idarə edən şəxsin üz görünüşünün düşmədiyi müəyyən olunmuşdur. Həmçinin, təqdim edilmiş fotolarda qabaq sərnişin oturacağında digər şəxsin olduğu müəyyən edilmişdir. Bundan başqa, xətanın görüntüsünü əks etdirən hər hansı videogörüntü məhkəməyə təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X9 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə dəfələrlə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Baş X18 İdarəsinin 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı, eləcə də xx.xx.2026-cı il tarixli 16/1-H-67560 nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-nin 328.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin 16 noyabr 2025-ci il tarixli, EQ seriyalı 32018686 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı və xx.xx.2026-cı il tarixli 16/1-H-67560 nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-2061/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2061/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver