Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2100/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X21 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4, Tələbkar şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X1 Səadət Fikrət qızı barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 17000 manat X9, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X5 xeyrinə 5013 manat, Sabunçu Rayon Məhkəmsinin xx.xx.2022-ci il tarixli icra sənədi və 525.8 manat Əliyev Rövşənin xeyrinə, Sabunçu Rayon Məhkəmsinin 1220 manat Şıxəliyeva Aynurəyə ödənilməlidir. Bununla da borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X11 protokolun məzmununa uyğun çıxış edərək əlavə etmişdir ki, Şəxs barəsində artıq 5 dəfə inzibati protokol tərtib olunaraq məhkməyə göndərilmiş və müvafiq tədbirlər görülmüşdür. Lakin Şəxs məhkəmə qətnamələrini icra etməkdən qərəzli olaraq yayınır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, məhkəmənin qərarlarına hörmətlə yanaşır, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq, uzun müddətdir ki, 3 azyalı övladı olduğu üçün mütəmadin işləyə bilmir, buna görə icra sənədləri üzrə öhdəliyini icra edə bilmədiyini qeyd etmişdir. Hal-hazırda üzərində 20 manat olduğunu və onu ödəniş olaraq borclu X6 ödəniş edə biləcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X10 izahatında göstərmişdir ki, Şəxs hər dəfə yalan vədlər verərək borcun ödəyəcəyini bildirir, lakin heç bir ödəniş həyata keçirmədiyini demişdir. Mövcüd olan borcdan hər ay 50-100 manat olsada ödənişi qəbul etməyə razı olduğunu X7 deməsinə baxmayarq yenədə borclu heç bir ödəniş həyata keçirtməmişdir. Məhkəmədən bununla bağlı tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Şəxs 17.000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun tutularaq iddiaçı X9 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X3 xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49322 Samsung galaxy S9 markalı telefon üçün 2115 (iki min yüz on beş) manat əsas, 210 (iki yüz on) manat məbləğində cərimə borcu, cəmi 2325 ( iki min üç iyirmi beş) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə cavabdeh Cabarova (Hacıyeva) Səadət Fikrət qızından 1050.02 ABŞ dolları əsas, 1024,81 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və iddaçı tərfindən ödənilmiş dövlət rüsumuna görə 30 mant məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4406/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 5013 manat məbləğində borc və ödənilmiş dövlət rüsümuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4406/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1220 (min iki yüz iyirmi) manat pul və 36 (otuz altı) manat dövlət rüsumunun tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 525,80 manat satılmış tekstil çeşidlərinin dəyəri, 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X12 xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4381/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, xx.xx.2023-cü il tarixli İcra Qeydindən görünür ki, Şəxs BOKT "xxxx" MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 92 manat 05 qəpik, bundan əlavə 54 manat 95 qəpi məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu, əlavə xidmət haqqı və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik olmaqla, cəmi 182 manat 00 qəpik pulun tutulması müəyyən edilmişdir. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3844/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sabunçu Rayon Məhkəmsinin 2(008)-1790/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4406/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sabuçu Rayon Məhkəməsinin 2(008)-4381/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3694/2023 saylı xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, xx.xx.2023-cü il tarixli, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5630/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4478/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tututulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra məmurunun icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir, onun barəsində əvvəllər inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs olaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə təkrar törədərək qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, onkoloji xəstəlikdən əziyyət çəkməsini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X22
Məhkəmə qərarları › İş №3(5-101)-2100/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2100/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver