Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2103/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə icla katibi X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 fevral 2026-cı il tarixdə saat 10 radələrində 14-cü Polis Şöbəsində polisin onu gətirməsi və nizam-intizama dəvət etməsilə bağlı qanuni tələbinə qəsdən tabe olmamış, 14-cü Polis Şöbəsində ucadan nalayiq ifadələr işlədib, söyüş söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən 23 fevral 2026-cı il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, ayıq sürücü işləyir, onun “instagram”, “facebook” və başqa sosial səhifə platformaları mövcuddur. Ancaq 3-4 ay olarki, mobil telefonları itdiyi üçün sosial səhifələrə giriş etmir və istifadə etmir. Həmin sosial platformaları başqası tərəfindən onun adından istifadə edilir. Sosial şəbəkədə polisin ünvanına qarşı tərəfindən heç bir nalayiq ifadə işlədilməmişdir. 23 fevral 2026-cı il tarixdə polis əməkdaşları tərəfindən 14-cü PŞ-nə dəvət edildikdə o da etiraz etməyərək PŞ-nə getmişdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona polis bölməsində onun adından yazılan yazıları göstərmişlər, həmin profillər ona məxsus olmuş, lakin onun tərəfindən yazılmamışdır. Əvvəllərdə bir dəfə onu çağırıb kiməsə zəng etdiyini, narahat etdiyini bildirmişlər, o da həmin zənglərin onun tərəfindən edilmədiyini bildirmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 23 fevral 2026cı il tarixdə saat 10 radələrində 14-cü Polis Şöbəsində polisin onu gətirməsi və nizamintizama dəvət etməsilə bağlı qanuni tələbinə qəsdən tabe olmadığına, 14-cü Polis Şöbəsində ucadan nalayiq ifadələr işlədib, söyüş söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etdiyinə görə barəsində 23 fevral 2026-cı il tarixli Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən araşdırmanın nəticəsi olaraq Şəxs hazırda istifadəsində olduğu telefondan polisin ünvanına təhqirlər yazıldığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 23 fevral 2026-cı il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 fevral 2026-cı il tarixdə saat 10 radələrində 14-cü Polis Şöbəsində ucadan nalayiq ifadələr işlədib, söyüş söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 23 fevral 2026-cı il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2026-cı il tarixdə saat 10 radələrində 14-cü Polis Şöbəsində polisin onu gətirməsi və nizam-intizama dəvət etməsilə bağlı qanuni tələbinə qəsdən tabe olmamış, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında 23 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 23 fevral 2026-cı il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Elçin Əsədov tərəfindən tərtib edilmiş 23 fevral 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026cı il tarixdə Tik-Tok sosial şəbəkəsində polisin ünvanına nalayıq ifadələr işlədərək şərhlər yazan vətəndaş xx.xx.1998-ci il təvəllüdlü Bakı şəhərində anadan olan Maştağa qəsəbəsi Vişnovka-2 bağ sahəsi 306 saylı bağ evində qeydiyyatda olan və yaşayan Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə saat 09:30-radələrində 14-cü PŞ-nə dəvət edilmişdir. Həmin vətəndaşa PŞ-də yazdıqları şərhlər barəsində soruşduqda o isə kobud cavab verərək qaçmağa cəhd göstərmişdir. O onu dəfələrlə nizam intizama dəvət etsədə həmin vətəndaş polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin məsul növbətçisi polis mayoru Hikmət Aslanov tərəfindən tərtib edilmiş 23 fevral 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Tik-Tok sosial şəbəkəsində polisin ünvanına nalayıq ifadələr işlədərək şərhlər yazan vətəndaş xx.xx.1998-ci il təvəllüdlü Bakı şəhərində anadan olan Maştağa qəsəbəsi Vişnovka-2 bağ sahəsi 306 saylı bağ evində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:30 radələrində PŞ-nə dəvət edilmişdir. Həmin vətəndaş PŞ-da olan zaman yüksək səslə ünvansız nalayıq ifadələr işlədərək növbətçi hissənin iş fəaliyyətini 15-20 dəqiqə pozmuşdur. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələrdə o onların qanuni tələblərinə qəsdən tabe olmamışdır; Bakı şəhəri Sabunçu RPi-nin 14-cü NH-nin növbətçi, polis mayoru vəzifəsində işləyən X4 izahatında görünür ki, hal-hazırda Sabunçu RPi-nin 14-cü PŞ-nin Növbətçi hissənin növbətçisi polis mayoru vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə saat 10 radələrində Şöbənin əməliyyat qrupunda olarkən Şöbənin əməliyyat müvəkkili polis kapitanı Elçin Əsədovun raportu əsasında Maştağa qəsəbəsi, Vişnovka-2 bağ sahəsi, 306 saylı bağ evində yaşayan xx.xx.1998-ci il təvəllüdlü Muradov X7 hissəyə gətirilmişdir. Şəxs şəxsiyyəti dəqiqləşdirilərkən o, PŞ nə gətirilməsinə etiraz əlaməti olaraq özünü çox aqresiv aparıb ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Bu zaman ondan söyüş söyməməsi, sakit durması tələb olunsa da Şəxs dahada özündən çıxaraq bərkdən qışqırmağa, söyüş söyməyə davam etmişdir. Onun bu hərəkətləri həmin vaxt həm Növbətçi hissəsinin iş fəaliyyətini pozmuş, həmdə PŞ-nə gəlmiş vətəndaşların narahatçılığına səbəb olmuşdur. Ona görə də Şəxs hüquqpozan hərəkətləri barədə tərəfindən raport yazılaraq PŞ-nin rəhbərinə məruzə edilmişdir; X6 izahatında görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə səhər saat 09 radələrində şöbə rəhbəriliyindən ona göstəriş verilmişdir ki, Maştağa qəsəbəsi, Vişnovka-2 bağ sahəsi, 306 saylı bağ evində yaşayan Şəxs sosial şəbəkədə polisin ünvanına nalayiq ifadələr işlətmiş, söyüş söymüşdür. Buna görə də onunPŞ-nə gətirilməsi təmin edilməlidir. O, göstərişin icrası ilə əlaqədar olaraq deyilən ünvanda olmuşdur. Həmin vaxt Şəxs küçədə olduğunu görərək ona yaxınlaşıb özünü təqdim etmiş və onu 14-cü PŞ-nə dəvət etmişdir. Bundan sonra Şəxs polis əməkdaşı olduğunu bildikdə ona çox kobud cavab verərək qaçmaq istəmiş, o onu çətinliklə də olsa tutub saxlaya bilmişdir. Bu zaman Şəxs ucadan nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərin diqqətini cəlb etməyə və qaçmağa çalımışdır. Dəfələrlə nizam-intizama dəvət etsə belə Şəxs onun qanuni tələblərinə məhəl qoymamış və nalayiq ifadələr işlədərək tabesizlik nümayiş etdirmişdir. Nəhayət Şəxs çox çətinliklə də olsa gətirib 14-cü PŞ-nə təhvil vermişdirlər. Şəxs 14-cü PŞ-də yenə də özünü qeyri-etik apararaq gətirilməsinə etiraz əlaməti kimi ucadan nalaiq söyüşlər söyüb, şöbənin iş fəaliyyətini pozmuşdur. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında 3-4 ay olarki, mobil telefonları itdiyi üçün sosial səhifələrə giriş etmədiyini və istifadə etmədiyini, həmin sosial platformaların başqası tərəfindən onun adından istifadə edilidiyini bildirməsini məhkəmə özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir. Belə ki, Şəxs mobil telefonlarının itdiyini əsas gətirsə də, hadisənin 3-4 ay əvvəl baş verməsini qeyd etməsinə baxmayaraq bu barədə hər hansı orqana müraciət etməmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən araşdırmanın nəticəsi olaraq Şəxs hazırda istifadəsində olduğu telefondan polisin ünvanına təhqirlər yazıldığı müəyyən olunmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 23 fevral 2026-cı il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar, xx.xx.2026-cı il tarixli raportlar, Şəxs izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq, bundan nəticə çıxaramayaraq eyni inzibati xətanı 01 il ərzində təkrar törətmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Odur ki, tənbeh tətbiqi zamanı Şəxs İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli 23 fevral 2026-cı il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 fevral 2026-cı il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-2103/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2103/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver