Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2104/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 23 fevral 2026-cı il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 31 dekabr 2025-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində sərnişinə məxsus telefonu oğurlamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi narkoloji Mərkəzinin 23 fevral 2026-cı il tarixli 1498 nömrəli rəyinə əsasən narkotik maddə istifadəçisi olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, vətəndaş X4 müraciəti ilə tanış olmuş, 31 dekabr 2025-ci il tarixdə Neftçilər prospektindən Bolt mobil tətbiqi ilə sifariş qəbul edib həmin xanımı hal-hazırda xatırlamadığı ünvana icazə əsasında idarə etdiyi **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə çatdırmışdır. Xanım öz müraciətində guya ona məxsus olan mobil telefonu onun idarə etdiyi taksidə unutduğunu və onun telefonu oğurladığını bildirmişdir. Həmin xanıma məxsus mobil telefonu görməmişdir. Barəsində bildirdikləri həqiqəti əks etdirmir. Təxminən 13-14 gün bundan qabaq marixuanadan istifadə etmişdir. Lakin mütəmadi olaraq narkotik vasitədən istifadə etmir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, xanım yalan danışır, telefonu ona enerji yığması üçün verməmişdir. O, polis bölməsində xanımın ona telefonu enerji yığması üçün verməsini deməmişdir Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 23 fevral 2026-cı il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həqiqətən Şəxs bölmədə olarkən zərərçəkmiş şəxsin ona telefonu enerji yığması üçün verdiyini etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 31 dekabr 2025-ci il tarixdə Neftçilər prospektindən Bolt mobil tətbiqi ilə taksi sifariş etmişdir. Ünvana çatıb evə daxil olduqdan sonra mobil telefonun üzərində olmadığını görmüşdür. PŞ-nə bu barədə məlumat vermiş, Şəxs PŞ-nə dəvət edilmişdir. Şəxs hazırda məhkəmə iclasında verdiyi izahatında təqsirini qəbul etməsə də PŞ-də olan zaman Şəxs mobil telefonu götürdüyünü qəbul etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Həsənli-Zadə Hüseyn ona demişdir ki, istəyirsə telefonu enerji yığması üçün şunura qoşa bilər, o da elə etmişdir, düşəndə yadından çıxıb telefon orada qalmış, nömrəni yığdıqda odboy vermiş, daha sonra telefona zəng çatmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 23 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi narkoloji Mərkəzinin 23 fevral 2026-cı il tarixli 1498 nömrəli rəyinə əsasən Şəxs narkotik maddə istifadəçisi olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 23 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 dekabr 2025-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində sərnişinə məxsus telefonu oğurlamış. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutuma haqqında 22 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 22 fevral 2026-cı il tarixdə saat 14:50-də inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin təhqiqatçısı polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, vətəndaş X4 müraciəti əsasında material üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməli törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati təsir tədbirləri görülməsi qərar alınmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı İsmayıl İsmayıllı tərəfindən tərtib edilmiş 21 yanvar 2026-cı il tarixli raportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Sənani küçəsi, fərdi evdə yaşayan X6 xx.xx.2026-cı i! tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə özünə məxsus olan mobil telefonun oğurlanması barədə məlumat vermişdir. Bununla əlaqədar qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılan təhqiqat araşdırması zamanı vət. X6 izahat verərək 150 manat məbləğində maddi ziyan çəkdiyini bildirmişdir. Araşdırma zamanı vət. X4 müraciəti əsasında oğurluq etmiş şəxsin əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin təhqiqat araşdırması müddəti ərzində əməli törətmiş şəxsi təhqiqata təmin etmək mümkün olmamışdır, buna baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxs yəni, Həzənəli-X12 Azərbaycan Respublikası İXM-nin 227ci(Xırda talama) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İnzibati xəta haqqında iş üzə icraatın başlanması 24 yanvar 2026-cı il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin İbrahimov tərəfindən tərtib edilmiş 23 fevral 2026-cı il tarixli raportdan görünür ki, 23 fevral 2026-cı il tarixdə Sabunçu RPİ-nin 12- ci PŞ-nin əməkdaşları tərəfindən vətəndaş Şəxs barəsində HK-1933 sayda qeydiyyata alınmış raport icraatıma daxil olmuşdur. Məlum olmuşdur ki, 23 fevral 2026-cı il tarixdə saat 01 radələrində xx.xx.1992-ci ildə ünvan 2 ünvanında yaşayan Şəxs özünü şübhəli aparması səbəbindən xx.xx.2026-cı il tarixdə saat 14 radələrində saxlanaraq 12-ci PŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs izahatında qeyd etmişdir ki, o qeyd olunan ünvanda yaşayır. xx.xx.2026-cı il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis şöbəsinə dəvət etmişlər. Qeyd etmişdir ki, saxlanıldığı gün narkotik maddə marixuana istifadə etmişdir. Tutduğu əməldən səmimi peşmandır. xx.xx.2026-cı il tarixli 1289 saylı Şəxs KANNABİNOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLLLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində AR.İXM-nin 206-cı maddəsinin tərkibi yaranmışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətini inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi xahiş edilmişdir; 23 fevral 2026-cı il tarixli, 1498 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs 26 avqust 2022-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə “marixuana (kannabis)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsə məxsus telefonu götürmədiyini bildirsə də, məhkəmə onun bu izahatını özünü müdafiə xarakterli izahat kimi qiymətləndirir. Belə ki, zərərçəkmiş şəxs vermiş olduğu izahatında Şəxs tanıdığını, taksi kimi onun maşınına əyləşdiyini, Hüseyn Həsənli-zadəyə mobil telefonunu enerji yığmaq üçün maşında şunura taxmaq üçün verdiyini, maşından düşərkən unutduğunu, 2 dəqiqə keçməmiş mobil nömrəsini yığsada söndürərək açmadığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs göstərmişdir ki, polis bölməsində olarkən Şəxs zərərçəkmiş şəxsin taksidə olarkən mobil telefonunu ona verdiyini etiraf etsə də, hazırda həmin xüsusatı belə inkar etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X5 zərərçəkmiş şəxsin göstərdiyi xüsusatları təsdiq edərək Şəxs polis bölməsində olarkən zərərçəkmiş şəxsin mobil telefonunun enerji yığması üçün ona verdiyini etiraf etdiyini, lakin hazırda məhkəmə iclasında ümumiyyətlə belə bir hadisə baş vermədiyini göstərdiyini bildirmişdir. Göründüyü kimi, Şəxs bir birilə ziddiyyət təşkil edən izahatlar verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin özünün qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 31 dekabr 2025-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində sərnişinə məxsus telefonu oğurlamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi narkoloji Mərkəzinin 23 fevral 2026-cı il tarixli 1498 nömrəli rəyinə əsasən narkotik maddə istifadəçisi olduğu müəyyən edilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 22 fevral 2026-cı il tarixdən saat 14:50-dən hesablanmalıdır. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22 fevral 2026-cı il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınması nəzərə alısın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-2104/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2104/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver