Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-2188/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026ci il tarixli EQ33862204 saylı qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ33862204 saylı qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 yazılı ərizə təqdim edərək barəsində qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ33862204 saylı qərarınn ləğv edilməsinə dair şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət ərizəsi ilə müraciət etmək və həmin ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmək şəxsin hüququ olduğundan onun şikayət ərizəsini baxılmadan geri tələb etmək hüququnun olması nəzərə alınmalıdır. Məhkəmə iclasında X2 yazılı ərizə təqdim edərək barəsində qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ33862204 saylı qərarın qərarın ləğv edilməsinə dair şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ33862204 saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ33862204 saylı qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-2188/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-2188/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver