Məhkəmə qərarları › İş №3(5-101)-2211/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2211/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2211/2026 25.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X3, X4 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 17 yanvar 1993-cü il tarixdə Türkiyə Cumhuriyyətində doğulmuş, Türkiyə Cumhuriyyəti vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 25 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-551\2024 nömrəli, xx.xx.2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4693/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhər 21 saylı Kontorunin 8i-8525 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4693/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Tuncaydan 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaiti və 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X10 ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 551\2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 77.600 (yetmiş yeddi min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı X7 verilmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdeh Şəxs tutularaq Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına ödənilmiş, cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı X7 verilmişdir. Bakı şəhər 21 saylı Kontorunin 8i- 8525 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X12 Şəxs müddət üçün vaxtında ödənilməmiş 23800 manat pul tutulsun, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla 23820 manat pul tutulmuşdur. İki tələbkarla əlaqə saxlanılmış, məhkəmə iclası ilə bağlı məlumat verilmiş, üçüncü tələbkar X17 ilə əlaqə saxlanıla bilməmişdir. Borclu ilə dəfələrlə əlaqə saxlanmağa çalışsa da əlaqə saxlanıla bilməmiş, barəsində axtarış elan edilmiş, axtarış nəticəsində icra şöbəsinə gətirilmiş, tələbkarlar tərəfindən borcları tələb olunmuş lakin borclu tərəfindən tam ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, X17 ilə olan borc məsələsini material verərək bağlamışdır. Bununla bağlı sənədləri icra məmuruna təqdim etməmişdir. Onunla birlikdə icra şöbəsinə yaxınlaşaraq bununla bağlı icra məmuruna məlumat verəcəkdir. X7 olan borcuna 2000 manat ödəniş etmiş, 3000 manat bu gün ödəmiş, növbəti gün 2000 manat, 1 həftə içində 5000 manat ödəyəcəkdir. Aylıq olaraq da 1000-2000 manat ödəyəcəkdir. Bu vaxta kimi imkanı olmadığından ödəniş edə bilmirdi. X10 bu vaxta kimi 1000 manat məbləğində ödəniş etmiş, 500 manat bugün ödəyəcək, 1 ay içində ona borcunu bağlayacaqdır. Barəsində həbs qətimkan tədbiri ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsi onun sosial vəziyyətini daha da ağırlaşdıracaq, onun yenidən işsiz qalmasına və icra sənədi üzrə öhdəliklərini yerinə yetirmə imkanlarının tamamilə məhdudlaşmasına səbəb olacaqdır. X1 məhkəmə iclasında veridiyi ifadədən görünür ki, icra sənədi üzrə bir il olar ki, 2000 manat məbləğində ödəniş etmiş, bu günə qədər heç bir ödəniş etməmiş bu gün 3000 manat məbləğində ödəniş etmiş, növbəti gün 2000 manat, 1 həftə içində 5000 ödəniş edəcəyinə söz verir. Borcunun qalan hissəsini isə hər 1000-2000 manat olmaqla ödəyəcəyinə söz vermişdir. X8 borcunun tam şəkildə ödənilməsi üçün söz verdiyi ödənişləri etməsini tələb edir. X2 məhkəmə iclasında veridiyi ifadədən görünür ki, təqribən 7-8 ay əvvəl 500 manat ona ödəniş edilmişdir. Bu gün də 500 manat ödəniş edilməsi sözü verilmiş və bir ay içində ümumi borcun bağlanacağı deyilmişdir. O Şəxs veridiyi sözü tutmasıını tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 25 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-551\2024 nömrəli, xx.xx.2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4693/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhər 21 saylı Kontorunin 8i-8525 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2790/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 26 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu barəsində axtarış elan edilməsi haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Borclu barəsində axtarış elan edilməsi haqqında 29 aprel 2024-cüi il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədinin icra edilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Bakı Şəhəri 21 saylı Notariat Kontorunin 81-8525 nömrəli, xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-551/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4693/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə tərərfindən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliklərin mövcudluğunu, habelə bu öhdəliklərin icra edilməməsinin hüquqi nəticələrini tam şəkildə dərk etmişdir. Belə ki, o, icra məmuru tərəfindən dəfələrlə icra sənədinin tələbləri, ödənişlərin həyata keçirilməməsinin inzibati məsuliyyət yaratması və bu barədə xəbərdarlıq edilməsi barədə məlumatlandırılmışdır. Buna baxmayaraq, Şəxs icra sənədi üzrə öhdəliklərini müəyyən dövrdən etibarən icra etməmiş, ödənişləri sistemli və davamlı şəkildə yerinə yetirməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, Şəxs ödənişləri dayandırması obyektiv maneələrlə deyil, onun öz iradəsindən asılı olan səbəblərlə bağlı olmuşdur. Belə ki, o, maddi imkanlarının məhdudluğunu əsas gətirsə də, icra sənədi üzrə borcun qismən ödənilməsi üçün real imkanlar mövcud olduğu halda, ödənişləri davam etdirməmiş və alternativ icra mexanizmlərindən istifadə etməmişdir. Bu hal onun icra sənədinin icrasına münasibətdə laqeyd və məsuliyyətsiz davranışını göstərir. Bundan əlavə, Şəxs oğlunun izahatından da görünür ki, tələbkarların tələbi icra sənədinin icrasını dayandıran hüquqi əsas hesab edilmir və borclu şəxs icra sənədinin tələblərini yerinə yetirməkdən özbaşına imtina etmək hüququna malik deyil. Bu isə onun icra sənədinin icrasından bilə-bilə yayınmasını, yəni qəsdini təsdiq edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar