Məhkəmə qərarları › İş №3(5-101)-2257/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2257/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2257/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33758943 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ünvan 1 ünvanda saat 10:55:14-də xx.xx.2026-cı il tarixli, EQ 33758943 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, o, 8 aydan çoxdur ki, Bakı Şəhəri Nizami Rayonu ərazisində “8-ci km”bazarı kimi tanınan bazarın Topdan Satış” hissəsi kimi tanınan yerində kənd təsərrüfatı mallarının topdan satışı ilə məşğul olaraq ailəsini dolandırır. Demək olar ki, hər gün təxminən saat 06 - radələrində bazara gedir və saat təxminən 20 radələrinə kimi bazarda alverlə məşğul olur. O, bazara X5 məxsus, xx.xx.2025-ci il tarixli 7E-20465 nömrə ilə reyesterlə qeydə alınmış etibarnamə ilə idarə etdiyi “Toyota Land-Cruiser-Prado Minik”markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedir və avtomobilini alver etdiyi bazarın “Topdan Satış”hissəsinin qarşısında saxlayır. Ümumiyyətlə avtomobili olan alverlə məşğul olan şəxslərin hamısı mütəmadi olaraq, yəni hər gün avtomobillərini onun kimi öz alver etdikləri hissənin qarşısında saxlayırlar. Həmin yerdə dayanma- durmanın qadağan olunması barədə heç bir xəbərdarlıq nişanı yoxdur və həmçinin həmin yer piyada səkisi deyidir. Bildirdiyi kimi həmin hissə bazarın topdan satış hissəsi olduğuna görə daimi gecə və gündüz müxtəlif markalı avtomobillər həmin yerdə müxtəlif işlərin görülməsi ilə bağlı avtomobillərini saxlayırlar və indiyə kimi heç kimə inzibati xəta törətməsi barədə“Elektron Qərar”yazılmayıb və gəlməyib. Ümumiyyətlə həmin yerdə “Elektron Qərar”yazılması üçün kamera yoxdur. Bildirir ki, o, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. O, 08 fevral 2026-ci il tarixdə istifadə etdiyi telefona “mesaj”gəlməsinə görə bildi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə barəsində elektron qərar tərtib edilməklə 60 manat məbləğində cərimə cəzasına məruz qalmışdır. Onun təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində göstərilir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - inzibati tənbeh nəzərdə tutulur. Bildirdiyi kimi həmin yerdə heç bir səki yoxdur, o, həmin yerdə heç bir yol hərəkəti qaydasını pozmamış və barəsində tərtib edilmiş qərar əsassızdır. Məhkəmədən deyilənləri nəzərə almaqla EQ 33758943 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək məhkəmədən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, EQ 33758943 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 08 fevral 2026-cı il tarixdə saat 10:55-də X3 rayonu, ünvan 2 ünvanında idarə etdiyi – “Toyota Land-Cruiser-Prado” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İXM-nin 346.9 maddəsinin tələblərini pozaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına yol verdiyinə görə həmin maddə ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə –altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 8.1 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu məcəllədə nəzərdə tutulmuş qaydada əməli sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin səlahiyyətli orqanın(vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətçinin şikayətə əlavə etdiyi fotoşəkillərdə nəqıiyyat vasitəsinin dayandığı yerin səki olub-olmaması görünmür. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən bununla bağlı sübut təqdim edilməmişdir. Həmçinin nizamlanma vasitələrində başqa göstərişin nəzərdə tutulub-tutulmaması da məlum deyil. Belə ki, İXM-nin 342.9-cu maddəsindən belə məlum olur ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də qərar ləğv edilməli və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən yuxarıda göstərilən hallar üzrə şikayətçinin iştirakı təmin edilməklə tam, hərtərəfli, obyektiv araşdrıma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, onun barəsidə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33758943 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, Məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33758943 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar