Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2258/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, rəhbərlik etdiyi "xxxx" MMC uzun illərdir Azərbaycan Respublikasında tam qanuni, şəffaf və sosial məsuliyyətli sahibkarlıq fəaliyyəti göstərən, onlarla vətəndaşı rəsmi əmək müqaviləsi ilə işlə təmin edən, bütün vergi və sosial sığorta ödənişlərini vaxtmda və artıqlaması ilə ödəyən, dövlət büdcəsinə real və davamlı töhfə verən, əmək və vergi intizamı ilə seçilən nüfuzlu müəssisədir. Şirkət dövlət üçün problem deyil, əksinə dövlət büdcəsinin formalaşmasına töhfə verən vicdanlı vergi ödəyicisidir. Belə bir sahibkarlıq subyektinə qarşı sübuta əsaslanmayan inzibati cərimə tətbiq edilməsi hüquqi tədbir yox, açıq-aşkar inzibati təzyiq və cərimə yönümlü özbaşınalıqdır. Buna baxmayaraq, X7 Xidməti tərəfindən xx.xx.2026- cı il tarixli MN № ******* saylı qərar qəbul edilərək barəsində inzibati tənbeh tətbiq edilmiş, həmin qərar xx.xx.2026-cı il tarixdə ona göndərilmişdir. Qərarın məzmunu və qəbul edilmə qaydası göstərir ki, inzibati orqan əvvəlcədən müəyyən edilmiş cərimə qərarını formal şəkildə rəsmiləşdirmiş, qanunun tələb etdiyi araşdırmanı isə ümumiyyətlə aparmamışdır. Bu hüququn tətbiqi deyil, səlahiyyətdən sui-istifadədir. Bu səbəbdən hesab edir ki, xx.xx.2026cı il tarixli MN № ******* saylı qərar hüquqi baxımdan qüsurludur, sübutsuzdur, qanunun kobud şəkildə pozulması ilə qəbul edilmişdir və hüquqi qüvvədə saxlanılması mümkün deyil. Belə bir qərarın mövcudluğu hüququn ailiyinə deyil, inzibati özbaşnalığa xidmət edir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək tam ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 izahatında bildirmişdir ki, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilən şəxslər Məmməd adlı şəxsin öyrətdiyi şəxslərdir. Guya həmin şəxslər şirkətdə işləmişlər.Onlardan yalnız bir nəfəri avadanlıqla işləməsini yoxlamaq üçün sınaq müddəti ilə işləyib, o da avadanlığı yararsız hala saldığı üçün işə götürülməmişdir. Əslində şikayətçi Məmməd olub, amma Məmməd özü ortada yoxdur, qaçıb gedib. O, Məmməddən şikayət vermişdir. Hazırki məsələ ilə bağlı şirkətin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı tarixli qərarı ilə "xxxx" MMC AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərardan apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, barəsində tərib edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini Fuad Bağırovun xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 tərəfindən X9 və X3 2025-ci ilin avqust ayından oktyabr ayınadək əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində X8 tərəfindən X6 və X2 2025-ci ilin avqust ayından oktyabr ayının 15-dək əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. X4 hazırda mübahisələndirdiyi xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar da məhz həmin hal üzrə (yəni yuxarıda qeyd edilən şəxslərin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi) vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" MMC-nin direktoru X8 tərəfindən X6 və X2 2025-ci ilin avqust ayından oktyabr ayının 15-dək əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini taparaq inzibati məsuliyyətə cəlb olunduğundan və şikayətçinin bildirdiyinə əsasən həmin qərar Bakı Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanıldığından, şikayətçinin vəzifəli şəxs olaraq barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-2258/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2258/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver