Məhkəmə qərarları › İş №3(5-101)-2323/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2323/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-2323/2026 26.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru R X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ### 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, İnzibati bina ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, onun xidməti vəzifəsini yerinə yetirməsinə mane olmuş, ictimai asayişi pozan və ətrafdakı şəxslərin haqlı narazılığına səbəb olan nalayiq hərəkətlər etmiş, qeyri-etik ifadələr işlətmiş, bununla da xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru R X8 bildirmişdir ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarix saat 15:00 radələrində Maştağa qəsəbəsi, Rsalmanov 640 ünvanında Qaz işçilərinin işinə müdaxilə edərək onları ucadan söyüb təhqir edib, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları çağırış üzrə həmin ünvana gəlmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquq pozuntusu törətməsinə görə polis əməkdaşları tərəfindən saxlanılarkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qaçaraq gizlənmiş və yalnız uzun sürən axtarışdan sonra tapılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati protokolu müdafiə edir və şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməklə onun inzibati məsuliyyətə cəlb edilməsi xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki ## ###### 2026-cı il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında olarkən görmüşdür ki, Qaz idarəsi işçiləri qonşu qadının qaz xəttini kəsmək istəmişdirlər. O da onlara yaxınlaşaraq bildirmişdir ki, onun iki uşağını təkbaşına böyüdən qadın olduğunu bildirərək qazını kəsməmələrini xahiş etmişdir. Ancaq onlar onun sözünə məhəl qoymamışdırlar. O da artıq söz deməmiş, söyüş söyməmişdir. Lakin daha sonra qaz işçiləri polis əməkdaşlarını çağırmışdırlar. O polislərdən qaçmamışdır. Balaca qızı bağçada olduğundan onu götürmək üçün arxasınca getmiş, qızını evinə qoyduqdan sonra özü polis əməkdaşlarına yaxınlaşmış və onlarla polis bölməsinə getmişdir. Uşağını bağçadan götürməli olması ilə bağlı polis əməkdaşlarına məlumat verməmişdir. Yoldaşı bağçanın yerini bilmədiyindən həmişə uşağı bağçadan özü götürmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarix saat 15:00 radələrində Maştağa qəsəbəsi, Rsalmanov 640 ünvanında hüquq pozuntusu törətməsinə görə polis əməkdaşları tərəfindən saxlanılarkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarix saat 15:00 radələrində Maştağa qəsəbəsi, Rsalmanov 640 ünvanında Qaz işçilərinin işinə müdaxilə edərək onları uca səslə söyüb təhqir edib, ictimai qaydanı pozmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 izahatından görünür ki, X3 Alayının 8-ci Patrul bölüyünün polis nəfəri R vəzifəsində işləyir. ##.##.2026-cı il tarixdə, saat 15 radələrində ƏÇPA-nın polis nəfəri R Vasif Qasımov və Nurlan İsayevlə birgə Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində xidmət apararkən şahidi olmuşlar ki, bir nəfər kişi Maştağa qəsəbəsi Rövşən Salmanov küçəsində qanunsuz qaz xəttini ayırmaq istəyən Qaz idarəsi əməkdaşlarının fəaliyyətinə müdaxilə edərək münaqişə yaradır, onların üstünə gedərək ucadan nalayiq söyüşlər söyür. Onları görən kimi, Qaz idarəsi işçiləri də kömək istəmişlər. Elə həmin vaxtı 14-cü PŞ-nin əməkdaşları da məlumat əsasında hadisə yerinə gəlmişdirlər. Polis əməkdaşları hadisəni yerində araşdırıb Faiq adlı şəxsin Qaz işçilərinə qarşı qanunsuz müdaxilə edərək və söyüş söyərək ictimai qaydanı pozmasını müəyyən edərək və onlara həmin şəxsi 14-cü PŞ-nə aparmaları deyilmişdir. Onlar Faiq adlı şəxsi nizam-intizama dəvət edərək 14-cü PŞ-nə getməli olduğu deyəndə o, səsini daha da ucaldıb Qaz işçilərini söyərək qəsdən onların qanuni tələblərinə tabe olmaqdan yayınaraq qaçaraq evlərin arasına girib gizlənmişdir. Onlar onu bir xeyli axtarsalar da tapa bilməmişlər. Nəhayət çox çətinliklə Faiq adlı şəxsi ərazidə tapıb 14-cü PŞ-nə gətirilməsini təmin edə bilmiş və onun qanunsuz hərəkətləri barədə Şöbə rəisinə paportla məruzə etmişdirlər. Digər hal şaidləri də eyni məzmunlu ifadələr vermişdirlər. X1 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Maştağa qəsəbəsi ərazisində xidmət apararkən bir nəfər vətəndaşın qeyri-qanuni kənar qaz xətti aşkar edilmişdir. Bununla əlaqədar olaraq əraziyə Qaz idarəsinin əməkdaşları cəlb olunmuş və qeyri-qanuni qaz xəttinin ana xətdən ayrılması nəzərdə tutulmuşdur. Daha sonra vətəndaşı dəvət edərək ona qazdan qeyri-qanuni istifadə etməsi barədə xəbərdarlıq edilməsi planlaşdırılmışdır. Həmin vaxt qonşuluqda yaşayan orta yaşlı bir kişi əməkdaşlara yaxınlaşaraq qeyri-qanuni xəttin kəsilməsinə etiraz etmiş, aqressiv davranaraq qanuni fəaliyyətə müdaxilə etmiş və işin görülməsinə imkan verməmişdir. Onu ərazidən uzaqlaşdırmaq cəhdi zamanı həmin şəxs əməkdaşların ünvanına nalayiq ifadələr işlətmiş, “bu qaz xalqın sərvətidir, Ermənistana pulsuz verirsiniz, xalqın öz sərvətini əlindən alırsınız” kimi əsassız fikirlər səsləndirmiş və aqressiv şəkildə onların üzərinə hücum etməyə cəhd göstərmişdir Əməkdaşlar tərəfindən polis çağırılacağı bildirildikdə isə həmin şəxs “polis mənə heç nə edə bilməz” deyərək özünü üstün göstərməyə çalışmış, həmçinin qeyri-qanuni qaz xəttinin kəsiləcəyi təqdirdə onu yenidən bərpa edəcəyini bildirmişdir. X4 X1 ilə eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA seriyalı, ****** nömrəli, ## ###### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 510.1-ci maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, toplanmış sübutlar və iş üzrə müəyyən edilmiş faktiki hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsini təsdiq edir və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən peşman olmasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalında azad edilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar