Məhkəmə qərarları › İş №3(5-101)-2327/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2327/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2327/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X35 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyevin iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ailəvi yataqxana ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 26 fevral 2026-cı il tarixli MN seriyalı 2241294, MN seriyalı 2241299, MN seriyalı 2241296, MN seriyalı 2241298, MN seriyalı 2241295, MN seriyalı 2241297, MN seriyalı ******* nömrəli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokollardan görünür ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə Sea Breeze ərazisində X2 düzəltmək adı ilə aldadaraq ondan 118 manat pul almış, 28 oktyabr 2025-ci il tarixdə X5 işə düzəltmək üçün 160 manat pul almış, 28 oktyabr 2025-ci il tarixdə Sea Breeze ərazisində X25 aldadaraq ondan 170 manat almış, 07 noyabr 2025-ci il tarixdə X14 Sea Breeze ərazisində sürücü kimi işə düzəltmək üçün ondan 118 manat pul alaraq aldatmış, 07 noyabr 2025-ci il tarixdə X3 düzəltmək adı ilə 150 manat pulunu alaraq aldatmış, 07 noyabr 2025-ci il tarixdə vətəndaş X1 olaraq işə düzəltmək üçün 100 manat pul almış, 17 noyabr 2025-ci il tarixdə X34 müraciət edərək Gündüz adlı şəxs tərəfindən işə düzəltmək adı ilə ondan 168 manat pul alınaraq aldadıldığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 28 oktyabr 2025-ci il tarixdə Sea Breeze ərazisində X2 düzəltmək adı ilə aldadaraq ondan 118 manat pul almış, 28 oktyabr 2025-ci il tarixdə X5 işə düzəltmək üçün 160 manat pul almış, 28 oktyabr 2025-ci il tarixdə Sea Breeze ərazisində X25 aldadaraq ondan 170 manat almış, 07 noyabr 2025-ci il tarixdə X14 Sea Breeze ərazisində sürücü kimi işə düzəltmək üçün ondan 118 manat pul alaraq aldatmış, 07 noyabr 2025-ci il tarixdə X3 düzəltmək adı ilə 150 manat pulunu alaraq aldatmış, 07 noyabr 2025-ci il tarixdə vətəndaş X1 olaraq işə düzəltmək üçün 100 manat pul almış, 17 noyabr 2025-ci il tarixdə X34 müraciət edərək onun tərəfindən işə düzəltmək adı ilə ondan 168 manat pul alınaraq aldadıldığını bildirmişdir. Ona Nəcməddin adlı şəxs bu işi görməyi bildirmiş, həmin şəxslərdən aldığı pullardan hərəsindən 100 manat olmaqla Nəcməddinə göndərmiş, qalan məbləğlər ona qalmışdır. Bu barədə Yasamal rayon polis idarəsinə Nəcməddindən şikayət etmiş, ona pulu köçürməsini təsdiq edən qəbzləri də şikayətinə əlavə etmşdir. Əməlindən peşman olduğunu, işləyərək özü həmin şəxslərin ziyanını ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışdığı təqdirdə iş üzrə icraata xitam verilə biləcəyinin ona aydın olduğunu, hazırda maddi imkanının olmaması səbəbindən ziyanı ödəyə bilməyəcəyini göstərmişdir.Həmin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmiş məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu RPİ 42-ci PB-nin məsul növbətçi polis mayoru Natiq Hümbətov tərəfindən tərtib edilmiş 21 noyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:41-də 102 xidmətindən daxil olmuş ********** saylı məlumatda bildirilir ki, X19 zəng edərək Nardaran qəsəbəsi Ləhiş bağları 23-cü dalanda Gündüz adlı (***-***-**- **) şəxs onu işə düzəldəcəyini vəd edərək 118 manat pulu hesabına ödətdirərək vədinə əməl etməməsi vətəndaş hal-hazırda həmin şəxsi ünvanda olduğunu qeyd etdi. Vətəndaş həmin şəxsi bir neçə şəxsə qarşı dələduzluq etdiyini bildirmişdir; Bakı şəhəri Sabunçu RPİ 42-ci PB-nin məsul növbətçi polis mayoru Natiq Hümbətov tərəfindən tərtib edilmiş 21 noyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:35-də 102 xidmətindən daxil olmuş ********** saylı məlumatda bildirilir ki, X8 zəng edərək Nardaran qəsəbəsi Ləhiş bağları 23-cü dalanda Gündüz adlı (***-***-**-**) şəxs onu işə düzəldəcəyini vəd edərək 160 manat pulu hesablama ödətdirərək vədinə əməl etməməmişdir. Vətəndaş hal-hazırda həmin şəxsi ünvanda olduğunu qeyd etdi. Vətəndaş həmin şəxsi bir neçə şəxsə qarşı dələduzluq etdiyini bildirmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Mikayılov tərəfindən tərtib edilmiş 15 dekabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X34 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə Şəxs adlı şəxsin kart hesabına 168 manat pul göndərib aldanılması barədə müraciəti Sabunçu RPİ-nin 12-ci PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”-nda qeydə alınaraq araşdırma aparılması üçün PŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Məmmədovun icraatına daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vətəndaş X28 15-ci PŞ-yə ərizə ilə müraciət edərək 09.11,2025-ci il tarixdə saat 21:45-də avtoyuma işçisi olaraq tanıdığı Gündüz adlı şəxsin ona söz verdiyi “Paşa MMC” şirkətində sürücü kimi işə düzəldəcəyi adı ilə 168 manat pulunu alaraq vədinə əməl etməyib pulunu mənimsəmədiyini bildirmişdir. Təhqiqat araşdırması müddətində izahatı alınmış vətədaş X28 izahat verərək yaşadığını, xx.xx.2025-ci il tarixdə dostu X18 ona tanış etdiyi Gündüz adlı şəxsin iş təklifi haqqında məlumatlanmış, Gündüzlə görüşüb iş barədə danışmış, müəyyən sənədlər üçün 168 manat məbləğində pul vəsaitinin lazım olduğunu qeyd etdiyi üçün “Rahat” marketdən “mpay” ödəmə terminalı vasitəsilə Gündüzün adına olan 4098-5844-9789-1547 nömrəli “Leobank” yartına 168 manat pul göndərmiş, lakin sonuncu vədinə əməl etməyərək onun həmin məbləğdə pulunu mənimsədiyi bildirmişdir. Daxil olmuş müraciətlə bağlı 15-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Məmmədov tərəfindən hadisə yerinin Sabunçu rayonu, Sabunçu rayonu, Ləhic Bağları, Pirşağı-Bilgəh yolunda olduğu, yəni, Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati ərazisi olduğu müəyyən olunaraq müəyyən edilmiş və ərazi aidiyyəti üzrə göndərilərək araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, F.İsgəndərovun icraatına daxil olmuşdur. Lakin Sabunçu RPİ-nin 14-ci PŞ-də təkrar araşdırma aparılmış hadisənin Sabunçu rayonu, Ləhic Bağları, Pirşağı-Bilgəh yolunda yerləşən “Rahat” market olduğu müəyyən edilərək yenidən ərazi aidiyyəti üzrə göndərilmiş və material xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PŞ-yə daxil olmuş və PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”-nda 577 sayda qeydə alınaraq araşdırmanın davam etdirilməsi üçün icraatıma daxil olmuşdur. Toplanmış material üzrə AR.CPM-nin 39.1.2-ci mədəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən naməlum şəxsin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkibi yaranmışdır; Bakı şəhəri Sabunçu RPl-nin 42-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elçin Hümbətov tərəfindən tərtib edilmiş 05 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X9 və X10 DlN-nin 102 «Xidməti-Zəng» mərkəzi sistemindən xx.xx.2025ci il tarixdə Şəxs Sea Breeze istirçahət mərkəzində sürücü kimi düzəlməsi ücün pul verməsi lakin sonradan aldadılmasına dair HK-1/556 və HK-1/557 sayda qeydiyyata alınmış şikayət ərizəsinə 42-ci PŞ-də baxılmışdır. Aparılmış təhqiqatla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində X6 160 (yüz altmış), X15 118 (yüz on səkkiz) manat, X16 100 (yüz), X26 170 (yüz yetmiş), X20 118 (yüz on səkkiz), X39 oğluna 150 (yüz əlli) manat dəyərində maddi ziyan, dəydiyini bildirmişdir. Bu xüsusat üzrə hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən müvafiq foto şəkfr çəkitərək materrafa eiavə edilmişdir. Bundan əlavə hadisəni törətmiş Şəxs müəyyən edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Lakin prosessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərzində nəticə əldə edilməmişdir. Toplanmış materiaİ üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, hadisəni törədən naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yaranmışdır; Bakı şəhəri Sabunçu RPl-nin 42-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X27 tərəfindən tərtib edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X9 və X10 DİN-nin 102 “Xidməti-zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsində ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvala edilmişdir; X4 21 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, 28 oktyabr 2025-ci il tarixdə Gündüz adlı şəxslə işə düzəlməyi ilə bağlı tanış olmuşdur. X43 ərazisində Pikap avtomobil sürməyi təklif etmişdir. İşə düzəlmək üçün ondan ümumi 160 manat pul almışdır. Gündüz adlı şəxs ona qarşı dələduzluq edərək pulunu geri qaytarmamışdır; X11 21 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, 28 oktyabr 2025-ci il tarixdə Gündüz adlı şəxslə işə düzəlməyi ilə bağlı tanış olmuşdur. X43 ərazisində Pikap avtomobil sürməyi təklif etmişdir. İşə düzəlmək üçün ondan ümumi 118 manat pul almışdır. Gündüz adlı şəxs ona qarşı dələduzluq edərək pulunu geri qaytarmamışdır; X21 21 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, 28 oktyabr 2025-ci il tarixdə Gündüz adlı şəxslə işə düzəlməyi ilə bağlı tanış olmuşdur. X43 ərazisində servis avtomobili sürməyi təklif etmişdir. İşə düzəlmək üçün ondan ümumi 170 manat pul almışdır. Gündüz adlı şəxs ona qarşı dələduzluq edərək pulunu geri qaytarmamışdır; X22 21 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, 07 noyabr 2025-ci il tarixdə Gündüz adlı şəxslə işə düzəlməyi ilə bağlı tanış olmuşdur. X43 ərazisində Pikap avtomobil sürməyi təklif etmişdir. İşə düzəlmək üçün ondan ümumi 150 manat pul almışdır. Gündüz adlı şəxs ona qarşı dələduzluq edərək pulunu geri qaytarmamışdır; X12 21 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, 07 noyabr 2025-ci il tarixdə Gündüz adlı şəxslə işə düzəlməyi ilə bağlı tanış olmuşdur. X43 ərazisində Pikap avtomobil sürməyi təklif etmişdir. İşə düzəlmək üçün ondan ümumi 100 manat pul almışdır. Gündüz adlı şəxs ona qarşı dələduzluq edərək pulunu geri qaytarmamışdır; X10 21 noyabr 2025-ci il tarixli ərizədən görünür ki, 07 noyabr 2025-ci il tarixdə Gündüz adlı şəxslə işə düzəlməyi ilə bağlı tanış olmuşdur. X43 ərazisində Pikap avtomobil sürməyi təklif etmişdir. İşə düzəlmək üçün ondan ümumi 118 manat pul almışdır. Gündüz adlı şəxs ona qarşı dələduzluq edərək pulunu geri qaytarmamışdır; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə Sea Breeze ərazisində X2 düzəltmək adı ilə aldadaraq ondan 118 manat pul almışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə X5 işə düzəltmək üçün 160 manat pul almışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə Sea Breeze ərazisində X25 aldadaraq ondan 170 manat almışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 noyabr 2025-ci il tarixdə X14 Sea Breeze ərazisində sürücü kimi işə düzəltmək üçün ondan 118 manat pul alaraq aldatmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 noyabr 2025-ci il tarixdə X3 düzəltmək adı ilə 150 manat pulunu alaraq aldatmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 noyabr 2025-ci il tarixdə vətəndaş X1 olaraq işə düzəltmək üçün 100 manat pul almışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Tamerlan Baxşalıyev tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, 17 noyabr 2025-ci il tarixdə X34 müraciət edərək Gündüz adlı şəxs tərəfindən işə düzəltmək adı ilə ondan 168 manat pul alınaraq aldadıldığını bildirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İnzibati qaydada tutma haqqında 24 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 24 fevral 2026-cı il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında iş üzə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.1-ci maddəsinə əsasən itimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 154.3.2-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbeh növü tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 180 (yüz səksən) saat ictimai işlər tənbeh tədbiri tətbiq edilsin. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar