Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2331/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran rayonu, Kənarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə “Sultan Paşa” restoranının içində olarkən X2 təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X7 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə “Sultan Paşa” restoranın içində olarkən X2 təhqir etmiş, bundan sonra onlar aralarında sözlü mübahisələr davam etmişdir. Onlar hər ikisi də xx.xx.2026-cı il tarixdə PŞ-nə dəvət edilmiş, polis şöbəsində olarkən bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətmişdir. PŞ-də otaqda olarkən Şəxs X3 qarşı telefon atmışdır. Hər iki şəxs barəsində protokol tərtib edilmiş, X6 İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat inzibati cərimə tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə “Sultan paşa” restoranın içində olarkən oturub yemək yemək istəmişdir. Həmin vaxt X6 da restoranda olub tanımadığı kişi ilə yemək yemişdir. O aralı masada əyləşmiş, lakin birinci Nigar Həsənova onu təhqir etməyə başlamış, o həmin zaman Nigarı təhqir etməmişdir. Nigar onu təhqir etdiyi üçün onun barəsində PŞ-nə şikayət etmişdir. Nigar onu tanıdığı adamlara onu əxlaqsız kimi tanıtmışdır. Nigarın onun barəsində dediyi sözlər şəh böhtan xarakterlidir. xx.xx.2026-cı il tarixdə PŞ-də olarkən də birinci Nigar onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onu və valideynlərini təhqir etmişdir ki, onu tutduracaqdır. Ona verilmiş sualara cavabında göstərmişdir ki, birinci Nigar onu təhqir etmiş, o da qarşılıqlı surətdə ona qarşı işlədilən nalayiq ifadələri Nigarın özünə qarşı bildirmişdir. PŞdə telefon atmamış, sadəcə telefon onun əlindən düşmüşdür. Onu kimləsə gəzməsini tanıdığı adamlara bildirir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, Şəxs ona demişdir ki, guya kiməsə qız çıxardır. Onu tanışları ilə Ə.Nəzərliyə qız çıxarmasını, şəxsiyyətini xarakterizə edən ifadələr işlətmişdir. PŞ-də olarkən ona qarşı telefon atmış, lakin telefon ona dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Sultan paşa restoranın içində olarkən X2 təhqir etmiş, nəlayiq ifadələr işlətmişdir. Şəxs izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə 15-ci PŞ-də olarkən Nigar onun ünvanına nalayiq ifadələr işlətmişdir. X6 izahatından görünür ki, Nuranə onun Əli adlı oğlanla münasibəti ilə bağlı onu təhqir etmiş, onu yiyəsiz, “***ıq” demiş, o da özünü saxlaya bilməyib, həmin sözləri Nuranəyə qarşı işlətmişdir. Bunu təsdiq edən səs yazıları mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510.1-ci madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 11 və 26 fevral 2024-cü il tarixdə Nigar Həsənovanın təhqir etmiş, onun ünvanına nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da, Məlikova X5 Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məlikova X5 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100(bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-2331/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2331/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver