Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-101)-2366/2026 27.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## ###### 1973-cü il tarixdə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, * saylı Sovxoz Massivi, Səttar Cəfərov küçəsi, ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, avqust 2024-cü il tarixli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment X2 ödənilməlidir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, avqust 2024-cü il tarixli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment X2 ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlədiyi müddətdə borcu aylıq qazancından ödəmişdir. İşdən çıxdıqdan sonra heç bir ödəniş edilməmişdir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunun məbləği 2863 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. İcra məmuru verilmiş suala cavab olaraq tələbkarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqların özlərinə pul xərcləməsini inkar etmədiyini, lakin həmin vəsaitin onun özünə verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, avqust 2024-cü il tarixli icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment X2 ödənilməlidir. İcra sənədi barədə məlumatı olmuşdur. İcra sənədi üzrə tələbi işlədiyi müddətdə mütəmadi olaraq icra etmişdir, hətta sonuncu ödəniş də işdən çıxarkən ödənilmiş son haqq-hesabdan tutulmuşdur. Lakin hazırda işsiz olduğuna görə davamlı ödəniş edə bilmir. Buna baxmayaraq, imkanı çatan qədər ödənişlər edir, 16 yaşlı qızına və 9-cu sinifdə oxuyan oğluna davamlı olaraq xərcliklər verir. 2025-ci ilin avqust ayınadək əmək haqqından aliment borcu hər ay tutulmuşdur. Avqust ayından indiyədək 560 manat ödəniş etmiş, əlavə olaraq təxminən 600 manat uşaqların xərclərini qarşılamışdır. İşdən çıxdıqdan sonra anasının yanına Ordubad rayonuna getmiş, ordan yas mərasimi üçün, Rusiyaya getmək istədikdə tutularaq bura gətirilmişdir. 300 manat borc tapmışdır və bugün həmin məbləği tələbkara ödəyəcəkdir. Aliment borcunu ödəməkdən boyun qaçıırmır. İnzitabi xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**** saylı ##.##.2024-cü il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 470 manat sabit pul məbləğində aliment X4 ödənilməlidir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X4 ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə nigahlarından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X3 iddiaçı X4 himayəsində saxlanılmışdır. Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2024-cü il tarixdən etibarən iddiaçı X4 ilə birgə nigahlarından olan ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 ödənilməsi nəzərdə tutulmuşdur. Mediatora ödənilmiş 50 (əlli) manat məbləğində rüsum və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işlədiyi müddətdə hər ay mütəmadi olaraq alimenti ödəməsi, bir müddət işləməməsi səbəbindən ardıcıl olaraq alimenti ödəyə bilməməsi, buna baxmayaraq, maddi imkanı olduqca ödənişləri davam etməsi öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir müddət işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği ardıcıl hər ay ödəyə bilməmiş, lakin buna baxmayaraq maddi imkanı olduqca əvvəlki qaydada aylıq aliment məbləğini ödəyərək edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs əvvəllər işləyərək ödənişlər etdiyini, bir neçə aydır ki, işsiz olduğundan bəzi aylar ödəniş edə bilmədiyini, icra sənədinin icrasından yayınmadığını bildirmiş, onun neçə aydır ki, işsiz olması icra məmuru tərəfindən də təsdiq edilmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işsiz olması, bu səbəbdən işləməməsi, qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-2366/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2366/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver