Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2420/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025-ci il tarixli, EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 12 noyabr 2025-ci il tarixli, EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X10 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ31944465 nömrəli qərarla AR İXM-nin 469.3-ci maddəsi ilə 50 manat məbləğində “DAEWOO BS090 AVTOBUS markalı 10TG288 dövlət nömrə nişanlı avtobusla bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. O, inzibati xəta törətməmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tələblərini pozmamışdır. O, inzibati xəta haqqında qərarla razı olmamağını bildirmişdir. İdarə etdiyi “DAEWOO BS090 AVTOBUS markalı 10TG288 dövlət nömrə nişanlı avtomobillə bağlı X10 İdarəsinin xx.xx.2026-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarla onun barəsində inzibati tənbeh tədbiq edilməsinə heç bir əsas olmamışdır. Hesab edir ki, Bakı şəhəri X10 İdarəsi tərəfindən xx.xx.2025- ci il tarixli “DAEWOO BS090 AVTOBUS markalı 10TG288 dövlət nömrə nişanlı avtobusla bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. «İnsan hüquqları haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi nəzərdə tutur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən işinin məhkəmə vasitəsilə ədalətli araşdırılması hüququna malikdir. Məhkəmədən Bakı şəhəri X10 İdarəsi tərəfindən “DAEWOO BS090 AVTOBUS markalı 10TG288 dövlət nömrə nişanlı avtomobillə bağlı xx.xx.2025-ci il tarixli EQ31944465 nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında göstərmişdir ki, son iki ildir ki, Baku Bus idarə edir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən avtobusu o idarə etməmişdir. Qeyd edilən xəta onun tərəfindən törədilməmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş qərar heç bir sübuta istinad edilmədən tərtib edilmişdir. Avtomobilin kim tərəfindən idarə edilməsi barədə məlumatı yoxdur. Odur ki, yuxarıda qeyd edilənləri əsas gətirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025ci il tarixli, EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin 12 noyabr 2025-ci il tarixli EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında görünür ki, X5 20 oktyabr 2025-ci il tarixdə saat 06:13-də Binəqədi-Novxanı yolu Dalğa ticarət mərkəzinin yanı Binəqədi istiqaməti ünvanında “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkildə “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmadan idarə etmə müəyyən edilmişdir; Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025-ci il tarixli EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 12 noyabr 2025-ci il tarixli, EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X5 50 manat məbləğində cərimə edilmişdir. X5 bildirir ki, son iki ildir ki, Baku Bus idarə edir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilən avtobusu o idarə etməmişdir. Qeyd edilən xəta onun tərəfindən törədilməmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən tərtib edilmiş qərar heç bir sübuta istinad edilmədən tərtib edilmişdir. Avtomobilin kim tərəfindən idarə edilməsi barədə məlumatı yoxdur. Odur ki, yuxarıda qeyd edilənləri əsas gətirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025ci il tarixli, EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş fotoşəkilə baxış keçirdirdikdə “DAEWOO BS090 AVTOBUS minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmadan idarə etmə müəyyən edilsə də, həmin fotoşəkildən nəqliyyat vasitəsinin X5 tərəfindən idarə edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025-ci il tarixli EQ seriyalı 31944465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın əsaslı və qanuni olmasında şübhə doğurur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025ci il tarixli EQ seriyalı 31944465 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 noyabr 2025-ci il tarixli EQ seriyalı 31944465 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(5-101)-2420/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2420/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver