Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2428/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 124700 ABŞ dolları və 2000 manat pulun X3 ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 124700 ABŞ dolları və 2000 manat pul X2 xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi 2018-ci ildə icraata daxil olmuşdur. Borcluya məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Avtomobil və ev açıq hərracdan satılmışdır. Borclunun başqa icra işləri olduğu üçün ardıcıllığa uyğun olaraq digər tələblərə vəsaitin yönəldilməsi təmin edildikdən sonra hazırki iş üzrə müəyyən məbləğdə vəsaitin ödənilməsi təmin edilmişdir. Bundan başqa borclunun başqa bir əmlakı da 5 milyona qiymətləndirilmişdir. İki dəfə hərrac keçirilmiş, lakin baha qiyməta olduğu üçün hərracdan satışın həyata keçirilməsi mümkün olmamışdır. Bundan sonra həmin əmlak tələbkara təklif olunmuş, lakin tələbkar qəbul etməkdən imtina etmişdir. Həmçinin borclu hər ay hissəhissə ödənişlər həyata keçirmişdir. Bu günə olan borc 185.000 manat təşkil edir. 28.050 manat ödəniş həyata keçirilmişdir. Tələbkar borcunun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qərarının icrasından boyun qaçırmır. Onun mülkiyyətində olan yaşayış kompleksi açıq hərracdan satışa çıxarılsa da satılması mümkün olmamışdır. Onun təşkil olunan hərraca müdaxilə etmək kimi bir imkanı yoxdur. Həmin əmlak tələbkara təklif olunmuş, lakin o, qəbul etməmişdir. Bundan sonra o, tələbkara hissə-hissə olmaqla 1000, 2000, 2500, 8000 ödəniş etmişdir. Fevral ayında 5000 manata yaxın pul ödəmişdir. Lakin hməhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği birdəfəlik ödəmək iqtidarında deyil. Tələbkara yeni tikilib başa çatmış, istifadəyə yararlı binadan ev təklif etmişdir. Lakin tələbkar onu da qəbul etmir. Bundan başqa hələ 2019-cu ildə tələbkara 50.000 ABŞ dolları pul təklif etmiş, lakin sonuncu qəbul etməmiş, pulun tam verilməsini tələb etmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, borclunun təklif etdiyi yeni tikilmiş binadan ev qəbul etməməsinin səbəbi həmin mənzilin çıxarışının olmamasıdır. Ona olan borc dəyərində rəsmi sənədi olan ev versə qəbul edər. Hərraca çıxarılan obyekt isə 5 milyon dəyərində qiymətləndirilmişdir. Həmin əmlakın qiymətləndirilməsi onun vəsaiti hesabına həyata keçirilmişdir. Həmin dəyərdə əmlakı o, qəbul edə bilməz. Onun bir hissəsini ayırıb rəsmi qaydada onun adına sənədləşdirsə qəbul edər. Evin açıq hərracda satılmasından onun borcu üzrə ödəniş həyata keçirilmişdir. Borclu hissə-hissə ödənişlər etmişdir. Lakin borc məbləğinin çox olması nəzərə alınaraq pulun qalan hissəsinin hissəhissə ödənilməsinə də razı deyil. Ona görə də borc məbləğinin tam ödənilməsini, yaxud borclu barəsində qanuni tədbir görülməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 nömrəli, xx.xx.2018-ci tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 124700 ABŞ dolları məbləğində borcun, mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutulub iddiaçı X3 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 nömrəli, xx.xx.2018-ci tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, borclu Şəxs adına ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin və Bakı şəhəri Nərimanov rayonu, X7 küçəsi 50 C nömrəli evin bir hissəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 22 may 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 5 400 000 manat təşkil edir. Sabunçu Rayon İcra şöbəsi tərəfindən tələbkara ünvanlanmış xx.xx.2022-ci il tarixli, 25 iyul 2022-ci il tarixli məktublardan görünür ki, Şəxs tərəfindən Sabunçu İcra şöbəsinin depozit hesabına 1500 manat və 2000 manat məbləğində ödəniş olunmuşdur. Təkrar hərracın baş tutmaması barədə 23 mart 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin təkrar hərracı iştirakçı olmadığından baş tutmamışdır. Ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2026-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 8000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2026-cı il tarixdə 1000 manat, xx.xx.2026-cı il tarixdə 2000 manat aliment üzrə ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və tərəflərin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, ödəniş qəbzləri ilə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə tələbin təmin edilməsi üçün borcluya məxsus əmlaklar üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş evin açıq hərracdan satılması nəticəsində tələbkara olan borc üzrə müəyyən məbləğdə ödəniş həyata keçirilmişdir. Üzərinə həbs qoyulmuş digər əmlakın isə hərracdan satışının həyata keçirilməsi baş tutmamışdır. Əmlakın hərracdan satışının baş tutmamasında borclunun təqsirinin olması və bununla da məhkəmə qərarının icrasına maneçilik törətməsi müəyyən olunmamışdır. Həmçinin təqdim edilmiş qəbzlərdən görünür ki, borclu müxtəlif vaxtlarda kifayət qədər yüksək məbləğlərdə ödəniş həyata keçirmişdir. Bundan başqa borclunun bank hesablarında pul vəsaitinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində tədbir görülməmişdir. Hərracın baş tutmaması yenidən hərrac keçirilməsi ilə bağlı tədbirlər görülməsinə maneə deyil. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında qeyd edilən “üzrsüz səbəbdən icra etməmə” həmin inzibati xətanın birbaşa qəsdlə törədilməsi qənaətinə gəlməyə əsas verir. İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu birbaşa qəsdlə törədilən inzibati xətadır. Yəni şəxsin qəsdi hüquqazidd hərəkət törətməyə yönəlmiş olmalıdır. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin belə bir qəsdinin mövcudluğu yuxarıda göstərilənlərə əsasən müəyyən olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-2428/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2428/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver