Məhkəmə qərarları › İş №3(5-101)-2486/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2486/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2486/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə vətəndaş X6 məxsus mağazadan tütün məmulatlarını gizli yolla olaraq talamışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2025-ci tarixdə vətəndaş X1 məxsus velosipedi gizli olaraq talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru X5 hər iki inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında bildirmişdir ki, X1 məxsus velosipedi oğurlamış, daha sonra geri qaytarmışdır. Digər oğurluq hadisəsini, yəni X4 mağazasında tütün məmulatlarını oğurlamadığını, həmin vaxt inzibati qaydada həbsdə olduğunu bildirmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 3(008)-6526/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin 06 dekabr 2025-ci il tarixdən saat 19:00-dan hesablanması, həbsetmə ilə bağlı qərarın icrasının Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünr ki, vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməli törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati təsir tədbirləri görüməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, qərarn təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materila üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 məxsus 450 manat dəyərində olan velosipedi oğurlamış naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sabunçu RPİ-nin 12-ci PŞ-nin aidiyyatı əməkdaşına həvalə edilıməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” 01 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 01 mart 2026-cı il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, vətəndaş X2 izahatında bildirmişdir ki, ona dəymiş ziyan velosiped geri qaytarılmışdır. Barəsində inzibati xəta törədən Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır. İcraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə xx.xx.2025-ci tarixdə vətəndaş X1 məxsus velosipedin Şəxs tərəfindən gizli olaraq talanması ilə bağlı tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair aşağıdakıları bildirir: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə xx.xx.2025-ci tarixdə vətəndaş X6 məxsus mağazadan tütün məmulatlarının Şəxs tərəfindən gizli olaraq talanması ilə bağlı tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair aşağıdakıları bildirir: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2025-ci tarixdə vətəndaş X6 məxsus mağazadan tütün məmulatlarının Şəxs tərəfindən gizli olaraq talanması göstərilsə də, bu mümkünsüzdür. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli qərarına əsasən Şəxs həmin müddətdə inzibati həbsdə olmuş və onun başqa bir xəta törətməsi qeyri-mümkündür. Buna baxmayaraq iş materiallarına əlavə edilmiş bu əməlin törədilməsini etiraf etmiş kimi Şəxs tərəfindən verilmiş izahat əlavə edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, qeyd olunan sübutlar şəxsin hüquqları pozularaq alınmış və iş materiallarına əlavə edilmişdir. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun əsaslılığı şübhə altına alınır və bu şübhələr Şəxs xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 48- 51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar