Məhkəmə qərarları › İş №3(5-101)-2543/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2543/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2543/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7, barəsində inzibati protokol tərtib edilmiş şəxs (Beybutov) Rəşad Rüstəm oğlunun, zərərçəkmiş X3 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan-(Beybutov) Rəşad Rüstəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs (Rəşad Rüstəm oğlu) Bakı şəhər Xətai Məhkəməsinin 2(011)-7685/2017 saylı, 30 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 13 423 manat aliment borcunun ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X15 tərəfindən MN № ******* saylı, 03 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X15 izahatında göstərmişdir ki, Şəxs(Rəşad Rüstəm oğlu) Bakı şəhər Xətai Məhkəməsinin 2(011)-7685/2017 saylı, 30 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 13 423 manat aliment borcun zərərçəkmiş X3 xeyrinə ödənilməsindən yayınır. Şəxs(Rəşad Rüstəm oğlu) icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Rəşad Rüstəm oğlu özünü həmin şəxs olmadığını qeyd etsə də, tələbkar da bilir ki, o X16 deyil, sadəcə olaraq aliment borcunu ödəməkdən yayınmaq üçün bunu etmişdir. Şəxs bu günə kimi bir manat da olsun ödəniş etməmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, sistem üzərindən də yoxlanılanda görünür ki, X16 adlı şəxs mövcud deyildir. Şəxs 2019-cu ildən axtarışda olmuş, bir dəfə 2021-ci il tarixdə tutularaq icra şöbəsinə gətirilmiş, lakin peyvənd olunmadığı üçün icra sənədi geri qaytarılmışdır. Şəxsən həmin vaxt protokolu o tərtib etmiş, eyni şəxsdir. Danışığından tutmuş, üz quruluşuna, gözlərinə kimi eyni şəxsdir. Şəxs əvvəldə görüdüyü üçün tanıyır eyni şəxsdir. Özünü həmin şəxs olmamasını bildirməsi, onun aliment borcunu ödəməkdən yayınması ilə bağlıdır. Şəxs şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmədiyindən, sistemdə köhnə şəxsiyyət vəsiqəsi qalmışdır. Şəxs uzun müddət axtarışda olduğu üçün barəsində DİN dəfələrlə müraciət edilmiş və üz tanıma vasitəsi ilə aşkar edilərək gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs(Rəşad Rüstəm oğlu) izahatında göstərmişdir ki, o Şəxs deyil, X12r. X8 tanımır. Onun övladı yoxdur ki, aliment də ödəsin. Ona verilmiş suallara cavabında qeyd etmişdir ki, o, X12r. Şəxsiyyət vəsiqəsi üzərində yoxdur. Sistem üzrə X9 çıxmaması onunla bağlı ola bilər ki, o şəxsiyyət vəsiqəsini Naxçıvan MR, Culfa rayonunundan almışdır. O Culfa rayonu, Yaycı kəndindəndir. X6, anası X4r. Sistem üzərində ata və anasının çıxmamasının səbəbini bilmir. X14 yalan deyir, onu tanımır. İki ildir ki, Bakıya gəldiyi üçün Naxçıvan ləhcəsi ilə danışmağı unutmuşdur. Şəkildə üzündə xal olduğu görünmür, lakin onun dodağının üstündə xal vardır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X14 izahatında göstərmişdir ki, qarşısında dayanmış şəxs Şəxs(Rəşad Rüstəm oğlu)dur. Utanmadan özünü başqa şəxs kimi təqdim edir. Bunun səbəbi odur ki, bu günə kimi bir dəfə də olsun aliment borcunu ödəməmişdir. O, birlikdə yaşadığı şəxsi tanımaya bilməz. 2021-ci ildə şəxsin barəsində protokol tərtib edilərkən o da iştirak etmişdir. Şəxs dövlət orqanlarını aldatmaq üçün hər yola əl atır. Şəxsin üzünü şəxsiyyət vəsiqəsi ilə də müqayisə etdikdə eyni şəxs olması görünür. Sadəcə olaraq illər ötdüyü üçün saçı ağarmışdır. Məhkəmədən borclu barəsində daha ağır inzibati tənbeh edilməsi barədə tədbir görülməsini xahiş edir. İş materiallarında olan: Bakı şəhər Xətai Məhkəməsinin 2(011)-7685/2017 saylı, 30 noyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən 16 dekabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat məbləğində sabit pul şəkilində aliment tutularaq Beybutova(Namazova) Aytən Mehman qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə borcluya məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “borclunun axtarılması” haqqında qərar qəbul edilmişdir. Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində 51505 saylı axtarış işi açılmış, tapılması üçün müvafiq əməkdaşlara göstəriş verilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “borclunun axtarılması” haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs icra şöbəsinə verilmiş xx.xx.2021-ci il tarixli izahatından görünür ki, icra sənədindən xəbərdardır, işləmədiyi üçün ödəniş edə bilmir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-327/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, borclu Şəxs (Rəşad Rüstəm oğlu) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6713/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək borclu (Beybutov) Rəşad Rüstəm oğlundan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün X3 xeyrinə alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 200 manat məbləğində sabit pul şəklində aliment cavabdeh (Beybutov) Rəşad Rüstəm oğlundan tutularaq X10 ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (Beybutov) Rəşad Rüstəm oğlunun izahatında qeyd etdiklərinə qiymət verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs(Rəşad Rüstəm oğlu) izahatında göstərmişdir ki, o Şəxs deyil, X12r. X8 tanımır. Onun övladı yoxdur ki, aliment də ödəsin. Ona verilmiş suallara cavabında qeyd etmişdir ki, o, X11r. Şəxsiyyət vəsiqəsi üzərində yoxdur. Sistem üzrə X9 çıxmaması onunla bağlı ola bilər ki, o şəxsiyyət vəsiqəsini Naxçıvan MR, Culfa rayonunundan almışdır. O, Culfa rayonu, Yaycı kəndindəndir. X6, anası X4r. Sistem üzərində ata və anasının çıxmamasının səbəbini bilmir. X14 yalan deyir, onu tanımır. İki ildir ki, Bakıya gəldiyi üçün Naxçıvan ləhcəsi ilə danışmağı unutmuşdur. Şəkildə üzündə xal olduğu görünmür, lakin onun dodağının üstündə xal vardır. Belə ki, iş üzrə tələbkar göstərmişdir ki, qarşısında dayanmış şəxs Şəxs(Rəşad Rüstəm oğlu)dur. Utanmadan özünü başqa şəxs kimi təqdim edir. Bunun səbəbi odur ki, bu günə kimi bir dəfə də olsun aliment borcunu ödəməmişdir. O, birlikdə yaşadığı şəxsi tanımaya bilməz. 2021-ci ildə şəxsin barəsində protokol tərtib edilərkən o da iştirak etmişdir. Şəxs dövlət orqanlarını aldatmaq üçün hər yola əl atır. Şəxsin üzünü şəxsiyyət vəsiqəsi ilə də müqayisə etdikdə eyni şəxs olması görünür. Sadəcə olaraq illər ötdüyü üçün saçı ağarmışdır. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X15 izahatında göstərmişdir ki, Rəşad Rüstəm oğlu özünü həmin şəxs olmadığını qeyd etsə də, tələbkar da bilir ki, o X16 deyil, sadəcə olaraq aliment borcunu ödəməkdən yayınmaq üçün bunu etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, sistem üzərindən də yoxlanılanda görünür ki, X16 adlı şəxs mövcud deyildir. Şəxs 2019-cu ildən axtarışda olmuş, bir dəfə 2021-ci il tarixdə tutularaq icra şöbəsinə gətirilmiş, lakin peyvənd olunmadığı üçün icra sənədi geri qaytarılmışdır. Şəxsən həmin vaxt protokolu o tərtib etmiş, eyni şəxsdir. Danışığından tutmuş, üz quruluşuna, gözlərinə kimi eyni şəxsdir. Şəxs əvvəldə gördüyü üçün tanıyır eyni şəxsdir. Özünü həmin şəxs olmamasını bildirməsi, onun aliment borcunu ödəməkdən yayınması ilə bağlıdır. Şəxs şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmədiyindən, sistemdə köhnə şəxsiyyət vəsiqəsi qalmışdır. Şəxs uzun müddət axtarışda olduğu üçün barəsində DİN dəfələrlə müraciət edilmiş və üz tanıma vasitəsi ilə aşkar edilərək gətirilmişdir. Məhkəmə iclası zamanı X16 adlı şəxs sistem üzərindən axtarışa verilmiş və belə bir şəxsin olmadığı müəyyən edilmişdir. Rəşad Rüstəm oğlunu bunu şəxsiyyət vəsiqəsini Culfa rayonundan alması ilə əlaqədar sistem üzərindən görünməməsini qeyd etmişdir. Qeyd edilən halın dəqiqləşməsi ilə bağlı Culfa rayon Polis Şöbəsinin qeydiyyat bölməsi ilə və Culfa rayon ərazi nümayəndəsi ilə əlaqə saxlanılmış, lakin ordan X16 adlı şəxsə şəxsiyyət vəsiqəsi verilmədiyi, Culfa rayonu və Yaycı kəndində belə soyadlı şəxsin(eyni zamanda X17 və X2) olmadığı bildirilmişdir. Eyni zamanda Rəşad Rüstəm oğlunun elan etdiyi atası kimi təqdim etdiyi X17, anası kimi təqdim etdiyi X13 adlı şəxslərin sistem üzərində müəyyən edilmədiyi aşkar edilmişdir. Bundan əlavə “Aze Mıs” elektron məhkəmə sistemi üzərindən Rəşad Rüstəm oğlunun şəxsiyyəti eyniləşdirilən zaman şəxsiyyət vəsiqəsinin xx.xx.2014-cü il tarixdə alınmasına baxmayaraq üz gizgilərindən tutmuş, gözlərin dərinliyini, alının quruluşuna kimi birə-bir eynilik təşkil etmişdir. Məhkəmə hesab edir ki, (Beybutov)Rəşad Rüstəm oğlu özünü başqa şəxs kimi təqdim etməklə aliment borcunu ödəməkdən yayınmağa cəhd göstərməklə inzibati məsuliyyətə cəlb edilməkdən yayınmaq məqsədi daşımaqla, onun qeyd etdikləri özünü müdafiə xarakterli olaraq qiymətləndirilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və tələbkarın nümayəndəsinin dinləyib hesab edir ki, (Beybutov) Rəşad Rüstəm oğlu Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən-icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.https://e-qanun.az/framework/52863 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (Beybutov)Rəşad Rüstəm oğlunun əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. (Beybutov)Rəşad Rüstəm oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan İcra sənədindən xəbərdardır və 13 423 manat aliment borcu yığılmışdır. İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşdur ki, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Təqdim edilmiş materiallardan görünür ki, borclu (Beybutov)Rəşad Rüstəm oğlu axtarışda olmaqla aliment borcundan hər hansı ödəniş etməmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, (Beybutov)Rəşad Rüstəm oğlu özünü başqa şəxs kimi təqdim etməklə aliment borcunu ödəməkdən qərəzli surətdə yayınmışdır. Məhkəmə qeyd edir ki, göstərilən hallar (Beybutov)Rəşad Rüstəm oğlunun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və ona maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tədbirinin tətbiqi kifayət etməməli, ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin işin hallarını, pozuntu törədənin şəxsiyyətini, aliment borcunun məbləğini (13 423 manat) nəzərə alaraq hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə uyğun hesab edilə bilməz. Məhkəmə (Beybutov)Rəşad Rüstəm oğlunun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini üzürsüz səbəbdən, qərəzli olaraq tam icra etməməsini, yaranmış borcun məbləğini, bunun isə tələbkarın manefiyinə toxunmasını, bu günə kimi bir dəfə də olsun ödənişlər edilməməsini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: (Beybutov) Rəşad Rüstəm oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 03 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ vasitəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar