Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2560/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Rəcəbova Natavan Elnur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 03 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 03 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq, arxa dövlət qeydiyyat nişanını gizli olaraq talamışdır. Məhkəmə iclasında Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis leytenantı Cavid Həsənov inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 31 dekabr 2026-cı il taridə X2 şikayət ərizəsi ilə şöbəyə müraciət etmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq, arxa dövlət qeydiyyat nişanını gizli olaraq talaması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə spirtli içkinin təsiri altında tanımadığı şəxsə məxsus KİA markalı avtomobilin arxa şüşəsini sındırmış, arxa dövlət qeydiyyat nişanını sökmüşdür. Spirtli içkinin təsiri altında olmuşdur, əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ilə telefon əlaqəsi yaradılmış, zərərçəkmiş şəxs Şəxs ilə barışdığını, Şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixdə X1 Sabunçu RPİ 13-cü PŞ-yə yazdığı ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:15 radələrində idarə etdiyi Kia Rio markalı **-XH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yaşadığı ünvanının qarşısında arxa şüşəsinin sındırıldığını və dövlət qeydiyyat nişanının oğurlandığını aşkar etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işi başlamasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırılmanın aparılması haqqında xx.xx.2026-cı il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, inzibati araşdırılma aparılmışdır. İnzibati xəta haqqında 03 mart 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındıraraq, arxa dövlət qeydiyyat nişanını gizli olaraq talamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati qaydada tutma haqqında 02 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 02 mart 2026-cı il saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı və iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, Şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq, barəsində inzibati qaydada icraat aparılan şəxsin zərərçəkmiş şəxslərlə barışmasını və onlara vurulmuş zərəri tam ödəməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata AR İXM- nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 4348, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən və o, zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-2560/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2560/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver