Məhkəmə qərarları › İş №3(5-101)-2561/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2561/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2561/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Salam Qədirzadə 25 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında vətəndaş X4 məxsus “VAZ 2102” markalı avtomobildən 1 ədəd maqintafon oğurlamışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci tarixdə saat 23:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbsi, Albalılıq qəsəbəsində X6 məxsus 50 manat dəyərində işıq sayğacını talamışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında vətəndaş X11 məxsus evin qaz sayğacını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru X2 hər üç inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirmişdir ki, X4 məxsus “VAZ 2102” markalı avtomobildən 1 ədəd maqintafon ehtiyacı olduğu üçün oğurlamış və 30 manarta satmışdır. Eyni zamanda dekabr ayında evlərdən qaz sayğacların oğurlayıb satmışdır. Törətdiyi hər üç oğurluq əməlindən peşman olduğunu, dəymiş ziyanı ödədəyini bildirmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X6 məxsus ünvana çəkilmiş elektrik xəttinə quraşdırılmış sayğacın oğurlamış şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın sürətinin 14-cü Polis Şöbəsinin rəisinə təqdim edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünr ki, vətəndaş X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmsının rədd edilməsi, X4 məxsus avtomobildən maqintafon oğurlayan şəxs(lər) barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surətinin 14-cü Polis Şöbəsinin rəisinə qədim edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünr ki, X9 ərizəsi əasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X11 məxsus ünvana çəkilmiş qaz xəttinə çəkilmiş sayğacını oğurlamış şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surətinin 14-cü Polis Şöbəsinin rəisinə qədim edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X13 tərəfindən yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 tərəfindən yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsərə dəyən ziyanın ödənilməsi və onlarla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar