Məhkəmə qərarları › İş №3(5-101)-2562/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2562/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2562/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi-Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ nömrə 459 ünvanında qeydiyyatda olan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 14-cw Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cw Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında vətəndaş X7 məxsus həyətdən qaz sayğacı oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə Rzayeva Səbinə Ağabala qızı sosial şəbəkədə yerləşdirilmiş elanda işə düzəlmək üçün tanımadığı şəxsə 30 AZN pul vermiş və aldadılmışdır. Bundan başqa Şəxs xx.xx.2026-cı il tarixdə X2 90 manat pulunu aldatma yolu ilə ələ keçirdərək xırda talama etmişdir. Bundan başqa Şəxs xx.xx.2026-cı il tarixdə Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən “Oba” marketdən dəyəri 200-300 manat olan müxtəlif növ yağ oğurlamışdır. Qeyd edilən hər bir fakt üzrə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 tərəfindən xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənildiyindən zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hər bir oğurluq hadisəsini o, törətmişdir. Həyət evinin hasarından hasara bərkidilmiş qaz sayğacını oğurlamışdır. Həmin sayğacı tanımadığı şəxsə satmışdır. Bundan başqa “Tik-tok” sosial şəbəkəsində işə düzəltmək adı ilə elan yerləşdirmişdir. Həmin elanla bağlı Səbinə adlı qadın zəng edib işə düzəlmək istədiyini bildirmiş, 30 manat ilkin olaraq pul almışdır. Lakin verdiyi vədə əməl etməmişdir. Xəlilova Anastasiyadan məhkəmədə hüquqi yardım göstərmək üçün 90 manat almışdır. Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən “Oba” marketdən 200 manat dəyərində müxtəlif növlü yağlar oğurlamışdır. Tərəfindən dəymiş ziyan ödənilmişdir. Etdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, material üzrə oğurluq əməlini törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sabunçu RPİ-nin 14-ci PŞ-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-cı il tarixli qərardan görünür ki, X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, material üzrə oğurluq əməlini törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sabunçu RPİ-nin 14-ci PŞ-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, material üzrə oğurluq əməlini törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sabunçu RPİ-nin 14-ci PŞ-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-cı il tarixli qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, material üzrə oğurluq əməlini törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sabunçu RPİ-nin 14-ci PŞ-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan X8 Sabunçu RPİ-nin 14-cü PŞ-nə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə işə düzəlmək məqsədi ilə mobil bank tətbiqi vasitəsilə tanımadığı şəxsə 30 manat pul göndərmiş və sonradan aldadıldığı barədə 14-cü PŞ-nə ərizə ilə müraciət etmiş, hal-hazırda bununla bağlı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan X4 Sabunçu RPİ-nin 14-cü PŞ-nə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2026-cı il tarixdə işlədiyi “Oba” marketdən yağ oğurlanması barədə 14-cü PŞ-nə ərizə ilə müraciət etmiş, hal-hazırda bununla bağlı heç bir şikayəti yoxdur, dəymiş ziyan ödənilmişdir, ərizənin icraatının dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan X2 Sabunçu RPİ-nin 14-cü PŞ-nə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2026-cı il tarixdə 14-cü PŞ-nə ərizə ilə müraciət edərək 1 nəfər şəxsin onu instaqramda aldadaraq 90 manat pulunu ələ keçirməsini bildirmişdir. Həmin əməli törətmiş Şəxs ona dəymiş zərəri ödəmişdir, ona görə də onun Şəxs heç bir şikayət və tələbi yoxdur, buna görə araşdırmaya xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Regional qazın satışı Departamentinin rəisinin məktubundan görünür ki, Mexaniki tipli qaz sayğacının qutusuz qiyməti 66,64 manat, qutu ilə birlikdə isə 77,64 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, vətəndaş X10 qaz sayğacının oğurlanmasına görə dəymiş zərər tam şəkildə ödənilmişdir, bununla bağlı tərəfimizdən heç bir şikayət və tələbimiz yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər ilə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2 bağ nömrə 459 ünvanında qeydiyyatda olan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar