Məhkəmə qərarları › İş №3(5-101)-2595/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-2595/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-2595/2026 10.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsinin EQ32094697 protokolu əsasında çıxarılmış elektron inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında EQ32094697 saylı protokol tərtib edilmiş və həmin prtokoldan X2 tərəfindən ərizə ilə şikayətinə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmiş və hazırda qüvvədə olan qanunvericiliyə əsasən elektron inzibati tənbeh vermə haqqında qərarlardan şikayət yaşayış yeri üzrə verilə bilər. Şikayət verən şəxsin yaşayış yeri (qeydiyyat yeri) isə Ağstafa Rayonu ərazisindədir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 qeydiyyat yeri (yaşayış yeri) ünvan Ağstafa rayonu, Kəsəmən kəndi ünvanıdır. X2 ərizəsində də yaşayış yerini ünvan ünvan 2 yeri şəxsiyyət vəsiqəsində qeyd edilən yer, yəni ünvan ünvan 3 yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 129.1.3-1 -ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-in 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Şikayətçinin vəsatətinə əsasən isə işə onun yaşayış yeri üzrə baxıla bilər. Göründüyü kimi burada şikayətə inzibati xətanın törədilməsi yeri və şikayət vermiş şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılması müəyyən edilmişdir. Lakin, İXM-in 129.1.3-1 -ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Göründüyü kimi elektron qərarlardan verilmiş şikayətlərdə hər hansı alternativ aidiyyət qaydası müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, X1 qeydiyyat yeri (yaşayış yeri) Ağstafa rayonu, Kəsəmən kəndi ünvanıdır və inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Bakı şəhər X4 İdarəsinin EQ32094697 protokolu əsasında çıxarılmış elektron inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar