Məhkəmə qərarları › İş №3(5-101)-2630/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-2630/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-2630/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X15, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Kəndçi küçəsi, dalan 5, ev 2-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 2025-ci ilin oktyabr ayında vətəndaş X7 evinə çəkilən qaz xəttinin borularının plastik materialından olmamasını, həmin boruların dəmir materialdan olmasını bildirərək ondan özünü “Azəriqaz”ın işçisi kimi təqdim edərək 150 manat pul almışdır. Bundan başqa o, 2025-ci ilin noyabr ayında vətəndaş X13 qarşı özünü “Azəriqaz”ın işçisi kimi təqdim edərək yaranmış borcunun ödənilməsi üçün ondan kartına 200 manat ödəməklə xırda talama etmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X17 tərəfindən MN № ******* saylı, 04 mart 2026-cı il tarixli, MN № ******* saylı, 04 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X17 bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməklə, barəsində inzibati tənbeh verilməsi üçün sahə inspektoruna həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 2025-ci ilin oktyabr ayında vətəndaş X7 evinə çəkilən qaz xəttinin borularının plastik materialından olmamasını, həmin boruların dəmir materialdan olmasını bildirərək ondan özünü “Azəriqaz”ın işçisi kimi təqdim edərək 150 manat pul almışdır. Bundan başqa o, 2025-ci ilin noyabr ayında vətəndaş X13 qarşı özünü “Azəriqaz”ın işçisi kimi təqdim edərək yaranmış borcunun ödənilməsi üçün ondan kartına 200 manat ödəməklə xırda talama etmişdir. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmişdir. X1 məhkəmə iclasında iştirak etməklə ərizə təqdim edir, digər zərərçəkmiş isə iştirak edə bilmir və video konfrans formasında məhkəmə iclasına qoşularaq şikayət və tələbinin olmamasını qeyd edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, xırda dələduzluq etməsini etiraf edir. Əməli maddi vəziyyəti yaxşı olmadığı üçün etmişdir. Dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Nəzərə alınmasını xahiş etmişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, o hər hansı qurumun işçisi olmamışdır. Sadəcə zərərçəkmişləri aldatmaq üçün belə üsul seçmişdir. Etdiyi əməldən peşmandır. X3 izahatında bildirmişdir ki, Şəxs bağışlamışdır və aralarında barışıq əldə olunmuşdur. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı yazılı ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında video konfrans əlaqə sistemi telefon vasitəsi ilə əlaqə saxlanılan zərərçəkmiş X4 İbrahim Telman oğlundan şikayətçi olmadığınını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X10 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona məxsus pulu aldadarq ələ keçirmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. AZA 017061 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:30-da tutulmuşdur. MN № ******* saylı, 04 mart 2026-cı il tarixli, MN № ******* saylı, 04 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. X6 ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati işin icratına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə- yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd:Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda(53.1.9.); bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda(53.1.10) inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclası zamanı Şəxs izahatında törətdiyi əməlləri etiraf edərək, buna səbəb kimi maddi imkanının olması və ağır xəstəliyi ilə əlaqədar törətdiyini bildirmişdir. Bununla belə məhkəmə hesab edir ki, inzibati məsuliyyətdən azad etmə halları, iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu və 39.2-ci maddələrinə əsasən, 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında video konfrans əlaqə sistemi telefon vasitəsi ilə əlaqə saxlanılan zərərçəkmiş X4 İbrahim Telman oğlundan şikayətçi olmadığınını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. X6 ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar